Sual dünyanın siyasi xəritəsinin formalaşması Si­ya­si xə­ri­tə


BMT in­san po­ten­sia­lı­nı



Yüklə 0,75 Mb.
səhifə8/284
tarix19.02.2022
ölçüsü0,75 Mb.
#52843
1   ...   4   5   6   7   8   9   10   11   ...   284
İQTİSADİ İMTAHAN

BMT in­san po­ten­sia­lı­nın in­ki­şaf in­dek­si­nə gö­rə döv­lət­lə­ri üç qru­pa bö­lür:

  1. İn­san po­ten­sia­lı­nın in­ki­şaf in­dek­si yük­sək sə­viy­yə­də olan döv­lət­lər (55 döv­lət);

  2. İn­san po­ten­sia­lı­nın in­ki­şaf in­dek­si or­ta sə­viy­yə­də olan döv­lət­lər (80 döv­lət);

  3. İn­san po­ten­sia­lı­nın in­ki­şaf in­dek­si aşa­ğı sə­viy­yə­də olan döv­lət­lər (31 döv­lət).

SUAL 3. AFR-in coğrafi mövqeyi, təbiətininin xüsusiyyətləri

Coğ­ra­fi möv­qe. Al­ma­ni­ya Av­ro­pa­nın mər­kə­zin­də yer­ləş­miş ən bö­yük öl­kə­lər­dən bi­ri­dir. Bir­ləş­miş Al­ma­ni­ya qərb­dən Reyn ça­yın­dan şərq­də Oder ça­yı­na, şi­mal­da Yut­lan­di­ya ya­rı­ma­da­sın­dan cə­nub­da Du­nay ça­yı də­rə­si­nə qə­dər ge­niş əra­zi­ni tu­tur ( 357 min kv.km)

Al­ma­ni­ya Av­ro­pa­nın 9 öl­kə­si: şi­mal­da Da­ni­mar­ka, qərb­də Ni­der­land, Bel­çi­ka, Lük­sem­burq və Fran­sa, cə­nub­da Avst­ri­ya və İs­veç­rə, cə­nub-şərq­də və şərq­də Çe­xi­ya və Pol­şa ilə həm­sər­həd­dir. Al­ma­ni­ya­nın- Şi­mal və Bal­tik də­niz­lə­ri­nə çı­xı­şı coğ­ra­fi və hər­bi stra­te­ji möv­qe­yi­ni təşkil edir, ən bö­yük də­niz li­man­la­rı Şi­mal də­ni­zin­də “açı­lan pən­cə­rə­lə­ri”- Ham­burq, Bre­men və Vil­hems­xa­fen­. Al­ma­ni­ya­nın cə­nub sər­həd­di­ni tə­bii sədd Alp dağ­la­rı təş­kil et­sə də, on­lar ke­çil­məz dağ­lar sa­yıl­mır. Dağ aşı­rım­la­rın­dan cə­nu­ba ma­gist­ral də­mir və av­to­mo­bil yol­la­rı ke­çir.



Səth qu­ru­lu­şu. Al­ma­ni­ya­nın səth qu­ru­lu­şun­da 2 əsas rel­yef for­ma­sı- dü­zən­lik və yük­sək­lik­lər. Öl­kə­nin Bal­tik və Şi­mal də­niz sa­hil­lə­ri, şi­mal-şərq böl­gə­si ova­lıq və dü­zən­lik­lər­dən iba­rət­dir. Öl­kə­nin şi­ma­lı­nı və şər­qi­ni ant­ro­po­gen mən­şə­li çök­mə sü­xur­lar­dan iba­rət Or­ta Av­ro­pa dü­zən­li­yi (200m-ə qə­dər) tu­tur. Bu dü­zən­li­yin şi­mal-şər­qin­də isə Mak­len­burq ova­lı­ğı yer­lə­şir. Al­ma­ni­ya­nın cə­nu­bun­da yay­la­lar (Şva­bi­ya, Fran­ko­ni­ya, Ba­va­ri­ya və s.), dü­zən­lik və ova­lıq­lar­la (Yu­xa­rı Reyn ova­lı­ğı) növ­bə­lə­şən or­ta yük­sək­lik­li dağ­lar, cə­nub-şər­qin­də isə kris­tal­lik sü­xur­lar­dan təş­kil olun­muş qə­dim dağ­lar (Tü­rin­gi­ya me­şə­si, Harts dağ­la­rı, Fi­liz­li dağ­lar və s.) yer­lə­şir. Şərq­də ən hün­dür nöq­tə Fi­liz­li dağ­lar­da Fix­tel­berq zir­və­si­dir (1213m). Al­ma­ni­ya­nın ən hün­dür nöq­tə­si Tsuqş­pits da­ğı (2963m) bu­ra­da­dır.

