164) Şüa müalicəsində 95% izodoza sahəsinə daxil olan həcm necə adlanır?
A) Normal toxumaların tolerantlıq dozası
B) OAR
C) Minimal şüalanma sahəsi
D) Maksimum şüalanma sahəsi
E) Şiş toxumasının tolerantlıq dozası
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.50
165) Distasion və boşluq- toxumadaxili-orqandaxili şüalanmadan birlikdə istifadə edilməsi şüa müalicəsinin hansı növünə aiddir?
A) Müştərək
B) Kompleks
C) İMRT
D) 3DCRT
E) Kombinəolunmuş
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.50
166) Aşağıdakı hansı xəstəliyin müalicəsində 131-yod-metayodobenzilquaniddən (I-131 MIBG) istifadə olunur?
A) Kraniofaringioma
B) Feoxromositoma
C) Pineal şişlər
D) Kapoşi sarkoması
E) Qalxanvari vəzin xərçəngi
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 35
167) Radionuklid kapsulların şişlə təmasda və ya yaxın məsafədə terapevtik istifadəsi necə adlanır?
A) Konvensional şüa müalicəsi
B) İMRT
C) 3DCRT
D) İMRT
E) Braxiterapiya
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 1-6.
Dostları ilə paylaş: |