Hidroqrafiya. çay və göl az olduğundan ərazinin çox hissəsinin okeana birbaşa axarı yoxdur. Bu ölkə üçün daha çox «krik» - istilər düşəndə quruyan çay şəbəkəsi səciyyəvidir. Kriklərdə yağışlardan sonra su olur, çünki onlar böyük miqdarda yağıntı alan dağların yamacları ilə axır. Ölkənin ən əhəmiyyətli çay sistemi Murrey Darlinq Murreyin böyük qoludur. Bu çaylar üzərində su anbarları yaradılıb. Avstraliyada olan gölləri şorsulu və axarsızdır. Ölkənin çayları kimi gölləri də ya yağış, qrunt suları ilə qidalanırlar. Bu göllərin ən böyüyü Eyr gölüdür. Yağışlar zamanı kriklər gölə böyük həcmdə su axıdır və onun sahəsini genişləndirirlər. İlin quraq fəslində isə Eyr gölünün sahəsi kiçilərək xırda gölməçələrə çevrilir.
Avstraliya səth suları ilə zəif təmin olunsa da, yeraltı sularla zəngindir. Bu sular qərbdəki yayla ilə böyük suayrıcı dağlar arasındakı nəhəng, artezian hövzəsində cəmlənmişdir. Sulu qatlar 20,100 bəzən 1000 m dərinlikdə aşkar olunmuşlar. Bəzi artezian quyuları yüksək dərəcədə minerallaşmış isti su verir. ən böyük yeraltı su hövzəsi Böyük artezian hövzəsi adlanır.
Dostları ilə paylaş: |