Dəniz iqlimi B. Britaniyada da yay aylarının sərin keçməsinə şərait yaradır. Bütün ölkə üçün ən isti ay iyulun orta temperaturu 16-17ºC. B. Britaniyada günəş orta hesabla gündə 3 saat 20 dəqiqə işıq saçır. B.Britaniyanın qərb bölgələrinə il ərzində 2000 mm ,şərqinə 600 mm yağıntı düşür. Ölkənin mərkəzi hissələrində yerləşmiş dağlar rütubətli qərb küləklərinin şərq istiqamətində əsməsinin qarşısını alır.
Hidroqrafiya. Britaniyanın çayları qısa bolsuludurlar. Ölkənin ən uzun çayları Severn (354 km) və Temza (338 km). Bu çaylar kanallar vasitəsilə bir-birilə əlaqələndirilmişdir. Ölkə iqtisadiyyatında Temzanın əhəmiyyəti daha böyükdür. Hidroenerji resusları ilə zəngindir. Şotlandiya və Uels əyalətlərindən axan çaylar qısadırlar, üzərində kaskad stansiyalar salınmışdır. Temza, Severn, Mersi çayların estuariləri süni surətdə dərinləşdirilərək buxtalara çevrilmişlər. Ölkənin ən böyük limanları bu buxtaların ətrafındadır.