58) Aşağıdakılardan hansı üsul süd vəzisi şişlərinin diaqnostikasına aid deyil?
A) Nüvə maqnit rezonansı
B) Ultrasəs müayinəsi
C) Morfoloji müayinə
D) Mammoqrafiya
E) Angioqrafiya
Ədəbiyyat: C. Ə. Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi" , Bakı, Elm, 1993, 120s.
59) Diffuz mastopatiyalar zamanı hansı müalicə aparılır?
A) Cərrahi
B) Krioterapiya
C) Konservativ (dərman)
D) Şüa
E) Kimyaterapiya
Ədəbiyyat: Л. Н. Сидоренко, «Мастопатия», Ленинград, Медицина, 1979, 258 с.
60) Süd vəzisi xərçənginin şüa müalicəsi zamanı proqnoza təsir etməyən amil hansıdır?
A) Xəstəliyin müddəti
B) Şişin lokalizasiyası
C) Limfa düyünlərində metastaz
D) Şişin ölçüləri
E) Anamnezdə mastitin olması
Ədəbiyyat: Первичные опухоли молочной железы, под редакцией В. П. Летягина, Москва, 2004, с. 332
61) Süd vəzisi xərçənginin reseptor statusu aşağıdakı hansı üsulla daha dəqiq müəyyən edilir?
A) İmmunobioloji
B) Bakterioloji
C) Biokimyəvi
D) İmmunohistokimyəvi
E) Radionuklid
Ədəbiyyat: Первичные опухоли молочной железы, под редакцией В. П. Летягина, Москва, 2004, с. 332
62) Aşağıdakılardan hansı süd vəzisi xərçənginin irsiyyət daşıyıcı genlərinə aiddir?
A) P 53
B) VEGF
C) PMS
D) MLH (1 və 2)
E) BRCA (1 və 2)
Ədəbiyyat: Первичные опухоли молочной железы, под редакцией В. П. Летягина, Москва, 2004, с. 332
63) Süd vəzisi xərçənginin radikal şüa müalicəsindən sonra skelet sümüklərində metastazı müəyyən etmək üçün hansı müalicə metodu daha əlverişlidir?
A) KT
B) Radionuklid
C) NMRT
D) Rentgenoloji
E) USM
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е. Б. Камповой - Полевой, С. С. Чистяковой, ГЕОТАР - Медиа, 2006, Москва, 512 с
64) Radikal proqramla şüa müalicəsi almış süd vəzisi xərçəngi olan xəstədə aşağıdakı hansı preparatı istifadə etmək məqsədəuyğundur?
A) Siklofosfamid
B) metotreksat
C) Vinorelbin
D) Tamoksifen
E) Vinkristin
Ədəbiyyat: Практическая онкология, под ред. С. А. Тюлядина и В. М. Моисеенко, Санкт - Петербург, Центр –Тромм, 2004, 784 с.
65) Süd vəzisi xərçəngi olan xəstələrdə “adyuvant müalicə” dedikdə nə nəzərdə tutulur?
A) Operasidan sonra şüa və ya kimyaterapiya
B) Operasiya zamanı kimyaterapiya
C) Operasiyadan öncə hormonterapiya
D) Operasiya zamanı hormonterapiya
E) Operasiya zamanı şüa terapiya
Ədəbiyyat: C. Ə. Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
66) Kəskin limfoblast leykoz zamanı baş beyinə profilaktik şüa müalicəsi aparılması məqsədi ilə edilən KT simulyasiyada slaysları neçə mm - dən bir çəkmək lazımdır?
A) 43
B) 35
C) 40
D) 3
E) 25
Ədəbiyyat: Perez and all. Raioteraphy 2012
67) Aşağıda göstərilən hansı ixtisas üzrə işləyən mütəxəssisə əlavə məzuniyyət verilməlidir?
A) Həkim – otorinolarinqoloqa
B) Bütün sayılanlara
C) Heç kimə verilmir
D) Cərrah –proktoloqa
E) Həkim - radioloqa
Ədəbiyyat: Р. Биглхол, Р. Бонита, Т. Къельстрем «Основы эпидемиологии»
Dostları ilə paylaş: |