510) Aşağıdakı hansı toxumalar şüaya qarşı daha rezistentdir ?
A) Piy vəzisi, yoğun bağırsaq
B) Ağciyər və ürək
C) Əzələ və sinir toxuması
D) Nazik bağırsaq, qida borusu
E) Qığırdaq və onurğa beyni
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 48
511) Hansı variantda klassik rejimdə qamma – şüalanmanın tolerant dozası ən yüksək olan orqanlar göstərilib?
A) Nazik bağırsaq və qida borusu
B) Onurğa beyni və dalaq
C) Dəri, qığırdaq və sümük
D) Qığırdaq, onurğa beyni, qida borusu
E) Qida borusu, mədə və limfa düyünləri
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 48
512) Normal toxumaların radiorezistentliyini yüksəltmək üçün geniş istifadə olunan metod hansıdır?
A) Şiş hüceyrələrinin sinxronizasiyası
B) Hipoksiradioterapiya
C) Hiperqlikemiya
D) Hipertermiya
E) Oksibaroradioterapiya
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 51
513) Hansı şüa müalicəsini aparmaqda məqsəd şiş toxumasının ölçülərinin kiçildilməsi, inkişafının saxlanılması və nəticədə xəstələrin yaşama müddətinin uzadılmasıdır?
A) Müştərək
B) Heç biri
C) Radikal
D) Palliativ
E) Simptomatik
Ədəbiyyat: Ə.T. Əmiraslanov “ Onkologiya” Səh 43
Dostları ilə paylaş: |