Amerikanlar ümumi əhalinin-78 faizi.
Aborigenlər (hindu, eskimos, aleut və havaylılar)-1 faiz.
İmmiqrant və ya keçid qrupu – 21 faiz.
Birləşmiş Ştatlarda əhalinin orta sıxlığı inkişaf etmiş digər ölkələrə nisbətən aşağıdır (hər kv. km-ə 35 nəfər). Lakin əhali ərazi üzrə qeyri-bərabər yerləşmişdir. Ölkənin əsas ərazisində əhalinin orta sıxlığı 40 nəfərdən artıqdır. Havay adalarında bu rəqəm 82, Alyaskada isə 0,4 nəfərdir. Ştatlar üzrə əhalinin orta sıxlığı da qeyri-bərabərdir. Atlantik okeanı sahillərində yerləşmiş ştatlarda sıx, Göllər ətrafı və aqrar istiqamətli ştatlarda, Qərbin əlverişsiz təbii şəraiti olan ərazilərdə əhali seyrək məskunlaşmışdır . Kaliforniya ştatında yaşayanların sayıABŞ ştatlarının hamısından çoxdur. Dünyanın ən alçaq məskunlaşma yeri Kalipatriya (dəniz səviyyəsindən 54 m aşağıda) ABŞ-da yerləşir.
SUAL 62. ABŞ-ın kənd təsərrüfatı və onun sahələri
ABŞ-ın kənd təsərrüfatı yüksək inkişaf səviyyəsinə, böyük həcmdə müxtəlif məhsul istehsalına görə digər ölkələrdən fərqlənir. dünya kənd təsərrüfatı məhsullarının ¼-i ABŞ-da istehsal olunur. soya və qarğıdalı məhsullarının yarısı, sorqonun, quş ətinin və pendirin 1/3-i, pambığın, sitrus meyvələrinin, südün və yumurtanın 1/5-i ABŞ-ın payına düşür.
Birləşmiş Ştatlarda kənd təsərrüfatı ailə fermalarından (ranço) ibarətdir. Yeni kənd təsərrüfatı texnologiyaları fermaların sayının ildən-ilə azaltmaqla daha çox ərzaq məhsulları, yun, pambıq və digər lifli məhsullar istehsal etmək imkanı yaratmışdır. Əgər 1930-cu ildə ölkədə 6,5 min ferma var idisə, hazırda onların sayı 2,2 milyona qədərdir. Bununla yanaşı fermaların sahəsi böyümüş (orta hesabla 373 hektar) və istehsal etdikləri əmtəəlik məhsulun həcmi artmışdır.Lakin bunlar ölkə üçün orta göstəricilərdir. Həqiqətdə isə fermaların ümumi sayının 15 faizini təşkil edən nəhəng fermalar ölkə kənd təsərrüfatı məhsullarının 70 faizindən çoxunu verirlər. Orta hesabla belə fermaların hər biri 600 hektar torpağa sahib olur və hər il azı 500 min dollarlıq əmtəəlik məhsul istehsal edə bilirlər. Hər bir ferma aqrobiznes sistemində bu və digər şirkətlə müqavilə bağlayır. Şirkət fermanı maşın, gübrə, toxum, elmi-metodoloji məsləhətlərlə təmin edir. İşlər başa çatdırıldıqdan, yəni əmtəəlik məhsul əldə olunduqdan sonra fermanı təmin etmiş şirkət öz xərclərini ferma sahibindən alır.
Birləşmiş Ştatların kənd təsərrüfatının bütün sahələri üçün dar ixtisaslaşma səciyyəvidir. Ərazicə böyük sahə tutan ixtisaslaşdırılmış bu bölgələri ölkədə qurşaqlar adlandırırlar (məsələn, qarğıdalı qurşağı, buğda qurşağı və s.). Hazırda bu qurşaqların daxilində belə ixtisaslaşdırılmış bölgələr yaradılmışdır. Birləşmiş Ştatların kənd təsərrüfatında aşağıdakı ixtisaslaşdırılmış iri qurşaqlar daha aydın nəzərə çarpır.
Dostları ilə paylaş: |