Energetikanın əsasını İES təşkil edir. Ölkədə qeyri-neft sektorunun ÜDM-da payı 40%-ə çatmışdır. Sənaye müəssisələri sahil bölgələrində. SƏdakı bütün sənaye sahələri ARAMKO şirkəti çərçivəsində formalaşır- dünya neftinin 10%-dən çoxunu istehsal edir. Dövlətə məxsus SABİK şirkətinin müəssisələrində polad, plastik kütlə, gübrə istehsal olunur. SABİK 15 müəssisəni özündə birləşdirir.
Ciddə, Dəmmam və Cubaylda 3 metallurgiya müəssisəsi-polad, polad armatur, borular istehsal edilir.
Ölkədə yığma müəssisələri elektrotexniki məişət cihazlarının istehsalı ilə məşğuldur. Belə müəssisələr böyük şəhərlərdə cəmləşmişlər. SƏda «Mersedes» yük maşınları da yığılır- bütün zəruri maşın və avadanlıqlar idxal olunur.
dünyada ən qabaqcıl şirinləşdirilmiş su istehsalçısıdır. İstifadə edilən su şirinləşdirici qurğular ölkənin içməli suya olan ehtiyacının 70%-ni ödəyir. Mövcud su kəmərlərinin ümumi uzunluğu 30 min km-dən çoxdur.
Dostları ilə paylaş: |