Qaz boşalma lampaları və onların xüsusiyyətləri
13. İşıq mənbələrin texniki parametrlərinin təsnifatı
Texniki parametrlər, elektrik, işıq və mexaniki parametrlərə bölünürlər.`
Əsas elektrik parametrlər bunlardır: nominal gərginlik – Unom, nominal güc və ya nominal cərəyan - Pnom, İnom, və qidalandırıcı cərəyanın növü.
Nominal gərginlik – lampanın işə döşməsinə hesablanmış gərginlikdir.
Nominal güc – lampanın (nominal gərginliyə qoşulandan sonra) istehlak etdiyi hesablanmış gücdür.
İşıq parametrlərinə nominal işıq seli – Fnom, işıq verimi – η, rəngötürmə indeksi – Rr.ö., işıqlanmanın pulsasiya əmsalı – kp aiddir.
Fnom – lampanın nominal gücündə yaradılan işıq selidir.
İşıq mənbəyinin iqtisadi səmərəliliyi onun işıq verimi ilə, yəni işıq selinin nominal gücə olan nisbəti ilə, qiymətləndirilir (lm/Vt). Yəni, işıq verimi - lampanın işıq ölçü vahidlərində ifadə olunan faydalı iş əmsalı deməkdir.
Lampaların mexaniki parametrlərinə onların qabarit və quraşdırma ölçüləri, kütlə, sokolun növü, işçi vəziyyəti və s. aiddir.
Dostları ilə paylaş: |