126) Aşağıdakı hansı müalicə növü üçün 12 qr/saat doza gücü xarakterikdir?
A) HDR braxiterapiya
B) LDR braxiterapiya
C) Stereotaktik radiocərrahiyyə
D) İGRT
E) İMRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 893
127) Aşağıdakı hansı xəstəliyin I mərhələsində braxiterapiya aparıla bilər?
A) Piqment kserodermiyası
B) Multiform qlioblastoma
C) Peyroni xəstəliyi
D) Eozinofil qranulema
E) Uşaqlıq yolu xərçəngi
Ədəbiyyat: Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, İ. İsayev, 2001. səh 303 - 308
128) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi zamanı şüa ezofagiti yaranar?
A) Uşaqlıq boynu xərçəngi
B) Prostat vəzi xərçəngi
C) Multiform qlioblastoma
D) Qida borusu xərçəngi
E) Düz bağırsaq xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 322
129) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsinin nəticəsini qiymətləndirmək üçün endoskopik müayinə aparmaq məsləhətdir?
A) Retinoblastoma
B) Dəri xərçəngi
C) Qida borusu xərçəngi
D) Qaraciyər xərçəngi
E) Vilms şişi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 893
130) Süd vəzisinin şüalanması zamanı hansı şüa reaksiyası demək olar ki əksər hallarda rast gəlinir?
A) Hiperemiya və epidermit
B) Laringit
C) Stomatit
D) Paraproktit
E) Faringit
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 520
131) Lampektomiyadan (sektoral rezeksiyadan) sonra süd vəzisinə hansı dozada şüa müalicəsi aparılır?
A) Süd vəzisinə 20 Qr
B) Süd vəzisinə 30 Qr ; +10 Qr cərrahi çapığa
C) Cərrahi çapığa 70 Qr
D) Cərrahi çapığa 40 Qr
E) Süd vəzisinə 50 Qr +10 Qr cərrahi çapığa
Ədəbiyyat: İ. H. İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 291
132) Aşağıdakı hansı variantda radikal mastektomiyadan sonra aparılan şüa müalicəsi dozası düzgün göstərilmişdir?
A) Cərrahi çapığa 40 Qr
B) Cərrahi çapığa 70 Qr
C) Cərrahi çapığa 50 Qr
D) Cərrahi çapığa 30 Qr
E) Cərrahi çapığa 60 Qr
Ədəbiyyat: İ. H. İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 291
133) Kiçik çanaq nahiyyəsində 4 sahədən aparılan şüa müalicəsi metodikası necə adlanır?
A) PDR
B) BOX
C) SRC
D) HDR
E) BMD
Ədəbiyyat: Гранов А. М. , Винокуров В. Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
134) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi zamanı sidik kisəsi və düz bağırsaq boş olmalıdır?
A) Ağciyər xərçəngi
B) Sidik kisəsi xərçəngi
C) Yoğun bağırsaq xərçəngi
D) Penisin xərçəngi
E) Böyrək xərçəngi
Ədəbiyyat: Гранов А. М. , Винокуров В. Л. Лучевая терапия в онкоурологии и онкогинекологии 2002, 457 С.
Dostları ilə paylaş: |