Qara dəniz hövzəsi çayları: Qızıl İrmak , Sakarya, Yaşıl İrmak, Çorox, 500- dən artıq çay bu hövzəyə aiddir.
Yaxın və Orta Şərqin ən iri çaylarından olan Dəclə (uz.-1900 km) və Fərat (uz.-2800 km) başlanğıcını Türkiyə ərazisindən, Kürdistan dağlarından götürür, İraq ərazisində birləşərək Şətt–ül–Ərəb çayı adı altında İran körfəzinə tökülür. Fərat Qarasu və Murat çaylarının qovuşmasından əmələ gəlmişdir. Dəclə başlanğıcını Gölcükdən götürür, Kürdistan yaylasında Kür və Araz dağ çaylarının da mənbəyi yerləşir. Bu çaylar Xəzərə tökülür. Kür Allahuəkbər dağından başlayır və Türkiyə ərazisi ilə 150 km məsafədə dərin dərə ilə axır. Araz Bingöl dağından başlayır cənub –şərq istiqamətində Türkiyə sərhəddi boyunca axır. Arazın Türkiyə ərazisində uzunluğu 548 km-dir.