Şüa enerjisi və şüalanma gücü, ölçü vahidləri


Hallogen tipli közərmə lampaları



Yüklə 289,2 Kb.
səhifə14/24
tarix02.01.2022
ölçüsü289,2 Kb.
#47374
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
Isiq texnikasi suallar

16. Hallogen tipli közərmə lampaları

Hallogen tipli lampalar ilk dəfə ABŞ-da 1959-cu ildə istehsal olunublar. Onlarda, volfram telinin buxarlanmasının qarşısı alınması üçün volfram-hallogen dövrəsindən istifadə olunmuşdur. Hallogen elementrlərə Mendeleyev cədvəlinin 7-ci qrupun elementləri aiddir: F - ftor, Cl - xlor, Br - brom, I – yod.

Ilk mərhələdə bu lampalarda yalnız İ birləşmələrindən istifadə olunurdu, yəni W-I2 (volfram-yod) dövrəsindən. Vofram teli qızdıqca onun molekulları kolbanın divarı istiqamətində hərəkət edərək orada yod molekulları ilə birləşib W-I2 birləşmələri formalaşdırır. Lampanın korpusunun temperaturu 2500 S-yə çatdıqda, qeyd olunan birləşmələr buxarlanaraq közərmə teli istiqamətdə hərəkət edib, W molekulların yenidən telin üzərində toplanması baş verir və bu proses uzun müddət təkrarlanır. Belə lampaların korpusu kvars şüşəsindən düzəlir və daxilində neytral qazların (Ar, Cr, Xe) yodla qarışığından istifadə olunur. Onlar 1-2.5 kVt elektrik gücünə malikdirlər.
Hal-hazırda, əksər hallarda, metan bromid və metilen bromid birləşmələrindən istifadə olunur. Hallogen közərmə lampalarının qabarit ölçüləri kiçik olduğundan onlarda ağır inert qazının – Xe (ksenon) istifadəsi mümkün olur. Onun təzyiqi kolbanın daxilində 10-12 atmosferə qədər çata bilir. Bu da, telin közərmə temperaturunun və işıq veriminin yüksəlməsinə, istismar müddətinin artmasına imkan yaradır. Məsələn, müqayisə üçün, 150 Vt-lıq, 220 V-luq adi közərmə lampanın işıq verimi - 14 lm/Vt və istismar müddəti - 1000 saat-dırsa, eyni parametrli hallogen lampasının işıq verimi – 19 lm/Vt və istidmar müddəti - 1500 saat təşkil edir. (ardı nağıldı istiyən oxuyar , müh-5)


Yüklə 289,2 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin