Sual dünyanın siyasi xəritəsinin formalaşması Si­ya­si xə­ri­tə



Yüklə 0,75 Mb.
səhifə4/284
tarix19.02.2022
ölçüsü0,75 Mb.
#52843
1   2   3   4   5   6   7   8   9   ...   284
İQTİSADİ İMTAHAN

Or­ta əsr­lər (V-XVI əsr­lər) feo­da­lizm döv­rü ilə əla­qə­dar­dır. Feo­dal döv­lət­lə­rin si­ya­si ida­rə­et­mə sis­te­mi qul­­dar­lıq döv­rü­nün döv­lət­lə­ri­nə nis­bə­tən da­ha mü­rək­kəb idi. Feo­dal döv­lət­lər da­ha uzaq və ge­niş əra­zi­lə­ri zəbt et­mə­yə me­yil­li idi­lər. Mə­sə­lən, Av­ro­pa­nın feo­dal döv­­lət­lə­ri uzaq Hin­dis­ta­na də­niz ti­ca­rət yol­la­rı ax­tar­ma­ğa ça­lı­şır­­dı­lar. Kons­tan­ti­no­po­lun çök­mə­si nə­ti­cə­sin­də Şərq öl­kə­­lə­ri­nə ge­dən Os­man­lı im­pe­ri­ya­sı nə­za­rət edir­di.

Bu dövr­də si­ya­si xə­ri­tə­də ar­tıq Bi­zans, Mü­qəd­dəs Ro­­ma, Os­man­lı-türk im­pe­ri­ya­sı, İn­gil­tə­rə, İs­pa­ni­ya, Por­tu­­qa­­li­­ya ki­mi nə­həng döv­lət­lər möv­cud idi. Bö­yük coğ­ra­fi kəşf­lər döv­­rün­dən son­ra dün­ya­nın si­ya­si xə­ri­tə­si bö­yük də­yi­şik­li­yə mə­­ruz qal­dı. Bu döv­rün si­ya­si xə­ri­tə­si­nə tə­sir edən xro­­no­­lo­gi­ya­ya diq­­qət ye­ti­rək.

1420-ci il­lər­də Por­tu­qa­li­ya Ma­dey­ra, Azor ada­la­rı və Af­ri­ka­nın qər­bin­də yer­ləş­miş əra­zi­lə­ri tutur .

1453-cu il məş­hur Kons­tan­ti­no­pol şə­hə­ri­nin çök­mə­si.

1492-1502-ci il­lər Ame­ri­ka­nın kəş­fi. İs­pa­ni­ya Ame­­ri­ka­da ilk müs­təm­lə­kə mülk­lə­ri­ni ya­rat­dı.

1494-cü il Tor­des­sil­ya mü­qa­vi­lə­si­nə əsa­sən dün­ya­nın İs­pa­ni­ya və Por­tu­qa­li­ya ara­sın­da bö­lüş­dü­rül­mə­si.

1498-ci il Vas­ko de Qa­ma­nın Av­ro­pa­dan baş­la­yıb, Af­ri­ka sa­hil­lə­ri­ni öt­mək­lə Hin­dis­ta­na də­niz yo­lu­nun kəş­fi.

1499-1504-cü il­lər Ame­ri­qo Ves­pu­çi­nin Cə­nu­bi Ame­ri­ka­ya sə­ya­hə­ti.

1519-1520-ci il­lər Fer­di­nand Ma­gel­la­nın dün­ya də­niz sə­­ya­hə­ti.

XV əs­rin axır­la­rı XVI əs­rin əv­vəl­lə­ri­ni əha­tə edən dövr, si­ya­si xə­ri­tə üçün ye­ni mər­hə­lə­nin baş­lan­ma­sı­na işa­rə idi. Bi­rin­ci Dün­ya mü­ha­ri­bə­si­nə qə­dər da­vam et­miş bu dövr dün­ya­nın si­ya­si xə­ri­tə­sin­də əsas­lı də­yi­şik­lik­lə­rin baş ver­mə­si­nə sə­bəb ol­du. Bu, ka­pi­ta­lizm rü­şeym­lə­ri­nin ya­ran­ma­sı və ge­niş­lən­mə­si döv­ri idi. Bu dövr­də Av­ro­pa döv­lət­lə­ri ge­niş müs­təm­lə­kə mülk­lə­ri­nə sa­hib ol­du­lar.

Bö­yük coğ­ra­fi kəşf­lər döv­rün­də İs­pa­ni­ya və Por­tu­qa­li­ya ge­niş müs­təm­lə­kə mülk­lə­ri­nə sa­hib ol­du­lar. Am­ma ma­nu­­fak­tu­ra is­teh­sa­lı­nın mey­da­na gəl­mə­si dün­ya­nın ta­rix sa­hə­si­nə İn­gil­tə­rə, Fran­sa, Ni­der­land, Al­ma­ni­ya ki­mi döv­lət­lə­rin çıx­ma­sı­na sə­bəb ol­du. Bir müd­dət­dən son­ra bu qru­pa ABŞ da qo­şul­du.

XIX əs­rin son­la­rı XX əs­rin əv­vəl­lə­rin­də dün­ya­nın si­ya­si xə­ri­tə­si çox qey­ri-sa­bit idi. Bu­na sə­bəb isə dün­ya­nın apa­rı­cı döv­lət­lər ara­sın­da müs­təm­lə­kə tor­paq­la­rı­nın ye­ni­dən bö­lüş­dü­rül­mə­si uğ­run­da ge­dən mü­ba­ri­zə ol­du. Mə­sə­lən, 1876-cı il­də Af­ri­ka əra­zi­si­nin cə­mi 10 fai­zi Qər­bi Av­ro­pa döv­lət­lə­ri­nin müs­təm­lə­kə­lə­ri he­sab olun­du­ğu hal­da, 1900-cu il­də bu rə­qəm 90 fai­zə çat­dı.

Si­ya­si xə­ri­tə­nin ən ye­ni döv­rü­nün baş­lan­ma­sı­ Bi­rin­ci Dün­ya mü­ha­ri­bə­si­nin qur­tar­ma­sı ilə əla­­qə­lən­di­rir və onun ən ye­ni döv­rün bi­rin­ci mər­hə­lə­si ad­lan­­dı­rır­lar. İkin­ci dün­ya mü­ha­ri­bə­sin­dən son­ra si­ya­si xə­ri­tə­də baş ver­­miş də­yi­şik­lik­lə­ri isə ən ye­ni döv­rün ikin­ci mər­hə­lə­si ad­­lan­dı­rır­lar. 1990-cı il­dən son­ra si­ya­si xə­ri­tə­də baş ver­miş də­yi­şik­­lik­­lə­ri ən ye­ni döv­rün üçün­cü mər­hə­lə­si ad­lan­dı­rı­lır. Üçün­cü mər­­hə­lə­də dün­ya­nın si­ya­si xə­ri­tə­sin­də də­yi­şik­lik­lər baş ver­di:

- 1991-ci il­də SSRİ da­ğıl­dı və Av­ra­si­ya­nın si­ya­si xə­ri­tə­si­nə 15 müs­tə­qil döv­lət ya­ran­dı.

- MDB ad­la­nan müs­tə­qil qu­rum ya­ra­dıl­dı.

- Şər­qi Av­ro­pa­nın so­sia­list öl­kə­lə­rin­də məx­mər in­qi­lab­­lar baş ver­miş, öl­kə­lər so­sia­lizm yo­lun­dan uzaq­laş­mış­lar.

- Yə­mən Ərəb Res­pub­li­ka­sı ilə Yə­mən Xalq De­mok­­ra­tik Res­pub­li­ka­sı bir döv­lət­də bir­ləş­miş (may, 1990) və Sə­na pay­taxt şə­hər elan olun­muş­dur.

- Bu vax­ta qə­dər möv­cud olan iki al­man döv­lə­ti bir­ləş­miş­dir (okt­yabr, 1990).

- Af­ri­ka­nın so­nun­cu bö­yük müs­təm­lə­kə­si olan Na­mi­­bi­ya müs­tə­qil­lik əl­də et­miş­dir (mart, 1996).

- Mik­ro­ne­zi­ya böl­gə­sin­də ye­ni müs­tə­qil döv­lət­lər ya­ran­dı.

- Var­şa­va Mü­qa­vi­lə­si Təş­ki­la­tı və Qar­şı­lıq­lı İq­ti­sa­di Yar­­dım Şu­ra­sı ad­la­nan təş­ki­lat­lar öz fəa­liy­yət­lə­ri­ni da­­yan­dır­dı.

- Çe­xos­la­va­ki­ya Fe­de­ra­si­ya­sı iki müs­tə­qil (Çe­xi­ya və Slo­va­ki­ya) döv­lə­tə par­ça­lan­dı (yan­var, 1993).

-Azad­lıq uğ­run­da 30 il­lik mü­ba­ri­zə apa­ran Erit­re­ya Efio­pi­ya­dan ay­rı­lıb, müs­tə­qil döv­lət ol­du (1993).

- Yu­qos­la­vi­ya Fe­de­ra­si­ya­sı 5 müs­tə­qil döv­lə­tə (Ser­bi­ya və Çer­no­qo­ri­ya, Slo­ve­ni­ya, Bos­ni­ya və Her­so­qo­vi­na, Ma­­ke­do­ni­ya və Xor­va­ti­ya) par­ça­lan­dı.

- Çer­no­qo­ri­ya Ser­bi­ya­nın tər­ki­bin­dən çı­xa­raq müs­tə­qil döv­lə­tə çev­ril­di (2006).

- Ko­so­va Ser­bi­ya­nın tər­ki­bin­dən çı­xa­raq özü­nü müs­tə­qil döv­lət elan et­di (2008).

- Ose­ti­ya və Ab­xa­zi­ya Gür­cüs­ta­nın tər­ki­bin­dən çı­xa­raq öz­lə­ri­ni müs­tə­qil döv­lət elan et­di­lər.

SUAL 2. Dünya ölkələrinin tipologiyası

Ha­zır­da dün­ya­nın si­ya­si xə­ri­tə­sin­də 220-dən ar­tıq döv­lət və əra­zi möv­cud­dur. Bun­lar­dan 192-si BMT-nin üzv­lə­ri­dir. Bu öl­kə­lər içə­ri­sin­də çox bö­yük əra­zi­yə və çox­say­lı əha­li­yə ma­lik döv­lət­lər (Ru­si­ya, Ka­na­da, Çin, ABŞ, Hin­dis­tan, Bra­zi­li­ya) ilə hə­min gös­tə­ri­ci­lə­rə gö­rə mik­ro («cırt­dan») döv­lət­lər (Va­ti­kan, Mo­na­ko, San-Ma­ri­no, Ton­qo Tu­va­lu) də möv­cud­dur.

Dün­ya­nın mo­no­et­nik (bir mil­lət­li) döv­lət­lə­ri (Ya­po­ni­ya, Es­to­ni­ya, İs­veç və b.) ilə çox­mil­lət­li (Hin­dis­tan, Ru­si­ya, Ni­ge­ri­ya və b.) döv­lət­lə­ri də möv­cud­dur. Dün­ya döv­lət­lə­ri içə­ri­sin­də də­niz və oke­an­la­ra bir­ba­şa çı­xı­şı olan öl­kə­lər­lə, çı­xı­şı ol­ma­yan öl­kə­lər (Ma­ca­rıs­tan, Əf­qa­nıs­tan, Ta­ci­kis­tan, Çad, Ne­pal və b.) möv­cud­dur. Dün­ya­nın hər bir öl­kə­si­nin özü­nə­məx­sus, tək­ra­ro­lun­maz xü­su­siy­yət­lə­ri var. An­caq baş­qa öl­kə­lər­lə ox­şar cə­hət­lər ta­pı­lar­sa, bu hal­da öl­kə­lə­ri ox­şar xü­su­siy­yət­lə­ri­nə gö­rə mü­əy­yən tip­lər ayır­maq olar. Öl­kə tip­lə­ri - onun in­ki­şaf xü­su­siy­yət­lə­ri və baş­qa ox­şar­lı­ğı nə­zə­rə alı­nır. ti­po­lo­gi­ya­lar müx­tə­lif cür olur­lar.

