Kənd təsərrüfatı. Ölkənin kənd təsərrüfatına yararlı torpaq sahəsinin (75 mln. hektar) əhalinin hər nəfərinə düşməsinə görə Avstraliya İttifaqı və Argentinadan geri qalır. Yararlı torpaq sahələrini 60% əkilir. Əkin sahələrinin 75 %-i ölkənin çöl əyalətlərinin payına düşür. Ölkənin intensiv inkişaf etmiş k/t, yüksək məhsuldarlığı və əmtəəliliyi ilə fərqlənir. İqtisadiyyatın və məşğulluğun strukturunda bu sahənin payının getdikcə azalmasına baxmayaraq istehsalın mütləq ölçüsü ildən-ilə artmaqdadır. İstehsal isə getdikcə iri fermalarda təmərküzləşir. Fermaların çoxu taxıl, heyvandarlıq məhsulları üzrə ixtisaslaşmışlar. 43 mln hektar torpaq sahəsi otlaq və biçənəklər. kənd təsərrüfatı məhsulları ərzağa olan tələbatı ödəyir. İxracat məhsullarının 11% ərzaq məhsulları təşkil edir. Kənd təsərrüfatında istehsal olunan məhsulların dəyərinə görə heyvandarlıq sahəsi üstünlük təşkil edir. Ölkədə hər il orta hesabla 58 mln. ton taxıl, 32 mln. t. buğda, 15 mln t. arpa, 7 mln t. qarğıdalı məhsulu əldə edilir. Kanada dünya bazarına buğda çıxaran ölkələrdən biridir. Son illər yem bitkilərinin əkin sahələri genişləndirilir. Ölkədə 16 mln. baş qaramal, 11 mln. donuz, 600 min qoyun, 80 min ədəd toyuq var. k/t başlıca bölgələri olan çöl əyalətlərinin cənub hissələrində taxıl təsərrüfatı, südlük istiqamətli qaramal, ətlik-yunluq qoyunçuluq yüksək inkişaf etmişdir. Ölkənin cənub rayonu müxtəlif sahəli kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşmışdır. Başlıca kənd təsərrfatı rayonu Mərkəzi Kanadada və çöllər əyalətidir. Şəhər ətrafında tərəvəzçilik, bağçılıq, südlük heyvandarlıq və quşçuluq ərzağa olan tələbatı ödəmək üçün yaradılmışdır. Heyvandarlıq məhsulları ixracat əhəmiyyətlidir. Kənd təsərrüfatında ikinci yeri balıqçılıq tutur. Ölkədə 1,2 mln ton balıq ovlanır.
SUAL 67. Kanada iqtisadiyyatının aparıcı sahələri
XIX əsrin sonlarında Avropanın müxtəlif ölkələrindən kütləvi surəitdə mühacirlərin gəlməsi və xarici kapital axını (Böyük Britaniya və ABŞ-dan) hesabına Kanadanın təsərrüfatı sürətlə inkişaf etməyə başlayır. Ölkə təsərrüfatı əvvəlcə Böyük Britaniyanın, İkinci dünya müharibəsindən sonra ABŞ-ın təsiri altında formalaşmışdır. Kanadanın iqtisadiyyatı uzun müddət «eninə», son onilliklərdə isə «dərininə» inkişaf edir. Ölkənin sürətli inkişafına amillər təsir etmişdir:
-Müstəmləkə asılılığının nisbətən tez ləğv edilməsi.
-Əhalisinin sayının nisbətən az olması ilə müqayisədə, böyük mineral, torpaq və su sərvətlərinə malik olması.
-Mühacirlərin və kapitalın ölkəyə kütləvi surətdə axını.
-İşçi qüvvəsinin çatışmaması ilə əlaqədar texnikanın sürətli inkişafı.
Müasir dövrdə Kanada ÜDM dəyərinə görə dünyanın inkişaf etmiş ölkələri arasında yeddinci və bu göstəricinin əhalinin hər nəfərinə düşməsinə görə isə birinci yeri tutur. Kanada yüksək inkişaf etmiş emaledici sənayeyə malik olmaqla, ayrı-ayrı xammal növlərinin istehsalına görə dünyada birinci yeri tutur. İstehsal gücünə görə dağ-mədən, neft-qaz, ağac emalı, sellüloz-kağız istehsalı, qara və əlvan metallurgiya, maşınqayırma, hərbi və yeyinti sənaye sahələri başlıca yer tutur.
Kanadanın ABŞ-dan asılılığı, onun iqtisadiyyatına ikili təsir edir. Bir tərəfdən xarici kapital təsərrüfat sahələrinin inkişafına, iş yerlərinin artmasına, satış bazarının genişlənməsinə təsir edir. Digər tərəfdən isə milli iqtisadiyyat üzərində nəzarəti azalır, xarici avadanlıq və texnologiyalardan asılılığı gücləndirir. Əslində iqtisadi və siyasi müstəqilliyi məhdudlaşdırır. Bu da ölkə iqtisadiyyatının ABŞ-dan asılılığını gücləndirir.
Dostları ilə paylaş: |