|
|
səhifə | 206/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
| İQTİSADİ İMTAHAN
Hidrologiya. su rusursları ilə olduqca zəngindir. Planetmizdə iqlimi su həcminin 20 faizi Kanadanın payına düşür. Hər il su ehtiyatlarının bərpa olunmasına görə Kanada Braziliya və Rusiyadan sonra dünyada üçüncü yeri tutur. əhalinin hər nəfərinə gündəlik su istehlakı 4700 litrdir. Əhalinin böyük hissəsi ensiz cənub zolağında yerləşdiyi halda, çay axınının 60 %-dən çoxu şimal bölgələrindədir. Ölkədə göllərin çoxluğu çay axınının nizamlanması işini asanlaşdırır. ABŞ ilə sərhəddə yerləşmiş Böyük göllərin Müqəddəs Lavrentii çayı ilə böyük nəqliyyat və enerji əhəmiyyəti var. Birləşmiş Ştatlar ilə birlikdə Müqəddəs Lavrenti çayı içərisindən salınmış dərin su yolu gəmilərin Monreal şəhərinə qədər üzməsinə imkan verir. Müqəddəs Lavrenti çayında, Kvebek və Ontario gölləri arasında, Sent-Mari çayında şlüzlər tikilmişdir. Monreal və Yuxarı göl arasında olan səviyyə fərqi aradan qaldırılmışdır. Məşhur Niaqara şəlaləsi Kanada ilə Birləşmiş Ştatlar arasındadır. çayları olduqca böyük hidroenerji potensialına malikdir. Ölkə hidrostansiyalarda istehsal olunan elektrik enerjisinin həcminə görə dünyada birinci yeri saxlayır.
Dostları ilə paylaş: |
|
|