|
|
səhifə | 18/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
| İQTİSADİ İMTAHAN
Faydalı qazıntılar. B.Britaniya müxtəlif faydalı qazıntılara malikdir. Əhəmiyyətinə görə Şimal dənizinin şelf zonasında tapılmış neft və təbii qaz yataqları birinci yerdə durur. Hələ ötən əsrin ortalarına qədər B.Britaniya nefti və təbii qazı idxal edirdisə, ixracatçılarından birinə çevrilmişdir. Ölkənin ən böyük neft şirkətləri ARda da(“Britiş Petrolium”) fəaliyyət göstərirlər. daş kömür yataqları (Mərkəzi,York,Şotland,Cənub Uels hövzələri). Şərqi Midlend qraflığında dəmir filizi yataqları. Kimberlend dağ massivindən, Kornueldən polimetallar (qalay, mis) çıxarılır. Kaolin gili və müxtəlif tikinti materialları geniş yayılmışdır.
İqlim. Britaniyanın iqlimi okean xarakterli olduğundan burada il boyu havanın qeyri-sabitliyi, küləkli və dumanlı günlərin sayının çox olması müşahidə olunur. Ölkənin qış ayları çox rütubətli keçir. Şimalda və şərqdə ən soyuq ay yanvarın orta temperaturu 3-4°C, cənub-qərbdə 5-6°C arasında dəyişir. B. Britaniyaya daxil olan dəniz hava kütlələri havanın şaxtasını yumşaltsa da, onun tutqun, dumanlı, çiskinli olmasına şərait yaradır. Bəzən qış aylarında temperatur 10-15°C aşağı düşür. Qışda qar ölkənin bütün bölgələrinə yağır. Şimalda Şotlandiya tarixi-coğrafi əyalətində qar 30-45, cənubda isə 5-7 gün yerdə qala bilir.
Dostları ilə paylaş: |
|
|