Əhali və şəhərlər. Ölkə əhalisinin fərqli xüsusiyyəti Milli tərkibin yekcins olmasıdır. Əhalisinin 80% italyanlar, 13% avropalılar, 3% sardiniyalılar, 2,5% asiyalılar, 1,5% Məqrib və Cənubi Amerika əhalisi təşkil edir. Milli azlıq təşkil edənlər (friullar, triollular, fransızlar, sloveniyalılar və s.) əsasən ölkənin Alplarla sərhəd bölgələrində, albanlar və yunanlar Cənubi İtaliya və Sardiniyada yaşayırlar. İtalyan milləti Avropa və Asiya tayfa və xalqlarının Apennin yarımadasının yerli əhalisi ilə assimilyasiyası nəticəsində formalaşmışdır. İtalyan etnosunun qədim əsasını yunan və finikiya mədəniyyətinin təsiri altında olan etrusklar və latınlar (romalılar) təşkil edir. Roma hakimiyyətinin möhkəmlənməsi romanlaşma prosesinin başlanğıcını qoymuşdur. Roma imperiyasının romanlaşmış əhalisi dəfələrlə istilaçı millətlər və gəlmə xalqlarla (yunan, ərəb, alman) qarışmışlar. Ona görə də ölkənin şimal və cənubunda italyanların müasir görünüşündə müxtəlif etnik xüsusiyyətlər aydın əks olunur.
İtaliyada 60,0 mln. nəfər əhali yaşayır. Ölkədə təbii artım 0,07%-dir. cənubda təbii artım yüksəkdir. Ölkə əhalisinin sayı və strukturunda xarici miqrasiya əhəmiyyətli rol oynayır. Uzun illər İtaliya kütləvi emiqrasiya ölkəsi olmuşdur. Hazırda ölkədən xaricdə 15 mln.-dan çox italyan yaşayır-ABŞ, Kanada, Fransa, Almaniya, Argentina, Braziliyada. Müasir dövrdə İtaliyada immiqrasiya da sürətlənmişdir. Ölkəyə gələnlər arasında albanlar, ərəblər, Balkan dövlətlərindən olanlar çoxluq təşkil edir. Daxili miqrasiya cənubda kənd yerlərindən şimaldakı şəhərlərə istiqamətlənmişdir.
dindarlarının əksəriyyəti katolikdirlər. İtalyanların həyat tərzinə katolik kilsə mühüm təsir edir. əsas səbəbləri ölkənin paytaxtı Romada Vatikan dövlətinin yerləşməsidir. Lakin kilsə qanunlarının (Vatikanın) heç də hamısı kütlə tərəfindən birmənalı qarşılanmır.
Ölkədə əhali ərazi üzrə qeyri-bərabər yerləşmişdir. İtaliyanın şimal və mərkəz düzənlikləri ən sıx- intensiv əkinçilik, müxtəlif sənaye sahələri, liman və turizm. Ölkə üzrə orta sıxlıq 1 kv.km-də 199,0 nəfər, düzənlik ərazilərdə 1 kv. km-də 400-450 nəfər təşkil edir. Dağlıq rayonlarda əhali seyrək məskunlaşmışdır.
İtaliyada, xüsusilə onun şimal hissəsində urbanizasiya prosesi intensiv gedir. Ölkədə əhalisinin sayı 100 mindən artıq olan şəhərlərin sayı artır, yeni şəhər aqlomerasiyaları yaranır və genişlənir. Ölkə əhalisinin 12%-i 4 iri şəhərdə – Roma, Milan, Neapol,Turində yaşayır. Turin şəhərindən Milanadək olan ərazi tam urbanizasiyalaşmış bölgədir.
SUAL 16. Italiyanın kənd təsərrüfatı və onun sahələri
Dostları ilə paylaş: |