|
|
səhifə | 12/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
| İQTİSADİ İMTAHAN
Elektroenergetika. Əsasını İES və AES təşkil edir. 2018-ci ilin 1-ci yarısında 41,5 % enerji istehsal olunmuşdur. Bunun 20,2%-i su, 8,2%-i günəş, 7,2%-i qazdan alınan enerjidir. Yanacaq energetikasında əsas yeri daş-kömür tutur. AES-in payına ölkədə istehsal olunan bütün elektrik enerjisinin 1/3-i düşür (700,2 mlrd kvt saat). 2018-ci ildə külək və günəş enerjisinin payı artmışdır. Emaledici sənaye ölkənin aparıcı sahələrindən biridir.
Qara metallurgiya. Bu müəssisələr Şimali Reyn-Vestfaliya (Duysburq, Dortmund) torpaqlarında yayılmışdır. Xammal kimi metal qırıntılarından istifadə olunur - metala olan tələbatın yarıya qədərini ödəyir (dəmir filizinin ehtiyatı 900 mln t.). Polad prokat və boru şəklində ixrac edilir.
Əlvan metallurgiya gətirmə xammal və əlvan metal qırıntıları hesabına fəaliyyət göstərir. İlkin alüminium istehsalına görə ( 700 min ton) Almaniya Avropada 1-ci yeri tutur. Metallurgiya sənayesinin idxal xammala yönəldilməsi- Hamburq və Bremen iri metallurgiya mərkəzinə çevrildilər.
Dostları ilə paylaş: |
|
|