Şüa enerjisi və şüalanma gücü, ölçü vahidləri


Közərmə lampalarının işıq və elektrik xarakteristikarı



Yüklə 289,2 Kb.
səhifə10/24
tarix02.01.2022
ölçüsü289,2 Kb.
#47374
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
Isiq texnikasi suallar

Közərmə lampalarının işıq və elektrik xarakteristikarı

Bərk cismin temperaturu qalxdıqda o, şüa enerjisi ifraz edir. Temperatur artdıqca enerjinin miqdarı da artır. Aşağı temperaturlarda cisim görünməz infraqırmızı dalğalar şüalandırır. Temperaturun qalxması şüalanan dalğaların spektrini də dəyişir. Onların dalğa uzunluğu azalır və spektrin görünən oblastına təsadüf edir. Cisim başlayır işıqlanmağa: əvvəl albalı qırmızı, sonra qırmızı, narıncı və nəhayət ağ rənglə. İstilik şüalanma prinsipi üzərində közərmə lampaların fəaliyyəti əsaslanmışdır.

Közərmə lampalarının əsas xarakterisitikalarından biri onlarda istifadə olunan közərmə telinin temperaturudur. Onun temperatur həddi istifadə olunan telin materialının ərimə temperaturuna bərabərdir. Ona görə, praktikada közərmə telinin temperatur həddi materialın ərimə temperaturundan aşağı götürülür. Vakuum lampalarında közərmə telinin temperaturu 2400 K-nə, qazla doldurulmuş lampalarda isə 2900 K-nə qədər təşkil edir. Ümumiyyətlə, közərmə lampaların əsas xarakteristikalarına aşağıdakılar aiddir:

1. Gərginlik

2. Elektrik gücü

3. İşıq seli

4. İşıq verimi

5. Şüalanmanın rəngi

6. Orta yanma müddəti
Belə ki, lampanın gərginliyi deyəndə, istifadə olunan elektrik şəbəkəsinin gərginliyi nəzərdə tutulur. Adətən közərmə lampaları 127 və 220 V gərginlikdə istifadə olunmağa hazırlanırlar. Amma, praktikada gərginliyin qiyməti qoyulan dəyərdən aşa biləcəyindən 127 V-luq lampaları 135 V-a, 220 V-luq lampaları isə 235 V-a qədər gərginliklərdə istifadəsi nəzərdə tutulur.

Lampaların elektrik gücü və işıq selinin qiymətləri adətən onların nominal gərginliyinə görə hesablanır. Praktikada onların qiymətləri nominal qiymətdən 5-10% fərqlənməlidir. İşıq seli közərmə lampanın elektrik gücü və közərmə telinin temperaturundan asılıdır. Temperatur artdıqca telin tozlanması, onun diametrin azalması, müqavimətinin artması və nəticədə işıq seli və gücün azalması prosesləri baş verir. Bu da lampanın korpusunun tutqunlaşması və onun yararsız hala düşməsinə səbəb olur. Qoyulan standartlara əsasən iş müddətinin 75%-nı işləmiş lampalarda işıq selinin 15-20% azalması baş verə bilər.

Közərmə lampanın işıq verimi anlayışı onun işıq selinin elektrik gücünə olan nisbətinə deyilir:

𝜂=𝐹𝑃 (4.2)

burada, F – işıq seli (lm), P – elektrik gücdür (Vt).

Belə ki, böyük gücü və kiçik gərginliyi olan lampaların işıq selinin qiyməti kiçik güclü və böyük gərginlikli lampalardan çoxdur.

Közərmə lampalarının şüalanmasının rəngi onlarda istifadə olunan telin temperaturundan asılıdır. Adətən, işıqlandırma məqsədilə istifadə olunan közərmə lampalarının işıq spektrində qırmızı və sarı rənglər üstünlük təşkil edir və bununla da onlar təbii işıqlanmadan fərqlənirlər. Ona görə, rənqlərin nəzərə alınması vacib olan sahələrdə belə lampaların istifadəsi effektli deyil.

Közərmə lampaların iş resursu, yanı istismar müddəti, statistik rəqəmdir. Ola bilər ki, eyni istehsal prosesindən çıxan lampaların bir qismi uzun müddətli istismara cavab versin, qalanları isə az müddətli olsun. Bu, onlarda istifadə olunan közərmə telinin tozlanması sürətindən asılıdır. Ona görə, bütün közərmə lampaları üçün orta istismar müddəti 1000 saat götürülür. Qeyd etmək lazımdır ki, şəbəkə gərginliyinin dəyişməsi (artması və ya aşağı düşməsi) közərmə lampaların iş resursunu azaldır və yarasız hala salır.

150 Vt gücünə qədər olan közərmə lampalarında vakuum istifadə olunur. Kolbanın daxilində havanın olmaması volfram telini oksidləşmədən qoruyur və onun istismar müddətini artırır. Digər tərəfdən, havanın olmaması lampanın istilik itkilərini azaldır. İtkiləri azaltmaq məqsədilə volfram telini spiral şəklində istifadə edirlər. Hətta bispiral modelindən də istifadə edirlər. 40, 60 və 100 Vt-lıq bispiral lampaları həm vakuum, həm də Kr (kripton) qazlı istehsal edirlər.
közərmə lampaların üstünlükləri bunlardır:

- Böyük çesiddə və müxtəlif güc və gərgilikdə istehsal olunurlar;

- Konstruksiyasının müxtəlifliyi;

- Şəbəkəyə müxtəlif əlavə apparatlardan istifadə olunmadan birbaşa qoşulması;

- Iş qabiliyyətinin mövcudluğu (hətta gərginliyin nominal qiymətdən fərqləndiyi şəraitdə)

- Ətraf mühitin parametrlərindən asılı olmaması


Közərmə lampalarının nöqsanları isə bunlardır:

- Işıq veriminin az olması;

- Şüalanma spektrdə sarı-qırmızıçalarların üstün olmas;

- İstismar müddətinin məhdud olması (2000 saata qədər)






  1. Yüklə 289,2 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin