Sənaye. ABŞ sənayesinin aparıcı sahələrinə dağ-mədən maşınqayırma, əlvan və qara metallurgiya, hərbi və kosmik texnika, dəzgah və cihazqayırma, elektron məişət avadanlığı, neft emalı, neft-kimya, toxuculuq, yeyinti və s. aiddir.
Yanacaq energetika sənayesi. qədim sənaye sahələrindən biridir. ABŞ beynəlxalq miqyasda ən iri enerji istehsalçısı və istehlakçısıdır (25 faizi). Yanacaq energetika kompleksi yerli xamalla,idxal xammalına əsaslanır.
Kömür sənayesi ölkənin şimal-şərqində daha yaxşı inkişaf etmişdir. Kömür çıxarılmasına görə ABŞ yalnız Çindən geri qalır. Ən böyük kömür yataqları Appalaç hövzəsində Kentukki, Qərbi Virciniya və Pensilvaniya ştatlarındadır.
ABŞ-da ilk neft quyusu 1859-cu ildə qazılmışdır. Lakin uzun müddət daxili bazarın yanacağa olan tələbatını kömür sənayesi təmin etmişdir. Birinci dünya müharibəsindən sonra daxili yanacaq mühərriklərindən istifadənin artması ilə əlaqədar olaraq maye yanacaqla tələbat xeyli artdı. Neft Meksika körfəzi bölgəsində, Alyaskada çoxdur. ABŞ özü böyük həcmdə neft çıxarmaqla yanaşı elə böyük həcmdə neft idxal edir
Ölkənin 20 ştatında neft çıxarılsa da, cəmi beş ştat (Texas, Alyaska, Luziana, Kaliforniya və Oklahoma) ölkədə çıxarılan neftin 90 faizini verir. 2000-ci ildən başlayaraq ölkə təsərrüfatının neftə olan tələbatının yarıdan çoxu idxal hesabına ödənilir.
Elektrik enerjisinin istehsalına görə ABŞ kəmiyyət göstəricilərinə görə dünyada birinci yeri tutur (5,7 trln.kvt/saat).
Elektrik enerjisinin 63 %İES (52 faizi kömürlə), 19 % AES və 13% SES əldə edilir. Neft idxalı çoxaldıqca bəzi İES-lər mazutla işləməyə keçirildi.
SES-lərdə istehsal edilən elektrik enerjinin həcminə görə ABŞ dünyada Kanada ilə bərabər 1-2-ci yeri bölüşdürür. Ən möhtəşəm SES Kolumbiya çayı üzərində Qrand-Kuli Tennesi çayı üzərində 31 stansiya fəaliyyət göstərir. Kolorado və Niaqara çayları üzərində də bir neçə stansiya salınmışdır. Ölkədə istehsal olunan enerjinin təqribən 21%-i AES-in payına düşür.
ABŞ-da elektrik enerjisi əldə etmək üçün qeyri-ənənəvi (külək, qabarma, çəkilmə, günəş) mənbələrdən-geotermallar-Nevada, Yuta, Kaliforniya və Havay ştatlarında daha çoxdur.
Dostları ilə paylaş: |