İdarəolunma forması. ABŞ federativ prezident respublikası. 1787-ci ildə qəbul edilmiş Konstitusiya fəaliyyət göstərir. İnzibati cəhətcə 50 ştatdan və paytaxtın yerləşdiyi bir federal mahaldan (Kolumbiya) ibarətdir. ABŞ-ın ştatları: Ayova, Aydaho, Alabama, Alyaska, Arizona, Arkanzas, Vayominq, Vermont, Vircinya, Viskonsin,Vaşinqton, Delaver, Qərbi Vircinya, Yuta, İllinoys, İndiana, Kaliforniya, Kanzas, Kentukki, Kolarado, Konnektikut, Luiziana, Massaçusets, Merilend, Men, Minnesota, Missisipi, Missuri, Miçiqan, Montana, Neveda, Nyu-York, Nyu-Meksiko, Nyu-Hempşir, Nyu-Cersi, Ohayo, Oklahoma, Oreqon, Pensilvaniya, Nebraska, Rod-Aylend, Tennesi, Texas, Florida, Havay adaları, Cənubi Dakota, Cənubi Karolina, Corciya, Şimali Dakota və Şimali Karolina.
ABŞ müstəmləkə mülklərinə də malik bir dövlətdir. Karib dənizindəki Puerto-Riko, Vircinya adaları, həmçinin Kubadakı Quantanamo hərbi dəniz bazasının yerləşdiyi ərazi də ABŞ-a məxsusdur. Sakit okeanda yerləşmiş Şərqi Samoa, Quam, Miduey, Ueyk də ABŞ mülkü hesab edilir.
Dostları ilə paylaş: |