|
Sənaye. Əmək qabiliyyətli əhalinin 26,5 %-i bu sahədə çalışır. Ən mühüm sahələri energetika, maşınqayırma və kimya
|
səhifə | 39/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
| İQTİSADİ İMTAHAN
Sənaye. Əmək qabiliyyətli əhalinin 26,5 %-i bu sahədə çalışır. Ən mühüm sahələri energetika, maşınqayırma və kimyadır. Hasilat sənayesində daş kömür, dəmir filizi, boksit çıxarılması xeyli azalmışdır. Mərkəzi massivdə uran, cənub-qərbdə təbii qaz çıxarılır. Fransa mineral xammal idxalçısına çevrilmişdir. Ona görə də energetika sənayesində AES-lər(80%) yerli xammal və Afrika ölkələrindən idxal olunan uran filizi əsasında. Elektrik enerjisi istehsalında SES-lərin də rolu vardır. Energetikanın inkişafı planlarında enerji daşıyıcılarının idxalının azaldılması və alternativ vasitələrdən (günəş, külək. dəniz qabarmaları enerjisi) istifadə olunması göstərilir.
Emaledici sənayedə metal və enerji tutumlu sahələrin payı azalmış, maşınqayırma və kimyanın mövqeyi artmışdır. Qara metallurgiya idxal olunan xammala (zavodları Dünkerk, Fos), əlvan metallurgiya yerli, idxal olunan xammala, ucuz elektrik enerjisinə əsaslanır-Müəsisələri Saboye dağlıq rayonunda, Mərkəzi Massivdə, Pireneydə SES-lərin yaxınlığında fəaliyyət göstərir.
Dostları ilə paylaş: |
|
|