109) Kompleks simptomatik müalicə ilə nəyə nail olmaq olar?
A) Metastatik şişlərin kiçilməsinə
B) Şişin yayılmasının qarşısının alınmasına
C) CTV- nin ölçülərinin dəyişməsinə
D) Sadalananların hamısına
E) Şüa reaksiyalarının müalicəsinə
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
110) Aşağıdakı hansı cihazın köməyi ilə İMRT aparmaq olar?
A) GammaMedPlus
B) Rum-7
C) Clinac DHX
D) AQAT-B
E) Teraqam
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
111) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi zamanı xəstəliyin mərhələsindən asılı olmayaraq regionar limfa düyünləri PTV- yə daxil edilməlidir?
A) Sadalananların heç birində
B) Dəri xərçəngi
C) Bazaliomalar
D) Meningiomalar
E) Burun-udlaq xərçəngi
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
112) Qırtlaq xərçəngi olan xəstənin radikal şüa müalicəsi zamanı I etapda CMD- 40 Qr şüa müalicəsi aparılıbsa, II etapda şüa müalicəsi neçə Qr -ə qədər çatdırılmalıdır?
A) 80
B) 70
C) 20
D) 96
E) 90
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
113) Aşağıda göstərilən hansı xəstəlik zamanı 20 Qr doza radikal doza hesab edilir?
A) Ağciyərin kiçik hüceyrəli xərçəngi
B) Qeyri- Hockin limfoması
C) Yuinq sarkoması
D) Peyroni xəstəliyi
E) Hockin limfoması
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
Dostları ilə paylaş: |