68) Endometriya xərçənginin ən çox rast gəlinən morfoloji forması hansıdır?
A) Adenokarsinoma
B) Açıq hüceyrəli adenokarsinoma
C) Vəzli – yastıhüceyrəli xərçəng
D) Qeyri – differensasiyalı xərçəng
E) Yastıhüceyrəli xərçəng
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 874
69) Uşaqlıq boynu xərçənginin ən çox rast gəlinən morfoloji forması hansıdır?
A) Açıq hüceyrəli xərçəng
B) Yastıhüceyrəli xərçəng
C) Angioskleroma
D) Adenokarsinoma
E) Sarkoma
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 874
70) TNM təsnifatında histoloji differensasiyanı göstərmək üçün aşağıdakı hansı simvol istifadə olunur?
A) C
B) R
C) G
D) Y
E) Z
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
71) Aşağıdakı hansı variantda ağız boşluğunun bəd xassəli şişlərinin ən çox rast gəlinən histoloji forması göstərilmişdir?
A) Limfoid
B) Damar
C) Neyron
D) Birləşdirici toxuma
E) Epitelial
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
Dostları ilə paylaş: |