Maşınqayırma avtomobilqayırma və nəqliyyat vasitələri istehsalı 1-ci yerdədir. dünya bazarında avtomobil, avia-kosmik avadanlıq və gəmilər istehsalına görə rəqabət aparır. «Reno», «Pejo» avtomobil şirkətləri; «Aerospasyal», «Avon Marsel Dasso Breqe» aviakosmik şirkəti dünya miqyasında ən iri istehsalçılardır. Ölkədə elektrotexnika sənayesi - elektrik kabelləri, elektrik stansiyaları üçün avadanlıq, elektron hesablama maşınları istehsal olunur. Maşınqayırmanın mühüm mərkəzləri Paris, Lion bölgələri, ölkənin şimalında yerləşir. Maşınqayırma məhsullarının 40%-i ixrac olunur. Aviaraket sənayesinin inkişafına görə Avropada liderdir-Sərnişin və hərbi təyyarə, helikopter, raket istehsal edir. «Arean» fransız raketlərindən bir sıra dövlətlər peyk buraxılmasında istifadə edir. aviasiya müəssisələri Paris, Tuluza şəh.-mərkəzləri Bordo, Rurj, Marinyan.
maşınqayırmadan sonra 2-ci yerdə kimya sənayesidır. mineral gübrə, sintetik kauçuk və plastik kütlə, zərif kimya (parfümeriya, əczaçılıq, kosmetika) üzrə ixtisaslaşmışdır. Rezin sənayesi inkişaf etmişdir. müəssisələri Paris, Lion bölgələri və ölkənin cənubundadır.
Sənaye istehsalının strukturunda 3-cü yerdə yüngül sənayedir. mühüm sahəsi toxuculuqdur. parça, paltar istehsalına görə dünyada məşhurdur. Bu sahədə pambıq və yundan daha çox istifadə olunur. Toxuculuq sənayesinin mərkəzləri ölkənin şimalında, Elzasda və Vogez dağları ətəklərində, Lionda cəmlənmişdir. Tikiş sənayesinin mühüm mərkəzi Paris.
İstehsal məhsullarının həcmi və müxtəlifliyinə görə yeyinti sənayesi şərabçılıq, şirniyyat və pendir, konserv və şirələr istehsalı xüsusilə seçilir.
SUAL 14. İtaliyanın coğrafi mövqeyi, təbiətinin xüsusiyyətləri
Dostları ilə paylaş: |