İqtisadiyyat-Bu gün Sinqapur güclü beynəlxalq ticarət əlaqələri sayəsində dünyanın ən çiçəklənən ölkələrindən birinə çevrilib. Məsələn, Sinqapur limanı giriş və çıxış tonajına görə dünyanın ən işlək limanlarından biri olmaqda davam edir. Sinqapur çox inkişaf etmiş və uğurlu azad bazar iqtisadiyyatına malikdir. Ölkə açıq və qeyri-korrupsiya mühiti, sabit qiymətləri və dünyanın bir çox ölkələrindən yüksək olan adambaşına gəliri ilə diqqət çəkir. Ölkədə işsizlik azdır, yoxsa yox. Ölkə iqtisadiyyatı biznes və maliyyə xidmətlərindən, xüsusilə elektronika, neft məhsulları, tibbi və optik cihazlardan çox asılıdır.
Kənd-t ÜDM-un 0,5 % təşkil edir.Əsas istehsal olunan məhsullar:
Göbələk
Yumurta
Tərəvəz
Donuz əti
Quş əti
Sinqapuru 50 ildir hakimiyyətdə olan “Milli Birlik Partiyası” idarə edir. Li Kvan Yu harada olmasından asılı olmayaraq ölkəsini və idarəçiliyini çılğımlıqla müdafiə edirdi. Məsələn, 2006-cı ildə Harvardda olan zaman məşhur iqtisadçı, ABŞ-ın keçmiş maliyyə naziri Lourens Sammerslə müzakirələrdə onun əsas məqsədi hakimiyyətdə uzun müddət qalmaq yox, hakimiyyətdən getdikdən sonra ölkədə sabitliyi təmin etməkdən ibarətdir:
“Cənab Yu düşünürdü ki, bu halda hakimiyyətin məsuliyyəti texniki xarakter alırdı- yəni elektorat dəstəyinin müqabilində ölkədə yaxşı həyat təmin edilirdi. seçkilər mahiyyət etibarilə müvəffəqiyyətlik cədvəlidir: “Mən vəd edirəm, mən yerinə yetirirəm, siz də mənə səs verirsiniz. Bu formulun zahiri legitimləşdirilməsi üçün demokratiyadan istifadə olunur. Demokratiya heç bir sıxılma olmadan liberal prezumpsiyalardan uzaqlaşır. O nümayəndəlikdən hamiliyə çevrilir, şəxsiyyətin hüquqlarından kollektiv rihafa istiqamətlənir. Bax, hər şey buna gətirib çıxarır”. Kitab müəllifi bu sözlərdən belə nəticə çıxarır ki, Sinqapurun orta sinfi ictimai həyatdan uzaqlaşmağın onun üçün daha doğru yol olduğunu nümayiş etdirdi. Axı itirəcəyin varsa, problemlər yaratmağa nə lüzum var?
Li Kvan Yu artıq həyatda yoxdur. Buna baxmayaraq, sinqapurluların böyük əksəriyyəti bu fikirlə razılaşırlar ki, mərhum prezidentin başladığı yol ilə hərəkət etməklə Sinqapur bu gün yaxşı təşkilatlanmış və inkişaf etmiş ölkəyə çevrildi. C.Kampfner qeyd edir ki, Sinqapurda çox adam azad mətbuat və daha az avtoritar siyasətçinin olmasını arzulayır. Lakin bununla bərabər, heç kim nə bitməyən alış-veriş vərdişindən, nə gözəl restoran-barlardan, nə tennis və hozuzlardan, nə də “Mercedes-Bens” və “BMW” markalı avtomobillərdən imtina etməyə hazır deyil. Yəni, bu gün Sinqapur iqtisadi yetərliyi daha vacib amil sayır və Li Kvan Yunun kursuna sadiq qalmağın daha doğru yol olduğunu nümayiş etdirir.
Sinqapur eyni zamanda həm şəhər, həm paytaxt, həm də dövlətdir.
Sinqapur adı əsasını malay dilindəki “sinq” (şir) və sankrit dilindən “pur” (şəhər) sözlərindən götürür.
Sinqaprun milli gülü Vanda Miss Joaquim adlı orxideya hesab olunur. Bu gül uzun ömürlülüyü və il boyu çiçəklənməyi sayəsində sinqapurluların rəmzinə çevrilib.
Sinqapur əsasən bir böyük adada yerləşir. Lakin onun tərkibinə 63 kiçik ada daxildir. Onların bir çoxu kimsəsiz adalardı.
• Sinqapur dünyanın 20 ən kiçik ölkələrinin siyahısına aiddir.
• Sinqapurun əhalisi 4, 5 milyon insan təşkil edir. Əhalinin əksəriyyətini çinlilər (78%), malayziyalılar (14%), hindlilər (7%) və avropalılar təşkil edir.
• Şəhərin rəmzi şir başlı balıq Merliondur. Hər sentyabr bu əfsanəvi heyvanın şərəfinə bayram təşkil olunur.
• Sinqapur demək olar ki, ekvatorda yerləşir. Burada hətta göy üzünü buludlar əhatə edəndə də günəş yanıqları almaq olar.
• Sinqapurda demək olar ki, il boyu hər gün yağış yağır. Buna görə yerli əhali daim özləri ilə çətir gəzdirirlər.
• Sinqapur dünyada əhalinin sıxlığına görə ikinci yeri tutur.
• Bu ölkənin milli dili malayziya hesab edilir. Lakin Sinqapurda dörd rəsmi dil mövcuddur. Bunlar ingilis, çin, tamilya və malayziya dilləridir. