Sual Azərbaycan iqtisadiyyatında iqtisadi islahatların səmərəliliyi. Azərbaycan iqtisadiyyatmm «keçid dövründə»



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#40931
1   ...   20   21   22   23   24   25   26   27   ...   33
Azərbaycan İqtisadiyyatı

Azərbaycanda məşğulluq problemi və işsizliyin müxtəlif formaları 

Qeyri-məşğul əhaliyə (işsizlərə) aiddir: könüllü şəkildə işdən imtina edənlər

işdən qovulanlar və s. Qeyd etmək lazımdır ki, işsizlik səviyyəsinin azalması və 

müvafiq olaraq məşğulluq səviyyəsinin yüksəlməsi bir sıra amillərlə - həm təbii 

amillərlə, həm də həyata keçirilən müxtəlif  tədbirlərlə bağlıdır. Məsələn, 

infrastruktur obyektlərinin yaradılması və istifadəyə verilməsi, müxtəlif iş 

yerlərinin açılması iqtisadi yönümlü tədbir olaraq mühüm əhəmiyyət daşıyır. 

Əhalinin sayının artması yaş qruplarının strukturunda əhəmiyyətli dəyişikliyə 

səbəb olmaqla əmək qabiliyyətli yaşda olanların xüsusi çəkisinin artması ilə 

nəticələnir. Kənd təsərrüfatında bu sahənin spesifik xüsusiyyətləri baxımından 

işsizliyin müxtəlif formaları fərqləndirilir: 

1. Friksion işsizlik. İşsizliyin bu forması iş axtaran və yaxud gələcəkdə işlə 

təmin olunacaq şəxslərə aiddir. Friksion işsizlik əmək bazarında tələblə təklif 

arasında nisbətin məqbul səviyyəsində, konkret olaraq iş yerləri seçmək 

imkanlarının mövcudluğu şəraitində baş verir. Bu zaman iş axtaranlar təklif 

olunan iş yerləri arasında daha çox əmək haqqı verilməsi nəzərdə tutulan iş yeri 

seçmək üçün müəyyən vaxt ərzində gözləməli və ya işsiz qalmalı olur. 

2. Struktur işsizlik. Bazar iqtisadi münasibətləri sisteminə keçidlə əlaqədar və bu 

sistemin tələblərinə uyğun struktur dəyişikliklərinin nəticəsi olaraq, həmçinin 

yeni istehsal texnologiyalarının tətbiqi ilə bağlı yaranan işsizlik formasıdır. 

Məsələn, yeni iqtisadi sistemin formalaşması bəzi mütəxəssislərə-menecerlərə, 

marketoloqlara və s. tələbatı artırır. Əvvəlki sistemdə mövcud olan kadrlar isə 

bu kimi vəzifələrdə çalışmaq qabiliyyətində deyil. Təbii ki, belə şəraitdə işsizlik 

problemi yaranır. 

3. Mövsümü işsizlik. İşsizliyin bu forması kənd təsərrüfatı istehsalında, xüsusilə 

bitkiçilik sahəsində özünü daha çox büruzə verir. Belə ki, istehsal dövrü ilə iş 

dövrünün üst-üstə düşməməsi ilə əlaqədar istehsal prosesi mövsümü xarakter 

daşıyır. Müvafiq olaraq əmək sərfi diskret, fasiləli xarakter daşıyır.  Nəticədə iş 




 

64 


 

qüvvəsinə tələbat müxtəlif istiqamətlərdə dəyişir. İş prosesinin mövcudluğu 

şəraitində tələbatın artımı müşahidə olunur, əks halda işçilərin sayı kəskin 

şəkildə  aşağı düşür. Deməli mövsümü işsizlik yaranır. 

4. İnstitusional işsizlik. Əmək bazarının infrastrukturunun qeyri-səmərəli 

fəaliyyəti zamanı  institusional işsizlik forması yaranır. Başqa sözlə, mövcud 

olan boş iş yerləri haqqında zəruri informasiyaların olmamağı işsizlik səviyyəsi 

barədə tam təsəvvür əldə etməyə imkan vermir. Bu işsizlik forması eyni 

zamanda işsizlərə verilən müavinətlərin artmasına səbəb olmaqla müəyyən 

mənada cəmiyyətdə işə münasibət baxımından passivliyə gətirib çıxarır. 

5. Təbii işsizlik. İqtisadi inkişafın istənilən səviyyəsində təbii olaraq tam 

məşğulluğun təmin edilməsi qeyri-mümkündür. Başqa sözlə, işsizlik hər bir 

iqtisadi sistem üçün xarakterikdir. Bu baxımdan işsizlik səviyyəsinin həddi 

müəyyən edilir və bu hədd çərçivəsində olan işsizlik təbii işsizlik adlanır. 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin