Sual 23. Km dovru munasibetler. III napoleonun "4bendi"ve mahiyyeti



Yüklə 81,51 Kb.
səhifə4/6
tarix31.10.2019
ölçüsü81,51 Kb.
#29473
1   2   3   4   5   6
bm sualllarin cavabi (1)

Sual 47. Alman-fransız ixtilafları və “Şnebelin işi”

Müasir bey. Hüquqda demarkasiya olunmamış ərazilər anlayışı mövcuddur.Belə ərazi+dən 1-i də Alm. və Fr. arasındadır.Belə ərazilər sərhəd xəttinin çəkilməsi mümkün olmayan yerlərdə olur. Və bu ərazilərdən 1 qayda olaraq dövlətlər şərikli olaraq istifadə edir+. Alm. sərhəd rəisi Qauc bu məsələyə aydınlıq gətirmək üçün Fr. sərhəd başçısı Şnebeli görüşə çağırır. Şnebel isə ehtiyatsızlıq edərək xəbərdarlıq etmədən Alm.sərhədini keçir və dərhal da həbs olunur.1887-ci il aprelin 20-də Fr-a qarşı Bismarkın göstərişi ilə kifayə qədər səs-küylü qəzet kompaniyası başlayır. Fr. Alm.sərhədlərini pozmaqda ittiham edilir. Bismarka belə hay-küylü kompaniya: I. növbəti 7 illik dövr üçün parlament tərəfindən hərbi büdcənin təsdiq edilməsi; II.Alman ordusunun 73 min nəfərdən ibarət hərbi qüvvənin səfərbər edilməsi; III. Rusiya ilə yeni ittifaqın reallaşdırılması üçün lazım idi. Bismark cəmi 10 gün müd-də nəzərdə tutduq+ı reallaşdırır və Şnebeli azad etdirir.Şnebelin işindən sonra Fr-da Alm-ya qarşı ciddi narazılıq və təbliğat başlandı.Fr. senatında müharibə dövrü üçün hərbi qüvvənin artırılması,ordunun silah və təchizatının yeniləşdirilməsi kimi məsələ+i gündəmə gətirdi. Lakin Fr.hök. Alm-a qarşı müha. məsələsindən imtina etdi və bu hərbi nazir Blanjenin özünü öldürməsinə gətirib çıxardı.


Sual 49. Ispan amerikan muharibesi.

1898-ci il İspan-Amerikan müharibəsi Amerika Birləşmiş Ştatları üçün mühüm əhəmiyyət kəsb edirdi.

O,kapitalizmin inkişafının imperilistik mərhələsini açmışdır. Koloniyaların dünyanın böyük dövlətləri tərəfindən yenidən bölüşdürülməsi də, məhz bu dövrdən başlanmışdır. XIX əsrin ortalarındn başlayaraq ABŞ Avropada və dünyanın digər regionlarında ictimai-iqtisadi və ictimai-siyasi təsirini nəzərə çarpan dərəcədə artırmışdı.

İspan-Amerikan müharibəsi göstərdi ki, ABŞ özünü Şimali və Cənubi Amerikanın tamhüquqlu sahibi hesab edir və Qərb yarımkürəsində heç bir xarici qüvvənin iştirakına icazə verməyəcək. Faktiki olaraq 1898-ci ildə ABŞ beynalxalq əhəmiyyətli dövlət rolunu oynamağa başladı.

Amerikan müharibəsinin əsas səbəbi bu idi:

1) Qərb yarımkürəsində ABŞ-ın iqtisadi dominantlığını təmin etmək və Asiya bazarlarını ABŞ üçün açmaq. 2) Avropa dövlətlərinin Qərb yarımkürəsindəki siyasi və iqtisadi təsirini zəiflətmək istəyi.

Beləliklə, 1898-ci il fevralın sonunda ABŞ və İspaniya arasındakı gərginlik ən yüksək həddə çatmışdır. "Meyn" in məhv olmaq səbəbi hələ də qeyri-müəyyən qalırdı. Lakin amerikanların gəldiyi nəticəni də həqiqətə uyğun hesab etmək olardı. Ancaq İspaniya ABŞ-la müharibədə qətiyyən maraqlı deyildi və hər yolla bunun qarşısını almağa cəhd edirdi. Lakin belə bir fikir də var idi ki partlayışı Amerikan hərbi agentləri törətmiş və müharibənin alovlanmasına səbəb olmuşdur.

1898-ci il dekabrın 10-da Parisdə ABŞ və İspaniya arasında Sülh müqaviləsi imzalandı

İspaniya Kubanın suverenliyinə qarşı bütün iddialardan əl çəkməli

İspaniya Puerto-Rikonu və digər adaları, İspaniyanın nəzarəti altında olan Vest-Hindi, həmçinin Maryannadaki Guam adasını və Ladronanı ABŞ-a güzəştə getdi.

İspaniya Filippin arxipelaqının ABŞ-a güzəştə gedir. ABŞ isə İspaniyaya 20 mln dollar dəyərində məbləğ ödəməyi öhdəsinə götürür.

Müqavilədə Kubanın müstəqilliyi haqqında və ABŞ ordularının Kubada qalacağı müddət haqqında da məlumat yox idi. ABŞ-ın tərəfində əhalinin varlı təbəqələri dururdu və ABŞ-ı bu inqilabın qarantı hesab edirdilər. 14 fevral 1901-ci ildə Kubanın Müəssislər Məclisi konstitusiya qəbul etdi. 20 may 1902-ci ildə Kuba üzərində milli bayraqlar dalğalanmağa başladi. Lakin Kubanın müstəqilliyi ABŞ konqresi tərəfindən qəbul edilan və 22 may 1903-cü ildə qüvvəyə minən "Plattın düzəlişi" ilə məhdudlaşdırıldı. Düzəlişin şərtlərinə görə Kubanın xarici siyasəti ABŞ-ın nəzarəti altında olur, həmçinin Kubanın xarici dövlətlərdən borc götürməsi qadağan edilmişdi. Həmçinin Amerikan hökuməti Kubanın daxili siyasətinə nəzarə etmək hüququnu da əldə etdi

Sual 51.xey doktrinasi

XX əsrin əvvəllərində Rusiya və Avropa dövlətlərinin Uzaq Şərqdəki maraqları Meydzi inqilabından sonra sürətli inkişafa nail olan Yaponiyanın regiondakı maraqları ilə kəsişməyə başladı. Nəticədə ölkələr arasında rəqabət kəskin artdı. Bu müharibə uzaqmənzilli artilleriya, zirehli gəmi , minadaşıyan gəmi kimi yeni silahların ilk dəfə işlədilməsi ilə də tarixə düşmüşdür. Rus -yapon müharibəsi həm də bir Asiya dövlətinin müasir dövrdə ilk dəfə olaraq Avropa dövlətini məğlubiyyətə uğratması ilə əlamətdardır.

İmperator II Nikolayın hakimiyyətinin ilk yarısında onun bütün Rusiya siyasətində əsas yerlərdən birini " Böyük Asiya proqramı"na əsasən Uzaq Şərq məsələsi tuturdu.Hələ Reveldə imperator II Vilhelmlə görüşü zamanı Rusiya imperatoru birbaşa, açıqca bildirmişdi ki, o Rusiyanın Şərqi Asiyada qüvvətlənməsi və təsir gücünün artmasına öz hakimiyyətinin " Əsas vəzifəsi" kimi baxır.Rusiyanın Uzaq Şərqdə üstünlüyünə ən böyük hədə Yaponiya idi. Qarşıdurmanın qaçılmaz olduğunu öncədən görən II Nikolay nəinki diplomatik yollarla, həmçinin, hərbi yollarla da müxtəlif tədbirlər görürdü. Yaponiyanın müstəmləkə təcavüzünün ilk hədəflərindən biri Koreya olmuşdur. XIX əsrin axırlarında Çini birlikdə istismar etmək və onu "nüfuz dairələrinə" bölmək üçün ilk addımı İngiltərə və ABŞ-ın köməyi ilə Yaponiya atdı. Koreya uğrunda mübarizə 1894-1895-ci illərdə Çin-Yaponiya müharibəsinə səbəb oldu. 1895-ci ilin aprelində Çinlə Yaponiya arasında imzalanmış Smonsek müqaviləsinə görə Çin Koreyanın müstəqilliyini tanıdı, Tayvan və Lyaodun Yaponiyaya verildi. Çin böyük məbləğdə təzminat ödəməli oldu. Yaponiya ilə müharibədə məğlubiyyət Çinin müstəmləkəçi dövlətlər arasında bölüşdürülməsi prosesini sürətləndirdi. ABŞ Çinin müstəmləkəçi dövlətlər tərəfindən bölüşdürülməsi prosesindən kənarda qalmaq istəmirdi. ABŞ dövlət katibi C.M.Hey 1899-cu ildə verdiyi notada "açıq qapı" adlandırılan doktrinanı elan etdi. Doktrinanın mahiyyəti bundan ibarət idi ki, ölkələr Çinin ayrı-ayrı regionları və portları ilə artıq müqavilə baglamış digər dövlətlərin hüquqlarına müdaxilə etməmək ,başqa ölkələrin maraq dairələrini pozmamaq,öz nüfuz dairələrinə daxil olan gəmilər üçün daha yüksək rüsum təyin etməmək barədə öhdəlik götürməli idilər/Bu doktrinanın meydana çıxması məhz o zaman mümkün oldu ki ,ABŞ iqtisadi inkişafda aparıcı Avropa dövlətlərinin səviyyəsinə çatdı və onlarla rəqabət apara bilərdi. Əgər əvvəl elan olunmuş Monro və Olini doktrinaları Avropa ölkələrinin Latın Amerikası qitəsinin işlərinə müdaxiləsinə qarşı yönəlmişdisə,Hey doktrinası ondan fərqli olaraq artıq ABŞ üçün Çində başqa dövlətlərlə bərabər iqtisadi imkanlar tələb edirdi. 1902- ci ildə bütün Avropa dövlətləri Heyin təklifini qəbul etdilər.Rusiyaya gəlincə isə o,bir sıra qeydşərtlər etdi,belə ki,onun Çinə daşıdığı malların tarif müdafiəsinə ehtiyac vardı. Çinə hamıdan yaxında yerləşən və bunula da əlaqədar olaraq başqa ölkələr qarşısında üstünlüyə malik olan Yaponiya Amerikanın təklifinə etiraz etmədi .Beləliklə, yalnız Rusiya xususi mövqe tuturdu ki, bu da müəyyən mənada ABŞ, İngiltərə və Yaponiyanın Uzaq Şərqdə ona qarşı yaxınlaşmasına təsir göstərdi.

Sual 52.Dollar diplomatiyası

Uilyam Horvard Taftın 1908-ci ilin sonlarında hakimiyyətə gəlişindən sonra ABŞ-ın təcavüzkar siyasəti daha da gücləndi. Taftın prezidentliyi dövründə ABŞ-in Kubaya olan münasibəti qismən dəyişdi. Bu siyasət iki xüsusiyyətlə – prezident Taft və dövlət katibi Filander Noksun siyasəti üçün xarakterik olan yeni önləyici siyasət və yaxud dollar diplomatiyasının yürüdülməsi ilə səciyyələnirdi. Uilyam Taft tərəfindən işlənib hazırlanmış "önləyici siyasət' Kuba, Karib hövzəsi və Mərkəzi Amerikanın digər ölkələrinə müdaxilə etməkdə ABŞ hüququnun yeni interpretasiyası ilə bağlı idi. Məlum olduğu kimi, maarifçilik ideyalarının intişarı genişləndikcə özünü qərb demokratiyasının ən gənc vətəni hesab edən ABŞ-ıda yeni formaların axtarışına vadar edirdi ki, bunların içində ən sivilizasiyalı metod Taftın "dollar diplomatiyası" idi.

İlk növbədə amerikan təcrübəsinin ümumiləşdirilməsi Tafta belə nəticəyə gəlməyə imkan verdi. Çünki heç də bütün hallarda "böyük dəyənək" siyasəti ABŞ-a müsbət imic qazandırmamışdı. Dövlət müstəqilliyi yolunda olan ölkələr bəzən bu siyasəti qəbul etmir, Kolumbiya ilə olduğu kimi hərbi-siyasi qarşıdurma bəzən silahlı mübarizə həddinə çatır və böyük vəsaitlər hesabına başa gəlirdi. 1911-1912- ci illərdə çox



ağır şərtlərlə Nikaraquaya verilən müxtəlif borclar, Milli bankın bütün səhmlərinin 51 faizi üzərində Amerika bankirlərinin nəzarəti, maliyyəçilər tərəfindən dəmiryol səhmlərinin satın alınması, gömrük rüsumlarının baş yığıcısının xüsusi rolu, eləcə də, Amerika piyadalarının ölkədəki mövcudiyyəti – bütün bunlar ölkəni ABŞ-dan asılı vəziyyətə salır və Amerika sənayeçilər i və maliyyəçiləri üçün onun sərvətlərini ələ keçirmələrində əlverişli şərait yaradırdı. "Dollar diplomatiyası" çox ağır şərtlərlə borc əməliyyatları, ölkənin daxili işlərinə açıq müdaxilə və qeyri-bərabər müqavilələr ABŞ tərəfindən təkcə Panama, Santo-Dominqo və Nikaraquaya deyil, həm də Hondurasa və digər Latın Amerikası ölkələrinə qəbul etdirilirdi. Belə ki, Hondurasın xarici borcları 27 milyon dollar təşkil edirdi və ABŞ Hondurasa "kömək" göstərməyə həvəslə razılıq verdi. Borclar haqqında konvensiya tezliklə imzalandı. Dövlət katibi Noks iddia edirdi ki, ABŞ Avropa ölkələrinin müdaxiləsinə imkan verməməlidir, yalnız ABŞ borcların ləğv edilməsi və respublikada maliyyə sabitliyinin bərqərar olması üçün Hondurasa borc təşkil edə bilər və etməlidir. ABŞ- ın bu siyasəti digər dövlətlərin ona qarşı nifrətini artırmaya bilməzdi. Belə ki, ABŞ dövlət katibi Noks Latın Amerikası ölkələrinə səfərə çıxmağa, gərgin vəziyyətin heç olmasa bir qədər yumşaldılmasına nail olmağa qərər vedi və Panama, Kosta-Rika, Nikaraqua, Honduras, Salvador, Qvatemala, Dominikan Respublikası, Haiti və Kubada oldu. Lakin onu bu ölkələrdə soyuq qarşıladılar, çünki ABŞ-a olan etmadsızlıq get-gedə güclənməkdə idi. Beləliklə, " Dollar diplomatiyası" yeni əsrin əvvəllərindən başlayaraq panamerikanizm ideologiyası ilə birləşərək ABŞ-ın siyasi təsirin i çox uzaqlara yaymışdı.

Böyük dəyənək siyasətinin 2 məqsədi var idi:a) Amerika qitəsini Avropanın inkşaf etmiş ölkələrinin üzünə bağlamaq b )Latın Amerikasının ABŞ-ın maraq dairəsinə daxil olmasını təmin etmək. Ruzvelt Monro doktrinasına yeni məzmun verməklə göstərirdi ki, ABŞda da qaydasızlıq, istehsal böhranları xroniki hal alıb, bu isə sivilizasiyanın mövcudluğu üçün təhlükə yaradır. Ruzveltin bu siyasi kursunda Panama kanalının çəkilməsi və Venesuela təcrübəsi mühüm rol oynadı . Məlum olduğu kimi, hələ 16-cı əsrdən etibarən 2 Amerika arasında su yolunun çəkilməsi məsələsi çox ciddi problemə çevrilmişdi Lakin, yalnız 1903-cü ilin 18 oktyabrda Panama kanalının çəkilməsinə start verildi.



1902-ci ildə isə İngiltərə, Almaniya və İtaliya Venesuelaya ultimatum verdiyi zaman prezident arbitr rolunu öz üzərinə götürdü. Teodor Ruzveltin "Böyük dəyənək" siyasətinin praktiki olaraq reallaşması ABŞ- Kuba münasibətləri ilə bağlı idi. ABŞ Panama kanalı ilə yanaşı Kubanı da ələ keçirmək istəyirdi. 1901-ci ilin f evralında Kubada konstitusiya layihəsi hazırlandı və ABŞ konqresi ona "Platda düzəlişi" etdi. Bu düzəlişə əsasən Kubanın suverenliyi məhdudlaşdırılır və ABŞ Kubaya müdaxilə hüququ əldə edirdi. İspan zülmündən təzəcə qurtulmuş Kubada ABŞ-in kapital qoyuluşu 30 milyarddan 200 milyard dollaradək artdı. 1906-1908 -ci illərdə Kuba ABŞ-ın p rotektoratlığına keçdi. 1907-ci ildə isə ABŞ Dominikan Respublikası üzərində protektoratlığını elan etdi. Böyük dəyənək siyasətini növbəti uğuru 1909 -cu ildə Nikaraquada da ABŞ protektoratlığının tanınması oldu. Beləliklə , özünü Qərbdən təcrid etmiş ABŞ qitədə baş verən qeyri-stabil halların aradan qaldırılması üçün öz üzərinə polis rolunu gotürməli oldu və bu funksiyanı zorakılıqdan az istifadə etməklə reallaşdıracağını bildirdi. Bu yolla o, xalqın gözündə reformator kimi qaldı və öz sələfi üçün artıq onun öhdəsinə düşməyən liberal islahatlar proqramını qoyub hakimiyyətdən getdi. Ruzveltin bu siyasi kursunda Panama kanalının çəkilməsi və Venesuela təcrübəsi mühüm rol oynadı. Məlum olduğu kimi, hələ 16cı əsrdən etibarən 2 Amerika arasında su yolunun çəkilməsi məsələsi çox ciddi problemə çevrilmişd Lakin, yalnız 1903-cü ilin 18 oktyabrda Panama kanalının çəkilməsinə start verildi. 1902-ci ildə isə İngiltərə, Almaniya və İtaliya Venesuelaya ultimatum verdiyi zaman prezident arbitr rolunu öz üzərinə götürdü. Teodor Ruzveltin "Böyük dəyənək" siyasətinin praktiki olaraq reallaşması ABŞ-Kuba münasibətləri ilə bağlı idi. ABŞ Panama kanalı ilə yanaşı Kubanı da ələ keçirmək istəyirdi. 1901-ci ilin fevralında Kubada konstitusiya layihəsi hazırlandı və ABŞ konqresi ona "Platda düzəlişi" etdi. Bu düzəlişə əsasən Kubanın suverenliyi məhdudlaşdırılır və ABŞ Kubaya müdaxilə hüququ əldə edirdi. İspan

zülmündən təzəcə

qurtulmuş Kubada ABŞ-in kapital qoyuluşu 30 milyarddan 200 milyard dollaradək artdı. 1906-1908-ci illərdə Kuba ABŞ-ın protektoratlığına keçdi. 1907-ci ildə isə ABŞ Dominikan Respublikası üzərində protektoratlığını elan etdi. Böyük dəyənək siyasətini növbəti uğuru 1909-cu ildə Nikaraquada da ABŞ protektoratlığının tanınması oldu. Sual 53.fransiz rus sazisi

Avropa tarixi hadisələrin obyektiv inkisafi 19 -cu əsrin sonu onilliyin əvvələrində fransiz rus ittifaqinin yaranmasinia gətirib cixardi. Bu prosesi melum dercede almaniyanin tekrar sigorta kmuqavilesi nin muddetini uzatmaqdan imtina etmis L Fon kaprivinin bacsiliq etdiyi yeni hokməti surətləndirirdi .

Fransa ucun Rusiya ilə ittifaq Rusiya ucun Dfransa ilə ittifaqdan daha vacib idi. Buna gorə də təəccublu deyil ki yəşəbbus parusdən gəlmişdişdir. 1891 ci ilin yayinda fransiz donanmasinin gəmiləri krinştatda səfər etdilər ki bu da hər iki tərəfdən fəal diolomatik hərəkətlərin baslangici oldu. Fransz rus munasibətlərinin surətli inkisafina mane olmaq yaxud onlari nisbeten lengitmek ucun almaniya tezliklə gomruk muharibəsinə basladi . 1891 ci ilde 3 lər ittifaqi 3 cu dəfə uzadilanda onun istirakcilari İngiltere ile dost mubasibetleri in her cur qeyd etdikden sonar Fransa rusiya dovleti ile daha efal munasibetlerin qurulmasina imkan yaratdi.

Sazislerin hazirlandigi 2 il eerzinde tereflerin movqeleri daha da yaxinlasdi. 1891 ci ilin avqustunda və 1893 cu ilin dekabrinda munasibetler resmilesdi.

1891 ci il sazislerinin aglanmasi fransa və Rusiyanin xarici isler nazirleri arasinda məktublar mubadiləsi yolu ilə bas Verdi.

Fransa və Rusiya oz uzərilərinə ohdeliklər goturdulər .sonra bas qerargahlarin numayrndeleri herbi konvensiya haziradilar və o 1892 ci ilin avqustunda imzalandi .onun 1ci maddəsi ndə deyilirdi ki eyer Fransa almaniya yaxud onun dəstək verdiyi İtaliya tərəfindən hucuma məruz qalarsa Rudsiya almaniyay hucum etmek ucun sərəncaminda olan butun qosunlardan istifadə edəcəkdir .3 cu maddeye uygun olaraq fransa almaniyayya qarsi qosun cuxara bilərdi .almaniya eyni vaxtda hem qerbde hm de serqde vurusmali olacaqdi .beleikle fransa rusiya arasindaki ittifaq quvveye mindi . 1891 1892 1893 cu ilin sazisleri olduqca mexfi saxlanirdi.

Lakin iki olkünin herbi deniz quvvelerinin numayisi Rusiya ilə fransanin əlaqlərinin mohkəımlənməsinə dəlalət edirdi.

Sual 54.Simonseki muqavilesi 1895

Yaponiya özünün inkişaf edən sənayesi üçün əlavə dəmirfiliz və kömür bazaları yaratmağa cəhd edərək,Koreya və Çində(Cənubi Mancuriya)xammal bazarları uğrunda əsl kompaniya aparırdı.Uzaq Şərq regionunda öz nüfuzunun yayılmasına və möhkəmləndirilməsinə o,Rus-Yapon müharibəsindən xeyli əvvəl hazırlaşmağa başladı. Yaponiya Koreyada Çinin mövqelərinin möhkəmlənməsi ilə barışmaq istəmirdi.Yaponiyanın Koreya ilə iqtisadi əlaqələri zəifləmişdi.Yaponiya hökuməti Koreya ərazisinə coxsaylı kəşfiyatçılar göndərmişdi.Xarici siyasətin fəallaşması Yaponiyanın hərbi potensialı ilə bilavasitə bağlı idi.Çinə qarşı müharibəyə hazırlaşmaqda Yaponiya hökümətinin məqsədi həm də əhalinin diqqətini ölkənin daxili problemlərindən yayındırmaq idi.Çinə qarşı müharibə yolu ilə Yaponiya Koreyanı və Tayvanı işğal etmək niyyətində idi.1893-cü ildə Koreyada başlanmış kəndli üsyanı həm yerli feodallara,həm də xarici zülmə qarşı yönəlmişdi.Üsyan Koreya hökümətinin ciddi narahatlığına səbəb oldu.Çin yaranmış şəraitindən istifadə edib Koreyada öz mövqelərini möhkəmləndirməyə çalışırdı.Üsyanı yatırmaq üçün Çin höküməti Koreyaya hərbi yardım təklif etdi.1894-cü ildə Koreya höküməti Çindən xahiş etdi ki,qiyamçıları cəzalandırmaq üçün qoşun göndərsin.İyunun 9-da Koreya ərazisinə Çin qoşunları göndərildi.Çin Tokiodakı səfiri Koreyaya qoşun göndərilməsi haqqında Yaponiya hökümətinə məlumat verdi.İyunun 7-də Yaponiyanın Pekindəki səfiri bildirdi ki,onun höküməti Koreyaya qoşun göndərəcək.İyunun 9da Koreyanın İnçon limanına artıq bir neçə yapon hərbi gəmisi gəlmişdi.Yaponiya qoşunları iyunun 10-da Koreyanın paytaxtı Seula daxil oldu.Çin və Koreya yapon qoşunlarının Seuldan çıxarılmasını tələb etdi.Yaponiya höküməti onların tələbini qəbul etmədi.Yaponiya Koreyanı işğal etmək fikrində idi.Eyni zamanda Yaponiya iddia edirdi ki,Koreyanın Çin tərəfindən işğal edilməsini istəmir.Yaponiya Çinə qarşı müharibəyə hazırlaşırdı.Çin höküməti hesab edirdi ki,Avropa

dövlətləri ona kömək edecək.İngiltərə Çinlə geniş iqtisadi əlaqələr yaratmışdı və heçbir dövlətin Çində ona rəqib olmasını istəmirdi.İngiltərə Çini,Koreyanı və Yaponiyanı özündən asılı vəziyyətə salmağa və Yaponiya ilə Çin arasında ittifaqın yaradılmasına çalışırdı.Ona gorə Yaponiyanın Çinə qarşı müharibəyə hazırlaşması İngiltərənin Uzaq Şərqdəki mənafelərinə zidd idi.Yaponiya

Uzaq Şərqdə ticarət sahəsində İngiltərənin rəqiblərindən birinə çevrilmişdi.Koreyanın Yaponiya tərəfindən işğalı nəticəsində bu ölkədə İngiltərənin mövqeyi zəifləyə bilərdi.Yaponiya Avropa ölkələri ilə imzalanmış qeyribərabərhüquqlu müqavilələrin ləğvinə çalışırdı.. 1895-ci ilin aprelin 17-də Simonosekidə Yaponiya ilə Çin arasında müqavilə imzalandı.Çin Koreyanın müstəqilliyini tanıdı.Lyaodun yarımadası,Tayvan və Peskador adaları Yaponiyaya verildi.Çin 200milyon lan(400 milyon manat) təzminat ödəməli idi.[ ] Yaponiya vətəndaşları Çinin açıq limanlarında sənaye müəssisələri yarada bilərdi.Çinlə Yaponiya arasında yeni ticarət müqaviləsi bağlanmalı idi.Çinin nümayəndə heyəti ölkəyə qayıtdı.Bu müqavilə Çində əhalinin böyük narazılığına səbəb oldu. Rusiya höküməti Uzaq Şərqdə hərbi donanmanın gücləndirilməsi,Rusiyanın Uzaq Şərqdə İngiltərə və Fransa ilə birlikdə Yaponiyaya təzyiq göstərməsi haqda qərara qəbul etdi

Sual 55. İngilis-Yapon müqaviləsi (1902) və parlaq tecrid siyaseti

İlk öncə uzaq şərqdə bu dövrdəki beynəlxalq münasibətlərə nəzər salaq. Bildiyimiz kimi XIX əsrin sonu XX əsrin əvvəllərində dünyanın yenidən bölüşdürülməsi uğrunda başlanan beynəlxalq mübarizə uzaq şərqdəki siyasi vəziyyətə də təsir göstərdi. Beləki, Koreya və Mancuriyada maraq dairəsinə sahib olmaq uğrunda Rusiya və Yaponiya arasında yüni müharibənin ilk qığılcımaları alovlanırdı. Yaranmış vəziyyətdə Yaponiya Avropa dövlətlərinin dəstəyinə nail olmağa çalışırdı. Bu dövrdə Yaponiya üçün ən ideal vektor İngiltərə ilə münasibətlərə yönəlmişdi. İlk öncə 1901-ci il martin 9-da Yaponiya XİN Londondakı səfirinə müraciət etdi ki, əgər Yaponiya Rusiya ilə müharibə aparmaq məcburiyyətində qalarsa, o İngiltərədən hansı ölçüdən yardım ala bilər? Martın 16-da İngiltərə höküməti (Lensdaun) cavab verdi ki, o bitərəf qalmaq fikrindədir. Sonradan bildirdi ki, o bu mövqedə qəti deyil, hadisələrin sonrakı gediçindən asılı olacaq. Yaponiya bu cavabdan razı qalmadı. Sonradan aparılan danışıqların nəticəsində tərəflər bəzi məsələlərdə razılaşdılar. Amma yeni problem- (Yaponiyada hakimiyyət dəyişikliyi, İto hakimiyyətdən getdi) ortaya çıxdı. Və Yaponiya hakim dairələri arasında çəkişmələr İngiltərə ilə danışıqların tempini zəiflətdi. Nəhayət bir müddət fasilədən sonra İngiltərə XİN Lensdaun ilə Yaponiyanın İngiltərədəki səfiri Xayaşi arasında ittifaq müqaviləsi idi. Müqavilə əsalində Rusiyaya qarşı bağlanmışdı. Müqavilənin şərtlərinə görə 1) Hər iki dövlət Çin və Koreyanın müstəqlliyini tanıyır, onların daxili işlərinə qarışmamağı üzərinə götürürdülər (Əslində hər iki dövlət bir-birlərinin müvafiq olaraq Koreya və Çindəki maraqlarını tanıyırdılar); 2)Əgər tərəflərdən biri regionda maraqlarını təmin etmək yolunda hər hansısa üçüncü dövlətlə müharibə edərdisə digər tərəf öz bitərəfliyini elan etməli idi ; 3)Əgər tərəflərdən biri yenə həmin məqsədlə bir deyil daha çox dövlətlər qrupu ilə müharibə aparmaq məcburiyyətində qalarlarsa digər yüksək tərəf onun köməyinə gəlməli idi. –Bu yapon diplomatiyasının uğuru idi. Bundan başqa tərəflərarasında əlavə məxvi nota mübadiləsi də olmuşdu. Həmin sənəddə göstərilirdi ki, sülh vaxtında nə qədər mümkün olsa hər iki dövlət hərbi dəniz qüvvələrinin birgə hərəkətlərini bir-biri ilə razılaşdırmalı idi. Müqavilə həm də İngiltərinin Yaponiyaya maliyyə köməyini də təmin edirdi. Yekunda bunu qeyd edək ki, 1902-ci il İngilis-Yapon müqaviləsi İngiltərənin ənənəvi” “parlaq təcrid siyasəti”nin sonu idi. İngiltərə bu siyasətini hələ 1853-cü il Krım müharibəsindən sonra həyata keçirməyə başlamış, ta XX əsrin əvvəllərinə qədər davam etdirmişdir və heç bir bloka qoşulmamışdır.

Sual 56,58,59

XX əsrin ilk illərində Uzaq şərqdə beynəlxalq vəziyyət dünyada baş verən hadisələrin fonunda inkişaf edirdi. Artıq bölünmüş dünyanın yenidən bölüşdürülməsi uğrunda mübarizə gedir, hərbi-siyasi bloklar yaradılır, sürətlə silahlanma aparılırdı. Nəticədə dövlətlər arasında rəqabət kəskinləşirdi. Dünya siyasətinin ön səhnəsinə ABŞ, Almaniya, Yaponiya, Çin,

Türkiyə, İran kimi dövlətlər çıxırdı.

İndi isə Uzaq Şərqdəki geosiyasi vəziyyətə nəzər salaq. Bu dövrdə, yəni XIX əsrin sonu XX əsrin əvvəllərində Yaponiyada militaristləşmə gedir və şovnist meyillər artmağa başlayırdı. V.İ.Lenin 1902-ci ildə yazırdı: “Yaponiya sənaye dövlətinə çevrilməyə başlayır və Çin səddini deşməyə çalışır”.Bu dövrdə Böyük Yaponiya ideyası təbliğ olunurdu. Onun tərkibinə Kuril adaları, Saxalin adası, Kamçatka, Farmoza, Koreya, Mancuriya və Sibirin böyük hissəsi daxil olmalı idi. Yaponiya höküməti artıq 1895-ci ildən bu siyasəti həyata keçirmək yoluna qədəm qoymuşdu. [Bildiyimiz kimi Yaponiya Çinlə müharibəyə girdi(1894-1895) və onu Simonoseki müqaviləsini bağlamağa vadar etdi. Nəticədə bir sıra ərazilər Yaponiyanın tərkibinə keçdi.]

Sürətlə dirçələn Yaponiyada bu dövrdə Rusiyaya qarşı iki münasibət mövqe var idi: Birinci istiqamətin nümayəndələri Rusiya ilə müharibənin tərəfdarı idi və böyük Yaponiya ideyasını irəli sürürdülər. II istiqamət isə Rusiya ilə problemin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı idilər. Bu istiqamətin əsas təşəbbüskarı Baş Nazir X.İto idi. Onun siyasi düsturuna əsasən Koreya-Yaponiyaya, Mancuriya-Rusiyaya verilməli idi. Lakin X.İto istefaya getdikdən sonra birinci istiqamətin tərəfdarlarının mövqeyi önə çıxdı.

Avropa dövlətlərinin müharibəyə mövqeyinə gəldikdə isə Fransadan başqa hami Yaponiya-Rusiya müharibəsinin tərəfdarı idi. Çünki Fransa müharibə gedişində bütün rus qoşunlarının şərqə aparılmasından ehtiyyat edirdi. Digər tərəfdən Qərbdə Almaniya ilə münasibətlərdə tarazlıq pozula bilərdi. Başqa Avropa dövlətləri xüsusilə İngiltərə müharibənin tərəfdarı idilər. Hətta İngiltərə 1902-ci ildə Rusiyaya qarşı Yaponiya ilə itifaq müqaviləsi də bağlamışdı.

Bu dövrdə Yaponiya sürətlə Rusiya ilə müharibəyə hazırlaşırdı. Lakin bunları ört-basdır etmək üçün Rusiya ilə guya münasibətləri tənzimləmək üçün danışıqlara başladı. Və ultimatum göndərdi. Ultimatumda Yaponiyanın Koreyadakı protektoratlığının tanınması, Koreyanı Mancuriya ilə birləşdirən dəmir yolunun tikintisinə icazə verilməsi, Mancuriyada yaponiyanın Rusiyanın maraqları ilə eyniləşdirilməsi məsələləri daxil idi. Peterburqdan ultimatuma cavab gözləmədən Yaponiya 1904-cü ilin fevralın 8-də Rusiyaya müharibə elan etdi. Beləliklə 1904-1905-ci illər Rus-Yapon müharibəsi başladı.

Yapon qoşunları qısa müddətdə Çemulpo hərbi bazasına hücum etdi və Port-Artura çıxdı. Tezliklə yapon qoşunları Koreyaya çıxdılar. Rusiya məğlub oldu. Xüsusilə Tsusim döyüşündə rus qoşunlarının biyabırçı məğlubiyyəti müharibənin taleyini həll etdi. Bundan sonra Qərb dövlətləri də müharibənin dayandırılması üçün hərəkətə keçdilər.


Yüklə 81,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin