|
|
səhifə | 203/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
| İQTİSADİ İMTAHAN
Coğrafi mövqe. Şimali Amerikanın şimalında və adalarda (Kanada Arktik arxipelaqı, Nyufaundlend, Vankuver) yerləşib. Ərazisinin böyüklüyünə görə dünyada Rusiyadan sonra ikinci yerdə (10 mln. kv. km) bir ölkə ilə quru sərhəddi var. O, cənubdan və şimal-qərbdən ABŞ-la həmsərhəddir. Şərqdə Atlantik, qərbdə Sakit, şimalda və şimal-şərqdə Şimal Buzlu okeanına çıxışı var. Quru sərhədlərinin uzunluğu 8893 km, dəniz sərhədlərinin isə 24300 km. Ölkənin şimaldan cənuba uzunluğu 4600, qərbdən-şərqə isə 5100 km-dir. şimalında yerləşmiş Elsmir adasından şimal qütbünə qədər məsafə 1000 km-dən azdır. Ölkənin cənubunda yerləşmiş Ontario gölü isə Roma şəhəri ilə eyni enlikdədir.
Səth quruluşu. Kanada ərazisi bir-birindən fərqlənən 5 iri fiziki coğrafi rayona bölürlər: 1. Appalaç-Akadiya rayonu (Müqəddəs Lavrenti çayından cənubda qalan hissə). 2. Kanada sipəri. 3. Daxili ovalıqlar. 4. Böyük düzənliklər. 5. Kordilyer dağlıq rayonu. Ölkə səthinin 3/4 hissəsini yayla və düzənliklər tutur. Ölkənin yarısını Lavrenti yaylası təşkil edir. Bu yerlərin sərt iqlimi insanın təsərrüfat fəaliyyətini çətinləşdirir. Cənubda yerləşən ovalıq və düzənliklər, Müqəddəs Lavrenti çayının vadisi və Dağlıq düzənliklərin bir hissəsi daha sıx məskunlaşmışdır.
Dostları ilə paylaş: |
|
|