478) Qırtlağın xərçəngönü xəstəliklərinə aşağıdakılardan hansı aid deyil?
A) Lipoma
B) Paraqanqlioma
C) Leykokeratoz
D) Hemangioma
E) Papillomatoz
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 14 s.
479) Qeyri kiçik hüceyrəli ağciyər xərçənginin cərrahi əməliyyatdan sonrakı radikal şüa terapiyası zamanı, standart fraksiya rejimində şüalanmanın Cəmi Mənbə Dozası (CMD) nə qədər olmalıdır?
A) 36 Qr
B) 40 Qr
C) 60 Qr
D) 50 Qr
E) 66 Qr
Ədəbiyyat: Jane Dobbs, Anne Barret, Dan Ash – “Practical radiotherapy planning“ 3rd edition -New York,1999 Arnold, p 142
480) Qeyri kiçik hüceyrəli ağciyər xərcənginin palliativ şüa terapiyası zamanı tək hiperfraksiya rejimində şüalanmanın Cəmi Mənbə Dozası (CMD) nə qədər olmalıdır?
A) 8 Qr
B) 16 Qr
C) 20 Qr
D) 10 Qr
E) 22 Qr
Ədəbiyyat: Jane Dobbs, Anne Barret, Dan Ash – “Practical radiotherapy planning“ 3rd edition -New York, 1999 Arnold, p 142
481) 20 Qr və ondan artıq şüa alan xəstənin ağciyərinin həcminin faizi necə işarə olunur?
A) 20 Gy
B) 20 V
C) L 20
D) Gy 20
E) V 20
Ədəbiyyat: Branislav Jeremic – “Advances in Radiation Oncology in Lung Cancer“ Springer-Verlag Berlin Heidelberg 2005, p 70
482) Hansı mualicə növünün tətbiqi zamanı ilk dəfə J.Bergoie və R.Tessier 1898-ci ildə ağciyər toxumasında ilkin şüa reaksiyalarını müşahidə etmişlər?
A) Hipertermiya
B) Rentqenterapiya
C) Qammaterapiya
D) Braxiterapiya
E) Tomoterapiya
Ədəbiyyat: В.П. Харченко,И.В.Кузьмин – «Рак легкого» Москва 1994.,стр 333
Dostları ilə paylaş: |