Yüngül və yeyinti sənayesi. Yüksək inkişaf səviyyəsinə çatmışlar. Yüngül s dəri-ayaqqabı və tekstil istehsalı ilə tanınır. Yeyinti sənayesində pivə və tütün istehsalı fərqlənirlər. Yüngül və yeyinti sənayesinin yerləşməsi xammal mənbələrinin yerləşdiyi mərkəzlərlə üst-üstə düşür. Almaniya üçün çini və büllur qablar və kağız məmulatları istehsalı (Saksoniya, Bradenburq) ənənəvi sahələrdir.
SUAL 6. AFR-ın kənd təsərrüfatı və onun sahələri
Almaniya kənd təsərrüfatının yüksək inkişaf səviyyəsi və kapital tutumluluğu ilə fərqlənmişdir. Aqrar sektorun kapital tutumluluğu- meliorasiya edilmiş torpaqların yüksək payında, üzvi və mineral gübrələrin miqdarında əks olunur. Ölkənin aqrar sektorunda 500 min fermer təsərrüfatı-1,4 mln. insan çalışır.
Sahəvi strukturunda heyvandarlıq (istehsal olunan məhsulun 70%-i verir) əkinçilikdən üstündür. Sonuncu əhəmiyyətli dərəcədə heyvandarlığı yem bazası ilə təmin etmə üzrə ixtisaslaşmışdır. Ət-süd məhsulları ilə əhalinin tələbatını ödəyir və ixrac edir.(400 müəssisə)
Dostları ilə paylaş: |