Sitrus meyvələrinin əksər hissəsi cənub əyalətlərində, Siciliyada becərilir. Kampaniyada, Apuliyada, Kalabriyada, Sardiniya, Siciliya, Liquriya əyalətlərində naringi və portoğal becərilir. Siciliyada limon plantasiyalarda yetişdirilir. İtaliyada qreypfrut, berqamot, cinotto sitrus meyvələri yetişdirilir. Berqamot Apennin yarımadasının ucqar cənubunda yerləşən Recio-di-Kalabriya əyalətindən başqa dünyanın heç bir yerində bar vermir. İtaliyanın Aralıq dənizi sahillərində zeytunçuluq da inkişaf etdirilir.
Dənli bitkilərdən buğda, qarğıdalı becərilir. Çəltik yığımına görə Avropada 1-ci yerdədir. Çəltik ölkənin suvarılan torpaqlarında becərilir.
Dostları ilə paylaş: |