Sual dünyanın siyasi xəritəsinin formalaşması Si­ya­si xə­ri­tə



Yüklə 0,75 Mb.
səhifə207/284
tarix19.02.2022
ölçüsü0,75 Mb.
#52843
1   ...   203   204   205   206   207   208   209   210   ...   284
İQTİSADİ İMTAHAN

Bitki örtüyü.Ka­na­da dün­ya­da me­şə re­surs­la­rı ilə zən­gin- 4,5 mln. kv.km-i, 45 %. Me­şə mü­əs­si­sə­lə­ri qərb­dən şər­qə, Sa­kit oke­an­dan At­lan­tik okea­nı­na qə­dər min km-lər­lə uza­nır. Me­şə qur­şa­ğı­nın eni 1000 km-dən 2000 km-ə qə­dər uza­nır. Odun­caq eh­ti­ya­tı­na gö­rə dün­ya­da Ru­si­ya və Bra­zi­li­­ya­dan son­ra üçün­cü, əha­li­nin hər nə­fə­ri­nə dü­şən odun­ca­ğın həc­mi­nə gö­rə isə bi­rin­ci ye­ri tu­tur. Me­şə mas­siv­lə­ri da­ha çox öl­kə­­nin qər­bin­də Bri­ta­ni­ya Ko­lum­bi­ya­sı əya­lə­tin­də­dir. Me­­şə­lər­də iy­nə­yar­paq­lı ağac­lar (sidr, kük­nar, şam) üs­tün­lük təş­kil edir. Şərq böl­gə­lər­də isə ağ­ca­qa­yın me­şə­lə­ri üs­tün­lük təş­kil edir.

Bu­ra­da xü­su­si­lə mü­ha­fi­zə olu­nan tə­bii əra­zi­lər çox­dur. On­la­rın ümu­mi sa­hə­si­nə gö­rə dün­ya­da an­caq ABŞ-dan ge­ri qa­lır. Bu əra­zi­lə­rə Mil­li park­lar, geo­lo­ji qo­ru­nan əra­zi­lər (re­zer­vat­lar), mil­li əhə­miy­yət­li çay­lar və də­niz port­la­rı aiddir. Banf ad­la­nan ilk mil­li park 1885-ci il­də sa­lın­mış­dır. Əv­vəl­lər park­lar tu­rist­lə­ri cəlb et­mək üçün sa­lı­nır­dı. İn­di isə on­lar əsa­sən ət­raf mü­hi­tin mü­ha­fi­zə­si üçün sa­lı­nır. ən bö­yük mil­li park­la­rı: Vud-Baf­fo­la ,Els­mir-Ay­lend, Klu­eyn­. ak­tu­al prob­lem­lə­ri­: at­mos­fer ha­va­sı­nın tur­şu­lu ya­ğış­lar­la çirk­lən­mə­si, ya­ğış­lar me­şə mas­­siv­­lə­ri­nə pis tə­sir edir. Kö­mü­rün yan­dı­rıl­ma­sı və av­to­mo­bil­lə­­rin ha­va­ya bu­rax­dı­ğı zə­hər­li qaz­lar, oke­an su­la­rı­nın güc­lü su­rət­də çirk­lən­mə­si və s. öl­kə­nin eko­lo­ji prob­lem­lə­ri­dir.



SUAL 65. Kanadanın inkişaf tarixi idarə olunma sistemi, əhalisi

25-30 min il ön­cə Ka­na­da Asi­ya­dan Be­rinq bo­ğa­­zın­dan ke­çib gə­lən hin­du və es­ki­mos tay­fa­la­rı tə­rə­fin­dən məs­­kun­­laş­mış­dır. Av­ro­pa­lı­lar ilk də­fə Ka­na­da­ya X əsr­də gəl­­miş­lər-vi­kinq­lər. Av­ro­pa­lı­la­rın ye­­ni­dən Ka­na­da­ya gə­li­şi XV əs­rin so­nun­da bər­pa olun­muş­dur. Hə­­min dövr­də C.Ko­bat Nyu­fa­und­lend ada­sı­nı kəşf et­miş­dir. 1534-1535-ci il­lər­də ilk fran­sız də­niz­çi­si Kart­ye Mü­qəd­dəs Lav­ren­ti ça­yı ilə in­di­ki Mon­re­al şə­hə­ri­nə qə­dər gəl­miş­dir. XVI əs­rin son­la­rı­na ya­xın Nyu­fa­und­lend Bri­ta­ni­ya mül­kü elan edil­miş, la­kin Ut­rext mü­qa­vi­lə­si­nə qə­dər bey­nəl­­xalq ra­zı­laş­ma əl­də edil­mə­miş­dir. Müa­sir Ka­na­da kö­çü­rül­mə öl­kə ki­mi ya­ran­mış­dır. Onun so­si­al-iq­ti­sa­di qu­ru­lu­şu­nu av­ro­pa­lı­la­ra qə­dər bu əra­zi­də ya­şa­yan hin­du tay­fa­la­rı­nın ta­ri­xi ilə heç bir əla­qə­si ol­ma­mış­dır. Öl­kə­nin ye­ni ta­ri­xi av­ro­pa­lı­la­rın müs­təm­lə­kə si­ya­sə­ti apar­dı­ğı dövr­lər­də baş ve­rən hə­di­sə­lər­lə, müs­təm­lə­kə tor­paq­la­rı uğ­run­da Fran­sa ilə İn­gil­tə­rə ara­sın­da ge­dən mü­ba­ri­zə ilə baş­lan­mış­dır. Bu mü­ba­ri­zə­yə bir-bi­ri­lə düş­mən­çi­lik edən al­qon­kin və iro­kez tay­fa­la­rı da cəlb olun­muş­lar. 1605-ci il­də Port-Ro­yal ad­lan­dı­rıl­mış ya­şa­yış mən­tə­qə­si­nin əsa­sı qo­yul­muş və bu şə­hə­rin ət­ra­fın­da Aka­di­ya ad­la­nan fran­sız müs­təm­lə­kə mül­kü sa­lın­mış­dır. 1608-ci il­də Ye­ni Fran­sa müs­təm­lə­kə­si­nin mər­kə­zi­nə çev­ri­lən Kve­bek şə­hə­ri­nin əsa­sı qo­yul­muş­dur.

Fran­sa Şi­ma­li Ame­ri­ka müs­təm­lə­kə­si­nə xam­mal mən­bə­yi ki­mi ba­xır­dı, onun iq­ti­sa­di in­ki­­şa­fı ba­rə­də dü­şün­mür­dü. XVII əs­rin ikin­ci ya­rı­sın­dan Fran­­sa­dan bu­ra­ya kənd­li­lər kö­çü­rül­mə­yə baş­la­nır. On­la­rın bə­zi­lə­ri Vin­ni­peq gö­lü ya­xın­lı­ğın­da, Red-Ri­ver ça­yı sa­hi­lin­də məs­kun­­laş­mış və Ma­ni­to­ba əya­lə­tin­də me­tis əha­li­nin for­ma­laş­ma­sı­nın əsa­sı­nı qoy­muş­lar. 1663-cü il­də Ka­na­da rəs­mi ola­raq Fran­sa­nın müs­təm­lə­kə­si­nə çev­ri­lir. Müs­təm­lə­kə­ni ida­rə et­mək üçün baş­da ge­ne­ral-qu­ber­na­tor ol­maq­la şu­ra ya­ra­­dı­lır. İn­gil­tə­rə 1713-cü il­də Ka­na­da əra­zi­si­nə qo­­şun çı­xar­mış və fran­sız­la­ra qar­şı mü­ha­ri­bə­yə baş­la­mış­dır. Yed­di il çək­miş bu mü­ha­ri­bə­də in­gi­lis­lər qa­lib gəl­miş və Fran­­sa­nın zəbt et­di­yi əra­zi­lə­ri öz­lə­ri­nin zəbt et­dik­lə­ri tor­paq­la­ra qat­mış­lar.

Bir­ləş­miş Ştat­lar­dan 40 min nə­fə­rin Ka­na­da­ya gön­də­ril­­mə­si və bu­ra­da ya­şa­yan əha­li­nin tər­ki­bin­də in­gi­lis­lə­rin pa­yı­nın art­ma­sı mil­li zid­diy­yət­lə­rin və ye­ni əra­zi­lə­rin mə­nim­sə­nil­mə­­si­nə sə­bəb ol­muş­dur. müs­təm­lə­kə­lər iki his­­sə­­yə-fran­sız­la­rın üs­tün­lük təş­kil et­di­yi Aşa­ğı Ka­na­da­ya və in­gi­lis dil­li əha­li­nin üs­tün­lük təş­kil et­di­yi Yu­xa­rı Ka­na­da­ya bö­lün­dü. Hər iki əra­zi da­xi­li si­ya­si-in­zi­ba­ti qu­ru­lu­şa ma­lik idi. Son­ra­kı il­lər öl­kə­də so­si­al zid­diy­yət­lər art­mış və fran­sız­la­rın mil­li mü­ba­ri­zə­si ilə da­ha da kəs­kin­ləş­miş­di. Fran­sız mən­şə­li ka­na­da­lı­la­rın mil­li hə­rə­ka­tı­nı zə­if­lət­mək məq­sə­di ilə 1841-ci il­də Aşa­ğı və Yu­xa­rı Ka­na­da əra­zi­lə­ri va­hid bir müs­təm­lə­kə­də bir­ləş­di­ril­di. Bu bir­ləş­mə öl­kə­nin iq­ti­sa­di in­ki­şa­fı­na ye­ni bir tə­kan ver­di. İn­gil­tə­rə im­pe­ri­ya­sı tər­ki­bin­də Ka­na­da fe­de­ra­tiv özü­nüi­da­rə­yə ma­lik mux­tar döv­lət ki­mi ya­ran­dı. İn­gil­tə­rə müs­təm­lə­kə­lə­ri ara­sın­da be­lə bir sta­tus ilk də­fə Ka­na­da­ya ve­ril­miş­dir. Öl­kə­nin müa­sir əra­zi­si­nin tam for­ma­laş­ma­sı 1949-cu il­də Ka­na­da Fe­de­ra­si­ya­sı­nın tər­ki­bi­nə Nyu­fa­und­lend ada­sı­nın da­xil edil­­mə­si ilə ba­şa çat­dı.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin