İdarəolunma forması. parlamentli unitar respublikadır. Ölkənin başçısı parlament tərəfindən 7 il müddətinə seçilən prezidentdir. Ali qanunverici orqan 2 palatadan (respublika senatı və deputatlar) ibarət parlamentdir.
İcraedicilik Sədr başda olmaqla hökumət tərəfindən (Nazirlər şurası)yerinə yetirilir. siyasi partiyaları: Sol qüvvələrin demokratik partiyası, İtaliya xalq partiyası , Xristian demokratik partiyası, «İrəli, İtaliya!» hərəkatı. Ümumitaliya əmək konfederasiyası ölkənin nüfuzlu və güclü həmkarlar birliyidir.
İnzibati cəhətdən İtaliya 20 vilayətə bölünür- 94 əyalət, 8101 kommuna daxildir. Ölkənin 5 əyaləti (Siciliya, Sardiniya, Trentino-Alto-Adice, Vale-d-Aosta və Friule-Venesiya-Culiya) xüsusi muxtariyyət statusuna malikdir. Əyalət hakimiyyət orqanları öz səlahiyyətləri çərçivəsində qanunverici qərar verə bilər, icraedici orqanları yerli məsələlərin həllində geniş səlahiyyətə malikdirlər.
İtaliya BMT, NATO, Aİ beynəlxalq təşkilatların üzvüdür.
İtaliya Respublikası ilə AR arasında diplomatik əlaqələr 1992-ci ilin 8 mayında yaradılmışdır. Hər iki ölkənin paytaxtında müvafiq səfirliklər fəaliyyət göstərir.
Dostları ilə paylaş: |