Faydalı qazıntılar. qalay (dünyada 1-ci yerdə), dəmir filizi, volfram, boksit, neft, kömür, qızıl və təbii qaz. Turizm-rekreasiya və aqroiqlim resursları, meşələrindəki qiymətli ağac növləri də ölkənin əsas təbii sərvətləridir.
Iqlim. ekvatorial iqlim hakimdir. Havalar il boyu isti keçir. Ölkədə orta illik temperatur 25-28°C təşkil edir. Dəniz sahili düzənliklərdə və çay vadilərində temperatur 30-36°C-dir. Dağlarda iqlim mülayimdir. Il ərzinə düşən yağıntılar bərabər paylanmışdır. Lakin musson küləklərinin təsiri nəticəsində yağmurlu günlərin sayı artır. Yayda Hind okeanından əsən musson küləklər Malakka yarımadasında yay mövsümünün rütubətli, qışda Sakit okeandan daxil olan mussonlar isə Kalimantanda qış mövsümünün rütubətli keçməsinə səbəb olur. Illik yağıntıların miqdarı Sahillərə və düzənliklərə 1500-2000 mm, Kalimantanın şimalına 2500 mm yağıntı düşür.