Ti­po­lo­gi­ya­nı ya­rat­maq üçün iq­ti­sa­di və so­si­al in­ki­şaf, ta­ri­xi və si­ya­si as­pekt­lər nə­zə­rə alın­ma­lı­dır. Elə ti­po­lo­gi­ya­lar var­dır ki, on­lar yal­nız iq­ti­sa­di du­ru­ma əsas­la­nır.

El­mi-nə­zə­ri əhə­miy­yə­ti­nə gö­rə hər han­sı bir ti­po­lo­gi­ya həm də prak­ti­ki əhə­miy­yət da­şı­yır. BMT mü­tə­xəs­­sis­­lə­ri dün­ya öl­kə­lə­ri­nin gə­lə­cək in­ki­şaf stra­te­gi­ya­la­rı­nı ha­zır­la­­yar­­kən on­la­ra ma­liy­yə və hü­ma­ni­tar yar­dım gös­tər­mək məq­­sə­di­lə ən zə­if in­ki­şaf et­miş öl­kə­lə­rin ti­po­lo­gi­ya­sı­nı ha­zır­la­yır­lar. BMT mü­tə­xəs­sis­lə­ri bu təs­ni­fa­tı ha­zır­la­yar­kən üç me­ya­rı əsas ki­mi qə­bul edir­lər:

1. Mil­li gə­li­rin adam­ba­şı­na miq­da­rı­nın ən aşa­ğı sə­viy­­yə­li olan öl­kə­lər;

2. Öl­kə tə­sər­rü­fa­tın­da ema­le­di­ci sə­na­ye sa­hə­lə­ri­nin pa­­yı­ 10%­ aşa­ğı olan öl­kə­lər;

3.Əha­li­si­nin 80 fai­zi­nin sa­vad­sız ol­du­ğu öl­kə­lər.



Müa­sir dövr­də dün­ya öl­kə­lə­ri­nin so­si­al- iq­ti­sa­di və si­­ya­­si əhə­miy­yə­ti­ni nə­zə­rə al­maq­la BMT öl­kə­lər qru­pu üç ti­pə bö­­lü­nür:

- iq­ti­sa­di cə­hət­cə in­ki­şaf et­miş öl­kə­lər qru­pu;

- zə­if in­ki­şaf et­miş öl­kə­lər qru­pu ;

- iq­ti­sa­diy­ya­tı ke­çid döv­rü ya­şa­yan öl­kə­lər.

Son il­lər bu sa­hə­də təd­qi­qat­lar apa­ran Mosk­va Döv­lət Uni­ver­si­te­ti­nin alim­lə­ri, pro­fes­sor Vols­ki­nin rəh­bər­lik et­di­yi ka­fed­ra­nın əmək­daş­la­rı dün­ya öl­kə­lə­ri­ni ti­po­lo­gi­ya­sı­na gö­rə üç qru­pa böl­mə­yi məs­lə­hət bi­lir­lər.Bu ti­po­lo­gi­ya­ya gö­rə bü­tün öl­kə­lə­ri (post­so­vet və so­sia­list öl­kə­lə­ri is­tis­na ol­maq­la) dün­ya iq­ti­sa­diy­ya­tın­da və bey­nəl­xalq mü­na­­si­bət­lər­də tut­duq­la­rı möv­qe­yə gö­rə üç əsas qru­pa ayır­maq olar.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin