Sual 31. Bismarkin herbi siyasi bloklarin yaradilmasi siyaseti
Otto fon Bismarkın Alman imperiyasını üçün düşündüyü, savaş ehtimalı içərisində ən çətini olanı-Rusiya imperiyası və Fransa Respublikası ilə eyni anda ediləcək olan iki cəhbəli müharibənın qarşısını almaq idi. Almaniya hərbi gücünə görə Avropanın ən güclü dövləti idi, lakin Rusiya və Fransanın ittifaqının reallaşacağı təqdirdə ikiyə bölünəcək Alman ordusu zəifləyən gücü səbəbi ilə məğlub olacaqdı.Buna görə də, Otto fon Bismark Avstriya-Macarıstan imperiyası ilə və Rusiya imperiyası ilə 1872-ci ildə Üç İmperator İttifaqını qurdu. Müqəddəs İttifaqdan qalma Alman-Slavyan-İtalyan-Polyak (Lex) birliyi bunun sayəsində davam etməli idi. 1875-1878 Böyük Şərq Problemi və ya Balkan Probleminə görə Üç İmperator İttifaqı dağıldı. 1879-cu ildə Almaniya və Avstriya arasında qalan ittifaq İkilər İttifaqı ilə gücləndirildi və bu müqavilə ilə Avstriyanın qərarları bir tərəfdən Almaniyaya bağlandı. 1881-ci ildə Rusiya ilə yenidən razılaşan Bismark İkinci Üç İmperator İttifaqını qurdu. 1882-ci ildə İtaliya Krallığı 1879-cu ildə 1879-cu ildə imzalanan Almaniya-Avstriya ikili ittifaqına alınaraq rəsmən Üçlər İtifaqı oldu.1885-1886-cı illərdə Avropadakı milliyətçi hərəkatlar Rusiya ilə Avstriyanın münasibətlərini pozunca, Bismark çıxış yolu kimi Rusiya ilə Avstriyanın Almaniya ilə ayrı-ayrı ittifaqda olmasını təmin etdi və 1887-ci ildə Alman-Rus Qarşılıqlı Hücüm Etməmə haqqında müqavilə imzalandı. 1908-ci ildə Bosniya Problemi]]nə qədər həqiqətən uğurlu olan II Üç İmperator Birliyi, Balkanlar üzərindəki Rusiya-Avstriya mənfəət çatışmalarına görə qüvvədən düşdü. Osmanlı torpağı olan Bosniya AvstriyaMacarıstan tərəfindən işğalı Rusiyanın təzyiqləri ilə qarşılaşmışdır. Bu tarixdən sonra Rusiya tərəfindən faktiki olaraq qüvvədən düşən ittifaq 1914-cü ildə Rusiyanın Antanta İttifaqı Dövlətləri cəhbəsindən I Dünya Müharibəsinə qatılması nəticəsində də rəsmən sona çatmışdır. Bundan əlavə, Otto Fon Bismark belə bir ittifaqlar sistemi ayrıca olaraq AvstriyaMacarıstan Dualist İmperiyası üçün də qurmuşdur. Belə ki, 1881-ci ildə Avstriya ilə Serbiya Knyazlığı arasında gizli bir müqavilə imzalanır. Bu müqaviləyə görə Serbiya da Üçlər İttifaqına bağlanır. 1883-cü ildə Bismarkın istəyi ilə Avstriyanın Ruminya Krallığı ilə müdafiə ittifaqı haqqında müqavilə imzaladığını və 1888-ci ildə də İtaliyanın bura daxil olduğunu görürük. Alman kansleri Otto fon Bismark etdiyi siyasi həmlələrlə və qurmuş olduğu ittifaqlar sistemi sayəsində Almaniyanın Avropadakı siyasi-hərbi üstünlüyünü sübut etmiş və siğortalamışdı. Almaniyanın iki od arasında qalmaması üçün Berlin, Sankt Peterburq, Vyana, Roma, Buxarest arasında ittifaqlar qurmuş, siyasi əlaqələr yaratmışdır.
Sual 28. Fransa Prussiya muharibesi ve Almaniyanin birleşmesinin başa çatması
Prussiya və İngiltərə Fransanın güclənməsinə yol vermək fikrində deyildilər. 1866-cı ildə Prussiya Avstriyanı əzdikdən sonra Fransa və Prussiya münasibətləri kəskinləşdi. Prussiyanın dağınıq alman dövlətlərini birləşdirmək cəhdi əslində müsbət hadisə idi. Lakin Fransa vahid və qüdrətli Almaniyanın yaradılmasını istəmirdi. Prussiya da öz növbəsində Fransanın zəngin Elzas və Lotaringiya vilayətlərini ələ keçirmək istəyirdi. Hər iki tərəf çoxdan müharibəyə hazırlaşırdı.Fransa-Prussiya müharibəsi 1870-ci il iyulun 19-da başlandı. Napoleon höküməti həm də qalib gələcəyi təqdirdə öz mövqelərini möhkəmləndirmək ümidində idi. Müharibəyə alman dövlətləri daha yaxşı hazırlaşmışdılar. Müharibəni Fransanın elan etməsi isə alman xalqında milli hisslərin güclənməsinə təkan vermişdi. Müharibənin ilk günündən fransız ordusunda vahid komandanlığın yaradılmaması bəlli oldu. Orduda özbaşınalıq baş alıb gedirdi. Hərbi birləşmələr komplektləşdirilməmişdi. Təchizatda təminat aşağı səviyyədə idi. Bu amillər Prussiya üçün üstünlük yaradırdı. İlk döyüşlərdən alman orduları təşəbbüsü ələ aldılar. Mets qalasına sığınan fransızlar Prussiya ordusu tərəfindən mühasirəyə alındı. III Napoleon başda olmaqla mühasirəyə alınanlara köməyə gedən qüvvələr Sedan ətrafında çökəklik bir yerdə dincəlmək istərkən, Prussiya komandanlığı düşmənin səhvindən istifadə etdi və Sedan ətrafında hündür yerləri tutaraq fransızları mühasirəyə aldı. Fransız əsgərləri artilleriya atəşi altında mərdliklə vuruşsalar da, mühasirədən çıxa bilmədilər. III Napoleon sentyabrın 2-də təslim olmağı əmr etdi. Fransız ordusu, imperator başda olmaqla, 82 min nəfər əsgər və zabitlə birlikdə almanlara təslim oldu.Fransanın biabırçılıqla məğlub olması Paris əhalisini küçələrə çıxartdı. Sentyabrın 4-də xalq kütlələri imperator III Napoleonun taxtdan uzaqlaşdırılmasına nail oldular. Əhalinin tələbi ilə Fransa respublika elan edildi. İkinci imperiyaya son qoyuldu. Xalqa demokratik azadlıqlar verildi. Burjua siyasi xadimləri təşəbbüsü ələ alaraq müvəqqəti hökümət təşkil etdilər. Müvəqqət i hökümət yaranmış vəziyyətdə "Milli Müdafiə
Höküməti"
qurulduğunu elan etdi. Lakin Milli müdafiə höküməti sərəncamında xeyli hərbi qüvvənin və vətənpərvər könüllülərin olmasına baxmayaraq, alman ordusuna qarşı müqaviməti təşkil edə bilmədi. Bundan istifadə edən alman qoşunları Fransanın içərisinə irəliləyərək Parisi mühasirəyə aldılar. Müvəqqəti hökümətin milli müdafiə haqqında deyil, Bismarkla danışıqlar aparması xəbərini eşidən inqilabi vətənpərvər qüvvələr "sayıqlıq komitələri" qurur və höküməti devirmək planları hazırlayırdılar. Bir neçə ay davam edən mühasirədən sonra almanlar Parisi ələ keçirdilər. 1871-ci il yanvarın 18-də Versal sarayında alman dövlətləri birləşmiş Almaniya imperiyasının qurulduğunu elan etdilər. I Vilhelm imperiyanı təmsil edirdi. Fevralda Almaniya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Nəticədə Almaniya Elzas və Lotaringiya vilayətlərini Fransadan aldı. Fransa 5 milyard frank təzminat verməli, həm də ödənişin başa çatmasına qədər Fransanın xeyli hissəsi alman qoşunlarının nəzarəti altında qalmalı idi.
Sual. 1871-ci ilin yanvarında Almaniya İmperiyasının yəni II Reyxin yaradılması elan olundu.
Uzun müddətli diplomatik danışıqlardan sonra 1871-ci il mayın 10-da Frankfurt-Maynda Fransa ilə Almaniya arasında sülh müqaviləsi imzalandı. Müqavilə 26 fevral sazişinin şərtlərini təsdiq edirdi. Bismark aydın şəkildə görürdü ki, 1870-ci illər müharibəsi Fransa ilə Almaniya arasında əsrlər boyu davam edən antoqonizmi zəiflətmədi, əksinə daha da qüvvətləndirdi, belə bir şəraitdə bu iki dövlət arasında gələcək müharibə labüd idi. Bunu nəzərə alan Alman Baş qərargahı Almaniya üçün daha əlverişli strateji mövqelər qazanmaq istəyirdi.
1870-ci ilde Cn Alman dovletleri Sm Alman dovletleri ile birlesdi.Almaniya imperiyasi yaradildi.I Vilhem Almaniyanin imperatoru secildi.Almaniyada II reyxstaq yaradildi.Bismark knyaz titulu aldi.
Fransanin meglubiyyeti ve Almaniyanin birlesdirilmesinden sonra Avropada yeni quvveler nisbeti yaradildi.Alm ve Ing arasinda ziddiyyetler bas verdi.
Almaniyanın birləşdirilməsi başa çatdıqdan sonra Bismark ittifaqlar siyastəinə xüsusi əhəmiyyət verməyə başladı ki, bu təsadüfi deyildi. Çünki Almaniyanın birləşdirlməsi Avropada yeni qüvvələr nisbəti yaratmışdı. Yaranmış şəraitdə Avropa dövlətlərinin Almaniyaya qarşı ittifaq yaratması ehtimalı həqiqətə yaxın idi. Buna görə də Bismark ilk növbədə Rusiyaya, Avstriyaya və İtaliyaya müraciətlər etmiş, son nəticədə «Üç impertaor ittifaqı» adını almış siyasi məsləhət birliyinin–RusiyaAlmaniya-Avstriya-Macarıstan ittifaqının yaradılmasına nail olmşudu. Bu ittifaq 1873-cü il iyunun 6-da Vyanada meydana gəlmişdi. Əvvəclə Rusiya ilə Avstriya arasında müqavilə bağlanmış, daha sonra - 1873-cü il 3 oktyabrda Almaniya da bu məsləhət paktiına qoşulmuşdu. İttifaq müqaviləsi 1884-cü ildə daha üç illiyə uzadıldı və 1887-ci ildə ikitərəfli RusiyaAlmaniya gizli hərbi-siyasi paktına çevrilmişdi. Paktın başlıca məqsədi Fransaya qarşı gələcək müharibədə onun tam şəkildə təcrid edilməsinə nail olmaq idi. Təsadüfi deyildir ki, sonuncu müqavilənin politoloji ədəbiyyatda «təkrar sığorta müqaviləsi» adlandırırlar.
Fransaya qarşı ittifaqlar siyasətini davam etdirən Bismark 18791882-ci illərdə yeni hərbi-siyasi birliyin - Üçlər ittifaqının yaradıcısı oldu. Bu birlik 1879-cu il sentyabrın 7-də Almaniya ilə Avstriya-Macarıstan arasında imzalanmış ittifaq müqaviləsinə əsasən təşəkkül tapmışdı. 1882-ci ilin mayın 20-də Almaniya, Avstriya-Macarıstan və İtaliya arasında Vyanada hərbi ittifaq haqqında gizli müqavilə imzalandı ki, nəticədə Avropada ilk qüdrətli, müharibə hazırlığını qarşısına məqsəd kimi qoyan hərbi-siyasi birlik yarandı.
Sual.15
1814-1815-ci illərdə Vyanada Avropa dövlətlərinin konqresi keçirildi və konqres Napoleon imperiyasının süqutundan sonra Avropada sülh tənzimlənməsi məsələlərini nəzərdən keçirdi. Vyana konqresini iştirakçıları hesab edirdilər ki, Avropa ölkələrində köhnə idarəni bərpa etmək olacaq. Vyana konqresi ideoloji və hərbi-siyasi baxımdan “xalqların və monarxların Müqəddəs ittifaqının” yaradılması ilə nəticələndi. Avropa monarxlarının siyasi sarsıntılara qarşı mübarizə ittifaqı olan bu birliyin yaranması ilə diplomatic leksiona “Pentarkiya” və “Avropa konserti” anlayışları daxil oldu. Konqresdən sonra Muqəddəs ittifaq ideası yarandi. I Aleksandr anlayırdi ki, Avr. Dövlətlərinin ittifaqının yaranmasi lazimdi. I Aleksandr tərəfində hazırlanmış Mİ aktı 1815-ci ilin sentyabrin 26-da Rus və Avstriya imperatorları və Prussiya kralı tərəfindən Parisdə imzlndı. Tədqiqatçılar "Müqəddəs İttifaqın" mövcudluq və tarixini üç dövrə bölürlər:
Birinci dövr – 1822-ci ilə qədər davam edən 7 illik dövrü əhatə edir ki, bu "Müqəddəs İttifaqın" ən qüdrətli dövrüdür. Bu dövrdə "Avropa konsertinin" iştirakçıları arasında fikir birliyi və fəaliyyət həmrəyliyi özünü aydın şəkildə göstərir ki, Aexan, Troppou-Loybax və Verone konqresləri keçirilir.
İkinci dövr – 1823-1830-cu illəri əhatə edir və Fransada İyul monarxiyasının qurulması ilə başa çatır. Dövrün başlıca epizodu fransız qasidlərinin İspaniyaya müdaxiləsi və kral VII Ferdinandın hakimiyyətinin bərqərar olmasıdır. 1822-ci ilin avqustunda Kestelrinin özünə qəsd etməsindən sonra, sentyabrda onun yerini istedadlı ingilis diplomatı və antirus görüşləri ilə məşhur olan Corc Kanpinq tutur.
Üçüncü dövr – 1830-cu il İyul monarxiyasının qurulmasından başlayır və Krım müharibəsi ərəfəsinədək davam edir, tədricən Avropa dövlətlərinin əvvəlki həmrəyliyi arxa plana keçir. Tədqiqatçılar «Müqəddəs İttifaqın» mövcudluq və tarixini üç dövrə bölürlər:
birinci dövr – 1822-ci ilə qədər davam edən 7 illik dövrü əhatə edir ki, bu «Müqəddəs İttifaqın» ən qüdrətli dövrüdür. Bu dövrdə «Avropa konsertinin» iştirakçıları arasında fikir birliyi və fəaliyyət həmrəyliyi özünü aydın şəkildə göstərir ki, Aexan, Troppou-Loybax və Verone konqresləri keçirilir.
ikinci dövr – 1823-1830-cu illəri əhatə edir və Fransada İyul monarxiyasının qurulması ilə başa çatır. Dövrün başlıca epizodu fransız qasidlərinin İspaniyaya müdaxiləsi və kral VII Ferdinandın hakimiyyətinin bərqərar olmasıdır. 1822-ci ilin avqustunda Kestelrinin özünə qəsd etməsindən sonra, sentyabrda onun yerini istedadlı ingilis diplomatı və antirus görüşləri ilə məşhur olan Corc Kanpinq tutur.
üçüncü dövr – 1830-cu il İyul monarxiyasının qurulmasından başlayır və Krım müharibəsi ərəfəsinədək davam edir, tədricən Avropa dövlətlərinin əvvəlki həmrəyliyi arxa plana keçir.Ümumiyyətlə, XVIII əsrin sonlarından etibarən Fransada burjua inqilabının təsiri ilə baş verən hadisələr qlobal dəyişiklikləri şərtləndirməklə Vyana sisteminin qurulmasına yol açdı. Bununla belə, əsrin dörddə birində baş verən hadisələr dünyanın sonrakı ictimai-siyasi və iqtisadi inkişafında mühüm rol oynadı.
Pentarxiya 5 böyük dövlətin –Rusiya,Prussiya,Avstriya,Fransa və İngitərənin birliyi kimi yaranmışdı.1818-ci il Aexan konqrsinin qərarı ilə yaradılıb və 1822 –ci ilə qədər mövcud olub.
Sual 20.Türkiyə-Misir münaqişəsi və Hünkər İskələsi müqaviləsi 1831-ci ildə Türkiyə ilə Misir arasında mübarizə başlandı.Türkiyədən vassal asılılğında olan Misir paşası Məhəmməd Əli 1831-ci ildə öz qoşunlarını türk sultanına qarşı qoydu.Misir qoşunları Suriyanı tutdu,1832-ci ildə türk qoşunları Keniya yaxınlığında darmadağın edildi.Sultan II Mahmud Misir ordusunu məğlub etmək üçün yollar axtarırdı.Şərqdəki böhran ətrafında Rusiya,İngiltərə və Fransa arasında diplomatik mübarizə başlandı.Fransa artiq Misir və Suriyaya göz dikmişdi byna görə də Rusiyanın Şərq münaqişəsinin həllində istirakini istəmirdi.İngiltərə də Rusiyanin hərbi müdaxiləsinə yol verməməyə calişirdi.Bu məqsədlə İng. Avstriyalilarin turkiyəyə hərbi komək gostərilməsində iştirak etməsinə calişdi.Lakin Metternix ona Avropanın mərkəzində inqilabi hərəkatlarla mübarizə üçün lazım olan Rusiya ilə aranı vurmaq istəmirdi.Rusiya münaqişəni hərbi yolla həll etmək istəyirdi.I Nikolayın Bosfor sahillərinə göndərdiyi N.Muravyov sultana Misir paşasına qoşunları geri çəkmək üçün təzyiq göstərməasini təklif etdi.İmtina ederdisə Rusiya Məhəmmdə Əliyə müharibə elan etməli idi.Türk sultanı cvb verməyə tələsmirdi.İbrahimin qoşunlari şimala doğru hərəkəti bərpa etdi.Bu böhranlı vəziyyətdə sultan 1833-cü ildə I Nikolaydan Türkiyəyə köməy etməyi rəsmən xaiş etdi.Rus donaması dərhal Sevastopoldan Konstantinopola yollandı.Rus donanmasının Bosforda görünməsi Paris və Londonda narahatliq doğurdu.onlara yalniz rus donanmasini Bosfordan cixarmag maraqli idi.Bosfor bogazina 40 minə yaxin rus əsgərləri göndərildi.fransa və ing buna qarsi tedbir gordu.fr və ing eskadraları Aralıq d.ə gondərildi.FR
səfiri Rossen və BB səfiri Ponsonbi II Mhmudla Məhəmməd Əli arasında sülh bağlanmasına nail oldular.1833-cü ilin mayinda bağlanmış Türkiyə Misir sazişinə görə M Ə özünü sultanən vassalı kimi taniyir və qoşunlarını Anadoludan çıxarır.əvəzində isə Suriya,Fələstin və Kilikiyanı öz idarəçiliyinə alırdı.
1833-cü ilin iyulun 8-də Rusiya və Türkiyə arasında Hünkər İskələsi ittifaq-müdafiə müqaviləsi imzalandı.I maddə-ittifaqın yeganə məqsədi onların dövlətlərinin hər hansı qəsdə qarşı qarşılıqlı müdafiəsidir.II maddə-
Adrianopol(Ədirnə),Konstantinopol müqavilələrinin və digər rus-türk sazişlərinin müddəalarını təsdiq edirdi.Gizli maddələrdə yazılırdı-Rusiyanın hır hansi dövlətlə müharibəsi zamanı Türkiyə Dardanel boğazını bağlamalı və ora hərbi gəmiləri buraxmamalıdır.Bosfor isə rus gımiləri üçün açıq qalmalıydı. Müqavilə inf və fr tərəfindən yaxsi qarsilanmadi.onlar rusiyaya nota gondırdilər.Əgər Rusiya Türkiyənin işlərinə hərbi müdaxilə edərdisə İNG və FR elə müqaviləni saymiyacag.Rusiya cvb notasında bildirmişdiki,Rusiya Hünkər İskələsinin şərtlərini elə yerinə yetirəcəkdi ki,sanki fr və ing təzyiq göstərməmişdir.Sonrakı illərdə rusiya ing və fr arasında
genisləndi.
Sual 22.Krim muharibesi erefesinde Serqmeselesinin yeniden keskinlesmesi
Rusiyanın əlinə Qara dəniz boğazlarına müdaxilə etmək üçün fürsət düşmüşdü və III Napoleon bundan istifadə edərək Müqəddəs İttifaqın parçalanması üçün müxtəlif üsullara əl atdı. I Nikolay Türkiyədən inadla macar inqilabçılarının geri qaytarılmasını tələb edir, sultan isə bundan qəti olaraq imtina edirdi. Məhz bu zəmində «Şərq məsələsi»yenidən kəskinləşməyə başladı ki, bu da müharibəyə gətirib çıxardı.Şərq məsələsinin kökləri tarixin dərinliklərindədir, konseptual əsaları isə rus çarı I Pyotrun «Vəsiyyətnaməsinə» əsasən qoyulmuşdur. Avropa dövlətləri bu məsələdən istifadə etməklə aşağıdakı məqsədlri reallaşdırmağa çalışırdılar:
Türkiyənin Avropa qitəsində yerləşən torpaqlarının onun əlindən alınması.
Qüds və Vifleym şəhərindəki xristian müqəddəslərin qəbrlərinin müsəlmanların hakimiyyətindən azad edilməsi.
Şərq böhranının qızışdırılmasında iki dövlət xüsusilə maraqlı idi: Fransa və Rusiya.
Fransa onu iflic vəziyyətinə salmış Müqəddəs Ittifaqın dağıdılmasına çalışırdı.
I Nikolay isə Qara dəniz boğazında Rusiyanın ağalığına nail olunmasını istəyirdi.
Avropa dövlətlərindən İngiltərə Qara dəniz boğazında qüdrətli Rusiyadansa, zəif Türkiyənin olmasına üstünlük verirdi. Avstriya isə şərq böhranından Balkanlarda möhkəmlənmək üçün bir vasitə kimi istifidə etməyə çalışırdı. K.Marks yazırdı ki, «Avropa müharibə tufanlarından, siyasi sarsıntılardan qurtaran kimi, ənənəvi məsələ ilə qarşılaşır. Bu qurtarmaq bilməyən şərq məsələsidir».
I Nikolay Müqəddəs Ittifaqın meydana gəlməsindən sonra Avropada əminamanlığı qorumaq adı altında rus qoşunlarının bir neçə dəfə Avropada görünməsinə nail olmuşdu və Rusiyaya “Avropanın jandarmi” adını qazandırmışdı.
Artıq XIX əsrin ortaları üçün I Nikolayda belə bir fikir yaranmışdı ki, Türkiyə «xəstə adam» timsalıdadır və tezliklə «öləcəkdir». Buna görə də, Türkiyə imperiyasının ərazisini bölüşdürmək və Qara dəniz planını reallaşdırmaq olar. Halbuki bu dövrdə beynəlxalq şərait kəskin şəkildə Rusiyanın əleyhinə idi.
Avropa dövlətlərinin hamısı Rusiyanın agalig etmeyinden bezmişdi və ona qarşı çıxış etmək üçün fürsət axtarırdı. Belə fürsəti isə rəqiblərinə I Nikolay özü verdi. 1853-cü il yanvarın 9-da ingilis diplomatik korpusu Çar sarayında olarkən I Nikolay
İngiltərənin Rusiyadakı səfiri Seymur Hamiltona yaxınlaşaraq Türkiyənin gələcəyinə İngiltərənin münasibətinin necə olacağı fikrini öyrənmək istədiyini bildirdi. Səfir Rusiyanın mövqeyini İngiltərə hökumətinə çatdırmağa söz verdi. Bir aydan sonra, fevralın 9-da İngiltərənin stats katibi Con Rosselin imzası ilə Rusiyanın mövqeyinə İngiltərənin kəskin mənfi münsibətini bildirən cavab gəldi. Fransa və Avstriya da eyni mövqe nümayiş etdirdilər.
Artıq bu dövr üçün Rusiyanın Xarici İşlər naziri Nesselrode I Nikolayı inandırmışdı ki, Türkiyə Avropa dövlətlərinin gözündən düşmüşdür. Rusiyanın Fransadakı səfiri Kiselyov, İngiltərədəki səfiri Brunnov və Avstryadakı səfiri Meyndorf I Nikolayı arxayınlaşdırmışdılar ki, Rusiya Türkiyəyə müdaxilə edəcəyi təqdirdə Avropa diplomatiyasının dəstəyini qazanacaqdır. Çar elə hesab edirdi ki, 1848-49-cu il inqilabından sonra Avstiya Rusiyaya müttəfiq olmaq üçün onun tərəfindən çıxış edəcəkdir.
Sual 24 Rusiyanin beynelxalq alemden tecrid edilmesi ve Avstriyanin ultimatumu
1853-cü ilin okt. dan 1856-cı ilin fevralına kimi Krım müharibəsi dvm etdi.Krım m.də Rusiyaya qarşı Türkiyə,İng,Fr və Sardiniya krallığı işt. edirdi.Krim m 4 merheleye bolunurdu.I dovr 1853 okt Turkiyenin Rusiyaya myh elan etdiyi gunden Ing ve Fr muh e qosuldugu 1854un martinadek.II dovr Ing ve Fr in Dunay knyzlqlarinda Rusiyaya qarsi feal herbi emeliyyatlar apardigi 1854un martindan avqustunadek olan merhele.III dovr 1854 sent – 1855 avqust Sevastopolun mudafiesi geden dovr.IV dovr 1855 sent-1856 fevralina qeder Parisde sulh haqinda resmi dansiqlar basladigi merhele.Muharibenin I dovrunde Ing ve Fr her birinin oz meqsedlerini gudmesine baxmayaraq uzlasdirilmis hereket edirdiler.Ing muharibenin davam etmesini istiyirdise Fr
Ingin seqde guclenmesini istemirdi.Rusiya Krim muh
gediwinde Avstriyaya tesir gostermeye cehd etdi.Rusiya Avstriyaya dost Rusiyaya qarsi neytralliq elan etmesini teklif etdi. Diplomatik mübarizə son nəticədə Avstriyanın da müttəfiqlərin tərəfinə keçməsi ilə nəticələndi.
1853 mart 12də BB,Fr və Türkiyə arasında Konstantinopol it.müq imzalandı.İng və Fr Türkiyəyə rus qoşunlarının dəf edilməsində kömək edəcəklərini öhdələrinə götürdülər.Rəsmən İng və Fr 1854 mart 27də Rusiyaya müharibə elan etdilər.1854 apr 10da BB ilə Fr arasında Rusiyaya qarşı ittifaq müqaviləsi imzalandı.1854də Avstriya ittifaqa qoşuldu.Avstriya Moldaviya və Valaxiyanı ora rus ord.daxil olmasından müdafiə edəcəkdi.Prussiya antirus ittifaqına qoşulmadı.Türk prob.ona maraqlı deyildi.
Müharibə başladıqdan az sonra noyabrın 18-də rus admiralı Naximovun başçılığı altında 8 gəmidən ibarət rus donanması Sinop buxtasında dayanmış 16 gəmi və çoxlu sursata malik türk donanmasını darmadağın etdi, komandan Osman paşanı əsir götürdü.
Sinop məğlubiyyəti Avropada sensasiya yaratdı. Müasirləri deyirdilər ki, türk donanmasının məğlub edilməsindən sonra Avropada Rusiyaya qarşı müharibədən daha populyar heç nə tapmaq olmazdı.
Sinop epizodundan sonra ingilis və fransız donanması Qara dəniz boğazlarına daxil oldu və 1854-cü ilin yanvarında admirallar bildirdilər ki, Qara dənizə daxil olmaqda əsas məqsədləri Türkiyənin sahil məntəqələrini rusların qəfil hücumundan qorumaqdır. Çətin vəziyyətə düşmüş I Nikolay Fransa və İngiltərədəki səfirlərindən generalların bəyanatının Rusiyaya aid olub-olmamasını öyrənməyi tələb etdi. Məlum oldu ki, generalların bəyanatı ancaq Türkiyə ilə bağlıdır və çarın əmri ilə Londondakı rus səfiri Brunnov İngiltərə ilə diplomatik münasibətləri kəsərək geri qayıtdı. Anoloji addım Parisdəki rus səfiri Kiselyov tərəfindən də atıldı. 1854-cü il aprelin 20-də Prussiya da Avstriyaya qoşuldu və Rusiyaya qarşı Avropa dövlətlərinin koalisiyası yarandı.
Rusiyanın Avropadan təcrid olunmasını göstərən əsas faktorlardan biri III Napoleonun “4 bəndindən” ibarət notasi olmuşdu. 1854-cü il iyulun 18-də Rusiyaya təqdim edilən nota aşağııdakı şərtləri əks etdirirdi:
Dunay boyu knyazlıqlar Fransa, İngiltərə, Avstriya, Rusiya və Prussiyanın birgə protektoratlığı altına keçir və müvəqqəti olaraq Avstriya qoşunları tərəfindən işğal edilir;
Bu beş dövlət Türkiyə xristianlarının kollektiv qəyyumu hesab edilir;
Bu beş dövlət Dunay boyu knyazlıqlarda ali nəzarəti həyata keçirirlər;
Türkiyə ilə göstərilən dövlətlər arasında bağlanmış 1841-ci il müqaviləsinə yenidən baxılır.
Məlum olduğu kimi, 1841-ci ildə beş dövlət arasında imzalanmış London müqaviləsinə görə, Qara dəniz boğazlarında gəmiçilik reqlamenti nizamlanırdı. Çar notanı qəbul etdi, lakin onu cavabsız qoydu. Çünki notada cavab üçün vaxt qoyulmamışdı. 1855-ci ilin fevralında I Nikolayın vəfatı, avqustun 27-də Sevastopolun müttəfiqlər tərəfindən tutulması, müharibənin gedişində müttəfiqlər arasında yaranmış ziddiyətdən istifadə edən A.Qorçakovun Vyanada fəaliyyəti hərbi əməliyyatların çox tezliklə başa çatmasını şərtləndirdi. 1855-ci ilin oktyabrında Fransa ilə Rusiya arasında qeyri-rəsmi və qeyri-leqal danışıqlar başladı. Lakin rus diplomatlarının ehtiyatsızlığı üzündən danışıqlar çox tezlilə qırıldı. Hadisələrin kulminasiya nöqtəsi 1855-ci il dekabrın 2-də Avstriyanın Rusiyaya “5 bənddən ibarət ultimatumu” oldu.
Ultimatumun şərtləri III Napoleonun 4 bəndindən daha ağır idi.
Lakin notadan fərqli olaraq ultimatuma vaxt qoyulmuşdu. Onun qəbul edilməyəcəyi təqdirdə Avstriya Rusiyaya qarşı müharibəyə başlaya bilərdi. Hakimiyyətə yeni gələn I Aleksandr 1856-cı il yanvarın 1-də ultimatumun Dövlət Şurasında müzakirəsini keçirdi. 9 nəfərin iştirakı ilə keçirilən müzakirələr zamanı general Buludovdan başqa bütün üzvlər ultimatumun qeyd-şərtsiz qəbul edilməsinə razılıq verdilər.
1856da Krım m başa çatdı.Rusiya Paris sülhünü imzaladı.Rusiya beynəlxalq təcrid vəziyyətinə düşdü.Qara dənizdə öz donanmasından məhrum oldu,Bessarabiyanın bir hissəsini güzəştə getdi,Türkiyəyə Qarsı qaytardı,Valaxiya,Moldaviya və Serbiya üzərində protektoratlıq hüqunu itirdi.
Sual 25. 1856-cı il Paris sülh konfransı və qərarları
1853-cü ilin okt. dan 1856-cı ilin fevralına kimi Krım müharibəsi dvm etdi.Krım m.də Rusiyaya qarşı Türkiyə,İng,Fr və Sardiniya krallığı işt. edirdi.I Nikolayın xarici siyasətində bir sıra uğurlarla yanaşı perspektivsiz,bitərəfli siyasəti diplomatik məğlubiyyətlərə,Krım müharibəsinə,Sevastopolun süqutuna və rüsvayçı sülhə gətirib çıxardı.Parisdə getdikcə başa düşülürdü ki,Fr müharibədə işt etməklə İngiltərənin təkcə Qara d-də yox,bütövlükdə Şərqdə möhkəmlənməsinə kömək edir.Buna görə də Fr müharibənin
qurtarması və sülh danışıqlarının başlanması üçün imkanlar axtarmağa b-dı.Təcili olaraq sülh şərtləri hazırlanmağa başladı.1855-ci ilin dekabrnda Avstriya vuruşan dövlətlərin adından sülh danışıqlarının şərtlərini Rusiyaya təqdim etdi.Rusiyanın təqdim olunan şərtlərin qəbulundan imtinası halında Avstriya ona müh. elan edəcəkdi.Prussiya kralı da II Aleksandra məktubunda açıq aşkar Avstriyanın mövqeyini əks etdirərək Avstriyanın ultimatumunun qəbul edilməsinin zəruriliyini göstərirdi.II Aleksandr bu tələbləri sülhün ilkin şərti kimi qəb et qərarına gəldi.
1856-cı ilin fev 25-də başlamış Paris k-ə qraf Orlov və Rusiyanın Londondakı səfiri baron Brunnov göndərilmişdi.İng və Fr arasında fikir ayrılıqları mey gəldi.III Napoleon müharibənin dvm etmısin istəmirdi.
Dostları ilə paylaş: |