Maşınqayırma Ölkə ixracının 50%-i onun payına düşür. Bu sahə-ümumi maşınqayırma, avtomobilqayırma və elektrotexnika sənaye sahələri ilə təmsil olunur. Ümumi maşınqayırma- Bavariya, Baden-Vürtemberq, Şimali Reyn-Vestfaliyada. Ölkədə ildə 6 mln. avtomobil istehsal edilir.
Böyük avtomobil zavodları Volfsburq(“Folksvagen”),Ştutqart(“Daymler-Bents”), Köln(“Ford”),Frankfurt(“OPEL”), Münhen(“BMV”), Xaylbron (“Audi”) yerləşir. Ölkənin Berlin, Bremen, Hamburq, Hannover, Zaltsgitter, Kassel, Manheyn şəhərlərində bu şirkətlərin filialları açılmışdır. Avtomobil istehsalına görə ÇXR, ABŞ və Yaponiyadan sonra 4cü yeri tutur. Maşınqayırmada hərbi və sərnişin təyyarələri (Münhen), optik-mexaniki məhsullar (Baden-Vürtemberq, Türingiya) və poliqrafiya avadanlıqları (dünyada 1-ci yer) istehsal edilir- (Dünya üzrə 44%-i).
Dostları ilə paylaş: |