1826-cı ildə Sinqapur ərazisi Böyük Britaniya tərəfindən işğal olundu. 1946-ci ildə, Böyük Britaniya işğalından azad olduqdan sonra, ərazi Malayziyanın tərkibinə daxil olur və 1963-cü ildə Malayziyada ştat statusu alır. 1965-ci ildə dövlət müstəqilliyini elan edir. 1967-ci ildə ASEAN-a üzv olur.
Dövlət ilə vətəndaşlar arasında yaranmış münasibətlər Sinqapuru regionun zəngin diyarına çevirməklə bərabər, cəmiyyətin bütün təbəqələrinin zəruri standartlar altında yaşamalarına imkan verir. Təbii ki, ada-dövlətin belə inkişafa nail olmasında mərhum Prezident Li Kvan Yunun böyük əməyi olmuşdu. Lakin cənab Yu Sunqapurda mərkəzi siyasi fiqur olsa da, ölkə vətəndaşlarının könüllü dəstəyi olmadan iqtisadi “möcüzəni” reallaşdıra bilməzdi.
Con Kampfnerin yazır ki, qonşu ölkələrdə siyasi rejimlərin səbatsızlığını görən cənab Li Kvan Yu Sinqapur üçün orta yolu nə tam diktatura, nə də tam demokratiya yolunu seçmişdi. ölkənin inkişaf açarı dövlətin əlindədir və bunun üçün Sinqapuru başdan ayağa dəyişdirəcək infrastuktur layihələri həyata keçirmək lazımdır. 1965-ci ildə dövlət müstəqilliyini əldə etdiyi zaman ölkədə çalışan əhalinin 50 faizinin təhsili yox idi. 1990-cı ildə əhalinin üçdə iki hissəsi artıq orta təhsil almağı bacarmışdı. 1965-1995-ci illərdə Sinqapur iqtisadiyyatı orta hesabla 9 %, adambaşına düşən gəlir də ildə 7 % artmışdı. Ölkənin illik gəliri 1 milyard dollardan 86 milyard dollaradək yüksəlmişdi. Yeni məktəblərin və kolleclərin açılması qısa zamanda bəhrəsini vermişdi. Bu gün Sinqapurun səhiyyə sistemi qonşu ölkələrin həsəd aparacağı səviyyədədir. Con Kampfner kitabında yazır ki, Sinqapuru “üçüncü dünya regionunda birinci dünyanın vahəsi” adlandırmaq cənab Yunun xoşuna gəlirdi.
Li Kvan Yu ölkədə xırda məsələlərlə belə maraqlanırdı. cənab Yu dövlət qulluqçusu ilə ailə qurmağa namizəd olan xanımın intellektual səviyyəsini yoxlamaqla evliliyə razılıq verirdi. Hətta gələcək ailədə nə qədər uşaq olacağını da müəyyənləşdirirdi. Təbliğat kampaniyası apararaq vətəndaşları tətbiq olunmuş məhdudiyyətlərə əməl etməyə çağırırdı. Məsələn, 1970-ci ildə əhali artımının qarşısını almağa yönəlmiş “İki nəfər yetər” kampaniyası o dərəcədə uğurlu olmuşdu ki, sonradan “Üç və daha artıq uşaq sahibi olun” kampaniyasına start verilmişdi. Li Kvan Yun kütləvi informasiya vasitələrini də “Singapur press holdings” və “Mediacorp” adlanan dövlət şirkətlərinin nəzarətinə vermişdi.
Onun hakimiyyəti illərində seçkilər beş ildən bir keçirilirdi və müxalifət partiyası seçkilərdə iştirak edə bilərdi.
Dostları ilə paylaş: |