15. İşıq mənbələrim işıq verimi
İşıq mənbəyinin iqtisadi səmərəliliyi onun işıq verimi ilə, yəni işıq selinin nominal gücə olan nisbəti ilə, qiymətləndirilir (lm/Vt). Yəni, işıq verimi - lampanın işıq ölçü vahidlərində ifadə olunan faydalı iş əmsalı deməkdir.
Közərmə lampanın işıq verimi anlayışı onun işıq selinin elektrik gücünə olan nisbətinə deyilir:
𝜂=𝐹/𝑃 (4.2)
burada, F – işıq seli (lm), P – elektrik gücdür (Vt).
Közərmə lampalarının işıq seli və işıq veriminin qiymətləri, onların istismar müddəti verilən nominal gərginliyin qiymətindən çox asılıdır
şəbəkə gərginliyin qiyməti azaldıqca lampanın işıq seli və işıq veriminin qiymətləri də azalır, lakin istismar müddəti artır. Əks halda isə istismar müddəti azalır. Bu da onunla əlaqədardır ki, şəbəkə gərginliyinin qiyməti nominal qiymətlə müqayisədə azaldıqca, şüalanmanın spektri də dəyişir. Məsələn, kiçik güclü lampaların işıqlandırılmasında sarı rəngli obyektlər ağ rəngli, sürməyi rəngli isə qara çalarlarda qəbul olunur.
Dostları ilə paylaş: |