23) Aşağıdakılardan hansı kimyaradioterapiyanın ağırlaşmalarına aiddir?
A) Stomatit
B) Sistit
C) Leykopeniya
D) Bütün cavablar doğrudur
E) Diareya
Ədəbiyyat: Практическая oнкология: избранные лекции. Под редакцией С. А. Тюляндина и В. М. Моисеенко. СПб. , 2004, 784с
24) Göbələyəbənzər mikoz aşağıda qeyd olunan hansı qrup xəstəliklərə aid edilir?
A) Retroviruslara
B) Dəri limfomalarına
C) Dərinin göbələk xəstəliklərinə
D) Dəri xərçənginə
E) QİÇS assossasiya olunan xəstəliyə
Ədəbiyyat: Руководство по гематологии А. И. Воробьев; Клиническая Онкогематология М. А. Волкова;
25) Aşağıdakılardan hansı süd vəzisi şişlərinin diaqnostikasına aid üsul deyil?
A) Nüvə maqnit rezonansı
B) Morfoloji müayinə
C) Mammoqrafiya
D) Angioqrafiya
E) Ultrasəs müayinəsi
Ədəbiyyat: C. Ə. Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi" , Bakı, Elm, 1993, 120s.
26) Dərinin yastı epitel hüceyrəli karsinoması ilk növbədə haraya metastaz verir?
A) böyrəyə
B) ağciyərə
C) beyinə
D) qaraciyərə
E) regionar limfa düyünlərinə
Ədəbiyyat: Eide MJ, Weinstock MA, Epidemiology of skin cancer. Cancer of the Skin. Rigel DS, Friedman RJ, Dzubow LM et al. Elsevier, Philadelphia. 2005: 47 - 61.
27) Dəri xərçənginə transformasiya ola bilən xoş xassəli dəri xəstəliyi hansıdır?
A) çapıq toxuması
B) xroniki yaralar və fistula ağızları
C) leykoplakiya
D) aktinik keratoz
E) bütün variantlar doğrudur
Ədəbiyyat: Eide MJ, Weinstock MA, Epidemiology of skin cancer. Cancer of the Skin. Rigel DS, Friedman RJ, Dzubow LM et al. Elsevier, Philadelphia. 2005: 47 - 61.
28) Aşağıda yazılanlardan hansının təsirinə uzunmüddətli məruz qalmaq dəridə bəd xassəli şiş meydana gəlmə risqini artırır?
A) çox çay içmək
B) alkaqolizm
C) meyvə və tərəvəz
D) mineral suların qəbulu
E) günəş şüaları
Ədəbiyyat: Naldi L, DiLandro A, D'Avanzo B, Parazzini F. Host - related and environmental risk factors for cutaneous basal cell carcinoma: Evidence from an Italian case - control study. J Am Acad Dermatol
29) Hansı dəri törəməsi bəd xassəli olduğu halda kliniki olaraq xoş xassəli davranır və çox nadir metastaz verir?
A) melanoma
B) bazal hüceyrəli karsinoma
C) squamoz hüceyrəli karsinoma
D) adenokarsinoma
E) lipoma
Ədəbiyyat: Naldi L, DiLandro A, D'Avanzo B, Parazzini F. Host - related and environmental risk factors for cutaneous basal cell carcinoma: Evidence from an Italian case - control study. J Am Acad Dermatol
30) Aşağıdakılardan hansı variantda bəd xassəli melanomanın klassifikasiya sistemləri yazılmışdır?
A) Katteral, Şatzki
B) Breslow, Klark
C) Papa Nikolau
D) Hawkings, Qlaskow
E) Antoni, MC Quenn
Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ : Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı. New York,
Dostları ilə paylaş: |