Fay­da­lı qa­zın­tı­lar. Al­ma­ni­ya fay­da­lı qa­zın­tı­lar­la zə­if tə­min olun­muş­dur. Öl­kə­dən çı­xa­rı­lan mi­ne­ral sər­vət­lər onun tə­lə­ba­tı­nın 10%-ni ödə­yir. Daş kö­mür eh­ti­ya­tı­na gö­rə (235 mlrd. ton.kö­mü­rün 35 mlrd. to­nu daş kö­mür, 200 mlrd. qo­nur kö­mür) Qər­bi Av­ro­pa­da bi­rin­ci ye­ri tu­tur. Daş kö­mür eh­ti­ya­tı­na gö­rə Qər­bi Av­ro­pa­da, qo­nur kö­mür eh­ti­ya­tı­na gö­rə isə dün­ya­da qa­baq­cıl yer­də­dir. Al­ma­ni­ya­nın daş kö­mür mə­dən­lə­ri öl­kə­nin qər­bin­də cəm­ləş­miş­dir. Daş kö­mür eh­ti­ya­tı­nın 90%-i Rur, 10%-i Sa­ar höv­zə­lə­ri­nin pa­yı­na dü­şür. Qo­nur kö­mü­rün ən bö­yük eh­ti­yat­la­rı isə KölnAhen şə­hər­lə­ri­nin ət­ra­fın­da­dır. Al­ma­ni­ya­da neft və tə­bii qaz eh­ti­ya­tı çox az­dır.

Öl­kə­nin cə­nub böl­gə­lə­rin­də uran (4800 ton) ya­taq­la­rı aş­kar edil­miş­dir. Al­ma­ni­ya ka­li­um daş duz eh­ti­yat­la­rı­na gö­rə dün­ya­da qa­baq­cıl yer tu­tur. Duz ya­taq­la­rı öl­kə­nin şər­qin­də Ver­ra ça­yı höv­zə­sin­də cəm­ləş­miş­dir. Öl­kə fi­liz eh­ti­yat­la­rı ilə zə­if tə­min olun­muş­dur. Öl­kə­də əl­van me­tal xam­ma­lı da az­dır. Qey­ri-fi­liz və ti­kin­ti eh­ti­yat­la­rın­dan gil, kao­lin, qra­fit, ben­to­nit, gips, talk, əhəng­da­şı və s. var.



İq­lim. Öl­kə­nin iq­li­min­də kəs­kin fərq­lər mü­şa­hi­də edil­mir. Al­ma­ni­ya­nın iq­li­mi şi­mal­da və şərq­də də­niz, cə­nub­da kon­ti­nen­tal tip­li­dir. Yan­va­rın or­ta temp­ra­tu­ru +1ºC, iyu­lun­ +20ºC-dir. Or­ta il­lik ya­ğın­tı bü­tün əra­zi üçün 600-800 mm, dağ­lıq böl­gə­lər­də isə 1500-2000 mm-dir.

Hid­roq­ra­fi­ya. Al­ma­ni­ya­da su eh­ti­yat­la­rı­nın ça­tış­maz­lı­ğı möv­cud­dur. Öl­kə­nin əsas çay­la­rı Reyn, El­ba (aşa­ğı axı­nı), Oder, Du­nay (yu­xa­rı axı­nı), Ve­zer. Çay­la­rın gə­mi­çi­lik ka­nal­la­rı ilə bir­ləş­di­ri­lib. Cə­nub­da­kı çay­lar üzə­rin­də SES sa­lı­nıb, sü­ni su an­bar­la­rı ya­ra­dı­lıb. Reyn və onun qol­la­rı çox çirk­lən­miş­lər. Du­nay ça­yı­nın Al­ma­ni­ya iq­ti­sa­diy­ya­tın­da ro­lu bö­yük­dür. Öl­kə­də tek­to­nik, buz­laq, qa­lıq və s. mənşəli göl­lər var. Ən iri göl­lə­ri Bo­den, Xim, Mü­rits­dir.

Tor­paq-bit­ki ör­tü­yü. Al­ma­ni­ya­da müx­tə­lif tor­paq tip­lə­ri ya­yıl­mış­dır. Öl­kə­nin şi­mal və mər­kə­zi böl­gə­lə­rin­də pod­zol, Mak­len­burq dü­zən­li­yi və cə­nub-qərb­də qo­nur, boz-me­şə, dağ ətək­lə­rin­də və dü­zən­lik­lər­də çü­rün­tü­lü-kar­bo­nat­lı, qa­ra, dağ­lar­da qo­nur dağ-me­şə tor­paq­la­rı ge­niş əra­zi­lə­ri tu­tur.

Al­ma­ni­ya əra­zi­si­nin ¼-ni me­şə­lər tu­tur. Son­ra­dan sa­lın­mış me­şə­lər üs­tün­lük təş­kil edir. Dağ­lar­da kük­nar, fıs­tıq me­şə­lə­ri, şi­mal böl­gə­lər­də və da­ğə­tə­yi sa­hə­lər­də en­li­yar­paq­lı (ağ­ca­qa­yın, pa­lıd), qa­rı­şıq me­şə­lər çox­dur. Öl­kə əra­zi­si­nin 20%-ə qə­də­ri qo­ruq sa­hə­si- Bal­tik də­niz sa­hil­lə­ri, Şi­mal ti­rə­lə­ri və or­ta dağ­lıq sa­hə­lər­də­dir.



tə­bii ha­di­sə­lər və ət­raf mü­hi­tin ak­tu­al prob­lem­lə­ri. Öl­kə­də 2009-2010-cu il­lər­də bö­yük daş­qın və sel ha­di­sə­lə­ri-iq­ti­sa­diy­ya­tı­na xey­li zi­yan vur­muş­dur. Kö­mü­rün yan­dı­rıl­ma­sı za­ma­nı at­mos­fe­rə atı­lan tul­lan­tı­lar ha­va­nın çirk­lən­mə­si­nə sə­bəb olur; kü­kürd di­ok­si­din tul­lan­tı­la­rı nə­ti­cə­sin­də ya­ğan tur­şu­lu ya­ğış­lar me­şə­lə­rin küt­lə­vi sey­rək­ləş­mə­si­nə sə­bəb olur; məi­şət və sə­na­ye tul­lan­tı­la­rı nə­ti­cə­sin­də Bal­tik də­ni­zi­nin çirk­lən­mə­si; hö­ku­mə15-20 il ər­zin­də AES-dən is­ti­fa­də­nin ba­şa çat­dı­rıl­ma­sı me­xa­niz­mi­ni mü­əy­yən­ləş­dir­mə­yə ça­lı­şır; Aİ-nin tə­lə­bi­nə uy­ğun ola­raq can­lı tə­biə­tin ica­zə­siz ov edə­lər­dən qo­run­ma­sın­da iş­ti­rak 2018-ci ilin av­qust ayın­da öl­kə­də baş ve­ren qu­raq­lıq nə­ti­cə­sin­də kənd tə­sər­rü­fa­tı­na,fer­mer­lə­rə 3 mlrd.av­ro də­yə­rin­də zi­yan dəy­miş­dir.

SUAL 4. AFR-nın idarə olunma sistemi , əhalisi

İda­rəo­lun­ma for­ma­sı. Al­ma­ni­ya fe­de­ra­tiv şə­kil­də ida­rə olu­nan döv­lət­dir. 16 fe­de­ral əra­zi­ hər bi­ri öz kons­ti­tu­si­ya­sı, par­la­men­ti, məh­kə­mə­si və hö­ku­mə­ti var. Ən bö­yük əra­zi­si olan tor­paq Ba­va­ri­ya (70,5 min kv.km), ən çox əha­li­si olan tor­paq Şi­ma­li Reyn-Vest­fal­dır (17,8 mln nə­fər).

Öl­kə­nin fe­de­ral kons­ti­tu­si­ya­sı 1949-cu il­də qə­bul olu­nub. döv­lə­tin baş­çı­sı fe­de­ral pre­zi­dent­dir. Pre­zi­dent Fe­de­ral Məc­lis tə­rə­fin­dən 5 il müd­də­ti­nə se­çi­lir. İc­rae­di­ci ha­ki­miy­yət Fe­de­ral Kans­le­rə məx­sus­dur.

Fe­de­ral sə­viy­yə­də ali qa­nun­ve­ri­ci or­qan funk­si­ya­sı­nı 2 pa­la­ta­dan- Bun­des­taq (aşa­ğı pa­la­ta) və Bun­des­rat­dan (yu­xa­rı pa­la­ta) iba­rət Fe­de­ral par­la­ment ye­ri­nə ye­ti­rir. Bun­des­ta­qın de­pu­tat­la­rı ümu­mi və giz­li səs­ver­mə yo­lu ilə 4 il müd­də­ti­nə se­çi­lir­lər. De­pu­tat­la­rın ya­rı­sı ma­jo­ri­tar sis­tem, qa­lan­la­rı par­ti­ya si­ya­hı­la­rı üz­rə se­çi­lir­lər. Bun­des­rat fe­de­ral tor­paq­la­rın ma­ra­ğı­nı mü­da­fiə edir. Bun­des­ra­ta nü­ma­yən­də­lər hər bir fe­de­ral tor­pa­ğın əha­li­si­nin sa­yı­na mü­va­fiq şə­kil­də se­çi­lir. Hər fe­de­ral tor­paq­dan se­çi­lən nü­ma­yən­də­lə­rin sa­yı 6 nə­fər­dən az, 42 nə­fər­dən çox ol­ma­ma­lı­dır.

. si­ya­si par­ti­ya­la­rı: Xris­ti­an De­mok­rat­lar İt­ti­fa­qı (XDİ), Xris­ti­an So­sia­list İt­ti­fa­qı (XSİ), Azad De­mok­rat­lar Par­ti­ya­sı, “90-la­rın İt­ti­fa­qı” (Ya­şıl­lar Par­ti­ya­sı), De­mok­ra­tik So­sia­lizm Par­ti­ya­sı, Res­pub­li­ka Par­ti­ya­sı, Mil­li De­mok­ra­tik Par­ti­ya və s.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin