Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»


Sual 5. Iqtisadi mustəqillik siyasi müstəqilliyin əsasıdır



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   2   3   4   5   6   7   8   9   ...   33
Azərbaycan İqtisadiyyatı

Sual 5. Iqtisadi mustəqillik siyasi müstəqilliyin əsasıdır. 

Azərbaycan suveren bir respublika kimi dünya tərəfindən tanınmış, bir sıra 

beynəlxalq təşkilatlara daxil olmuş və dünyanın bir çox müstəqil dövlətləri ilə 

siyasi, iqtisadi, mədəni və s. sahələrdə əməkdaşlıq edir. Dövlət müstəqilliyini 

itirməmək üçün də ölkənin iqtisadi müstəqilliyinə nail olmaq lazımdır. Bu 

vəzifəni yerinə yetirmək üçün “iqtisadi azadlıq”,”azad iqtisadiyyat” , “iqtisadi 

müstəqillik” və “müstəqil iqtisadiyyat” anlayışlarından istifadə etmək lazımdır. 

İqtisadi azadlıq  başqasının himayəsindən, ələ baxımlığından qurtarıb, öz 

imkanları hesabına yaşamağa qadir olmaq deməkdir. Söhbət fərdin, millətin və 

hər bir fərdin iqtisadi cəhətdən azad yaşaya bilməsindən gedir. İqtisadi cəhətdən 

azad yaşaya bilmək üçün iqtisadi gücə malik olmaq lazımdır. İqtisadi güc isə 

real, təbii, iqtisadi, intelektual elmi potensialdır, bu potensialı hərəkətə gətirib 

respublikanın ehtiyaclarını ödəmək üçün lazım olan maddi və mənəvi nemətləri 

istehsal etmək qabiliyyətidir, istehsalı təşkil etmək, idarəetmək bacarığıdır. 

İqtisadi cəhətdən güclü olmaq iqtisadi azadlığı təmin edir.Azad iqtisadiyyat - 

fəaliyyəti kənar qüvvələrin təsiri ilə məhdudlaşdırılmayan, bazar qanunları ilə 

tənzim olunan, bazarın tələbinə uyğun fəaliyyət göstərən iqtisadiyyatdır. Burada 

mülkiyyət azadlığı, sahibkarlıq azadlığı, azad rəqabət, azad qiymətlər 

mövcuddur. İqtisadiyyat demokratik prinsiplər əsasında fəaliyyətgöstərir. Ancaq 

bu azadlıq mütləq mənada qəbul olunmamalıdır. Belə ki, iqtisadiyyat həm təbii 

amillərlə bağlıdır, həm də dövlətin müdaxiləsinə, köməyinə möhtacdır. İqtisadi 

müstəqillik  o deməkdir ki, 1)xalq tarix boyu yaratdığı və təbiətin ona bəxş 

etdiyi sərvətin sahibi olur, ona sərəncam verir və öz mənafeyinə uyğun istifadə 

edir. 2)cəmiyyət özünü iqtisadi cəhətdən yaşatmaq gücünə malik olur., əsasən 

özünün imkanlarına və tarixi reallıqlara iqtisadiyyatın ictimai formasını 

müəyyən edir, formalaşdırır; 3)tərəddüd etmədən xarici iqtisadi əlaqələr 




 

13 


 

yaratmaq, sərbəst dünya bazarına çıxa bilmək, xarici rəqabətə qarşı davamlı 

olmaq, iqtisadi təxribatdan qorunmaq kimi keyfiyyətlər də iqtisadi müstəqilliyin 

olması deməkdir. İqtisadi cəhətdən müstəqil olan bir dövlət müstəqil maliyyə

pulkredit, gömrük, qiymət siyasəti yeritmək qüdrətinə malik olur. Ancaq iqtisadi 

müstəqillik verilmir, iqtisadi müstəqilliyi təmin edən milli iqtisadiyyat 

formalaşdırılmalıdır. Bu elə bir iqtisadiyyat olmalıdır ki, onun: 1)özünün yetkin 

milli bazarı və bu bazarın tələblərinə cavab verən strukturu qərarlaşsın; 2) öz 

dayaqları üzərində inkişaf edə bilsin və özünü təkrar istehsal etək qabiliyyətinə 

malik olsun; 3) müstəqil, möhkəm valyutası, maliyyə, kredit, bank sistemi 

fəaliyyət göstərsin; 4)formalaşmış istehsal, bazar və sosial infrastrukturları 

olsun; 5)səhmanlı, çevik təsərrüfat mexanizminə və 6)dövlət idarəçilik 

ənənələrinə malik olsun. Bu cür keyfiyyətlərə malik bir iqtisadiyyat sosial 

istiqamətli olmalıdır, ölkənin iş qabiliyyətli əhalisinin işlə təmin etməklə 

səciyyələnməlidir. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin