toxuculuq sənayesi çalışanların sayına görə ikinci yerdədir. müəssisələrində pambıq, yun, ipək, cüt, kətan, kimyəvi lifdən parça və iplik istehsal olunur. Yüksək keyfiyyətli hazır paltar və trikotaj istehsalı üzrə ixtisaslaşmış «Benetton» şirkəti Avropada məşhurdur. Toxuculuq müəssisələri ölkənin şimalı və mərkəzində yerləşir. Ayaqqabı istehsalına görə İtaliya dünyada 2-ci (ABŞ), ixracına görə isə 1-ci yerdədir.
yeyinti sənayesi mühüm rol oynayır. Unüyütmə sənayesi çox inkişaf etmişdir. Cənubda Neapol rayonunda un, makaron istehsal edilir. Makaron istehsalına görə dünyada 1-ci yerdədir. Konserv istehsalı, şərabçılıq inkişaf etmişdir. Süd məhsulları istehsalı müəssisələri Şimal iqtisadi rayonunda. Emaledici sənayenin digər sahələri mebel, tikinti materialları, saxsı qablar və s. İstehsalıdır. İtaliya zərgərlik məmulatları istehsalına görə dünyada qabaqcıl yerlərdən birini tutur.-Florensiya, Roma, Venesiya
SUAL 18. İsveç krallığının sosial-iqtisadi coğrafi səciyyəsi
Şimali Avropa ölkəsidir. Paytaxtı Stokholm. Sahəsi 450min km², əhalisi 9,4 mln nəfər. Baltik dənizində yerləşən Qotland və Eland adaları İsveçin tərkibindədir. Skandinaviya y/a-nın cənub-şərq hissələrində Baltik dənizilə Botnik arasında yerləşən İsveç Qərbi Avropanın 3-cü dövlətidir. Dənizə çıxışı İsveçin dövlət kimi formalaşmasında iqtisadiyyatında mühüm rol oynayır.
Təbii şəraiti. Səthi hündür olmayan yayla, təpəli düzenliklərdən ibarətdir. Norveçlə sərhəd boyunca ensiz Skandinav dagları uzanır. Şm.şq də Baltik dənizi sahilindən cənub-qərbdə Skaqerrak boğazına qədər Orta İsveç ovalığı yerləşir. Ucqar Cənubda Skone y/sı ölkənin k/t rayonudur. Dəniz sahilləri az girintili çıxantılıdır.
Dostları ilə paylaş: |