təbii hadisələr: tez-tez baş verən sunamilər, sel hadisələri, meşə yanğınları, zəlzələ və vulkanizm və s. Ətraf mühitin aktual problemləri: meşəsizləşmə, sənaye və məişət tullantılarının hesabına suyun çirklənməsi, böyük şəhərlərdə havanın çirklənməsi, meşə yanğınları nəticəsində ətrafı bürüyən qatı duman və s.-dir.
SUAL 45. Malaziyanın iqtisadiyyatının aparıcı sahələri
Malayziya iqtisadiyyatı Britaniya müstəmləkəçilik dövründə aqrar, xammal və ixracat istiqamətində olub. Iqtisadiyyat xarici kapitalın nəzarəti altında idi. Ikinci dünya müharibəsi ərəfəsində kapital qoyuluşunun 70%-i ingilis, qalanı isə amerikan, yapon, holland, fransız investorlarına məxsus idi. Yerli iş adamları plantasiya təsərrüfatı yaratmaq, fabrik açmaq istəsələr də buna nail ola bilmirdi, çünki Malay kapitalının mövqeyi zəif idi. yerli kapital getdikcə öz mövqeyini möhkəmlədir və bu proses müstəqillik illərində daha da qüvvətlənirdi. Ölkədə sənayenin inkişafında Xuatsyao kapitalı əsas rol oynamışdır. Bu ölkə xeyli miqdar sənaye və kənd təsərrüfatı xammalına (neft, qaz, qalay, boksit, oduncaq, geveya) malikdir. Sinqapurdan ayrıldıqdan sonra Malayziya milli sahibkarlığın inkişafına və öz emal sənayesinin yaranmasına xüsusi diqqət yetirməyə başladı. Beynəlxalq Əmək bölgüsündə Malayziya elektron sənayesinin bəzi növləri üzrə dar ixtisaslaşmaya nail oldu. Yerli və regional bazarlar üçün istehsalda diversifikasiya baş verir. Emaledici sənaye yarımadanın sıx məskunlaşmış qərb zolağında (paytaxt, Pinanq adası, Coxor-Baru) mərkəzləşmişdir. Şərqi Malayziyada şelf zonasında neft-qaz istehsalı daxil olmaqla iri hasilat sənaye bazası yaradılıb, neft emalı, maye-qaz istehsalı inkişaf etdirilir. Kalimantan yaxınlığında Labuan adasında ofşor fəaliyyəti məqsədilə yeni azad iqtisadi zona yaradılmışdır.
Yapon və Tayvan şirkətlərinin ölkəyə cəlb olunması qısa müddət ərzində iqtisadiyyatda yüksək inkişaf tempinə səbəb oldu. Malayziya Cənub-Şərqi Asiyanın «pələng» dövlətlərindən birinə çevrildi. Malayziya yarımkeçiricilər istehsalına görə dünyada 3-cü yerdədir. Ölkədə neft emalı, kimya, toxuculuq, ağac emalı, metallugiya sənayesi (qalay emalı), avtomobilqayırma inkişaf etmişdir. Kənd təsərrüfatı təbii kauçuk və palma yağı, kakao, hind qozu, şəkər qamışı, ananas və s. istehsalına əsaslanır. Malayziyanın iqtisadiyyatı aqrar -sənaye xarakterdədir. Ölkədə təbii sərvətlər çoxdur və ona görə də ölkədə hasilat və yerli xammal əsasında emal sənayesi inkişaf etmişdir. Malayziyada xidmət sahəsi hələ dünya bazarına təklif olunacaq səviyyədə deyildir. ÜDM-da xidmət sahələrinin payı 60% təşkil edir (sənaye 35,6, kənd təsərrüfatı 8,6% .Ucuz işçi qüvvəsinin olması bir çox Avropa və Yaponiya transmilli korporasiyalarının Malayziyada yerləşdirilməsinə səbəb olmuşdur. Adambaşına düşən ÜDM-un həcminə görə Malayziya bir sıra dövlətlərdən geri qalır. Ona görə də milli elmi-texniki bazanın yaradılmasına külli miqdar investisiya qoyulur. Kuala-Lumpurdan cənubda ölkənin inzibati mərkəzi Putracayya yüksək texnologiyanın mərkəzidir.
Dostları ilə paylaş: |