|
Maşınqayırma sənayesi
|
səhifə | 201/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
| İQTİSADİ İMTAHAN
Maşınqayırma sənayesi. Ötən əsrin ikinci yarısından etibarən ABŞ-da maşınqayırmanın ən yeni sahələri sürətlə inkişaf etməyə başlayır. Maşınqayırmanın ən inkişaf etmiş sahəsi avtomobilqayırma-ABŞ-ın milli sənayesi. avtomobil amerikan həyat tərzinin simvoludur. ölkədə bütün ailələrin avtomobilləri vardır. Avtomobil sənayesi ölkədə istehsal olunan benzinin, kauçukun, poladın, şüşənin və s. böyük hissəsinin istehlakçısıdır. ABŞ-ın avtomobilqayırma sənayesinin tarixi 1903-cü ilin 16 iyunundan hesablanır. O vaxt Detroyt şəhərinin avtomobilqayırma zavodunun konveyerindən «Ford» markalı ilk avtomobil çıxdı. Hazırda dünya maliyyə böhranı ilə əlaqədar avtomobilqayırma sənayesində tənəzzül hiss olunmağa başlayır Ölkədəki avtomobillərin 80%-dən çoxu şəxsi avtomobillərdir. bu sahə yüksək dərəcədə inhisarlaşmışdır. ABŞ-da uzun müddət üç nəhəng avtomobil korporasiyası «Ceneral Motors», «Ford Motor», «Daymler Kraysler» aiddir. Birləşmiş Ştatların daxili avtomobil bazarında son illər başqa ölkələrdə (Yaponiya, Almaniya) istehsal olunmuş maşınların sayı da xeyli artmışdır. ABŞ-da avtomobil sənayesinin mərkəzi Detroyt şəhəridir, Ford tipli avtomobillərin mərkəzi isə Dirborn şəhəridir.
Dostları ilə paylaş: |
|
|