Sual dünyanın siyasi xəritəsinin formalaşması Si­ya­si xə­ri­tə


İqlim. Sinqapur rütubətli ekvatorial meşə



Yüklə 0,75 Mb.
səhifə148/284
tarix19.02.2022
ölçüsü0,75 Mb.
#52843
1   ...   144   145   146   147   148   149   150   151   ...   284
İQTİSADİ İMTAHAN

İqlim. Sinqapur rütubətli ekvatorial meşə iqliminə malikdir. Fəsillər aydın müşahidə olunmur. İllik temperatur amplitudu çox azdır. Temperatur 23-32 °C arasında dəyişir.

Əhali. Sinqapurun əhalisi 2012-ci ildə aparılan hesabalmalara görə 5 312 400 nəfər, əhali sıxlığı hər kv km 4488 nəfərdir. Onlardan 3,25 milyonu (63%) yerli vətəndaşlar, qalanları isə (37%) isə xarici işçilərdir. Əhalinin 23%-i başqa ölkələrdə anadan olmuşdur. 2011-ci ilin Sinqapurda daimi yaşayan əhali 500 min nəfərdir. Əhalinin orta yaş həddi 37 yaşdır. Torpaq çatışmazlığı səbəbindən hər 5 sinqapurludan 4-ü çoxmərtəbəli binalarda, Mənzil və İnkişaf İdarəsinin ictimai yaşayış yerlərində yaşayır. Özəl mülkiyyət 87,2% təşkil edir. Hər 1000 nəfərə 1400 telefon düşür və ölkədə hər 10 nəfərdən 1-nin şəxsi avtomobili var. Sinqapur işsizlik səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir. 2009-cu ildə maliyyə böhranı ərzində işsizlik 3%, 2011-ci ildə isə 1,9% olmuşdur.

Ölkə 1 şəhərdən ibarət olduğuna görə, urbanizasiyanın səviyyəsi 100%-dir.

Əhalisinin 74,2% çinlilər, 13,4% malaylar, 9,2 % hindlilər təşkil edir. iqtisadiyyatının sürətli inkişafından sonra ölkəyə gələn miqrantların sayı artmışdır. 2009-cu ildə Sinqapur əhalisinin 40% əcnəbilər olmuşdur. Bu, dünyada ən böyük göstəricidir. Əcnəbilər ölkə iqtisadiyyatında çox mühüm rol oynayır. İstehsal sənayesində çalışanların 80%-ni, xidmət sahələrində çalışanların 50%-ni əcnəbilər təşkil edir. Lakin hökumətin siyasəti əcnəbilərin sayının azaldılmasına yönəlmişdir. Son illərdə immiqrantların azalması sinqapurluların artmasına səbəb olmuşdur.

Sinqapur Asiyanın bir çox ölkələrinə nəzərən təhsilin yaxşı inkişaf etdiyi ölkədir. Əhalinin 95,4%-i təhsillidir. Ölkədə 6 müasir universitet: Nanyan Texnologiya Uni, Sinqapur Milli Uni, SIM U, Sinqapur Menecment U və Sinqapur Texnologiya və Dizayn U, Sinqapur Texnologiya İnstitutu.

Səhiyyə, mədəniyyət və başqa sahələrdə də Sinqapur yüksək inkişaf edib. Ölkədə 17 müasir xəstəxana var. Orta insan ömrü 70 yaşdan artıqdır.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin