Əkinçilik. Ölkə bitkiçiliyində buğda, çovdar, arpa, kartof, yulaf, paxla və şəkər çuğunduru yetişdirilir. Buğda istehsalının əsas mərkəzləri - Vürtemberq, Bavariya, çovdar- Brandenburq, Braunsvayq və Hannover, şəkər çuğunduru- Mərkəzi Almaniya bölgəsidir. bitkiçiliyin yerləşdirilməsini təbii şərait (istilik, rütubət və məhsuldar torpaqların mövcudluğu), heyvandarlığın yerləşdirilməsini yem bazasının mövcudluğu müəyyən edir. Yüksək istehsallı kənd təsərrüfatı eyni zamanda yeyinti sənayesinin inkişafına səbəb olur. Onun bəzi sahələri- süd. ət, pivə və şəkər istehsalına məhsul istehsalının həcminə görə dünyada aparıcı mövqeyə malikdirlər. Əlverişli iqlimi ilə fərqlənən cənub-şərq bölgəsində tütün yetişdirilir (Reyn və Elba çay sahilləri,Mozel).
SUAL 7. B.Britaniyanın coğrafi mövqeyi, təbiətinin xüsusiyyətləri
Coğrafi mövqe. B.Britaniya dövləti Avropanın şimal-qərbində Britaniya arxipelaqı adlanan adalarda yerləşmişdir. Ölkənin rəsmi adı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı olsa da, B. Britaniya və ya arxipelaqın ən böyük adasının adı ilə İngiltərə adlanır. Bu arxipelaqa Britaniya və İrlandiya adaları, 5 minə qədər ada (Anqlsi, Men, Uayt və b.) daxildir.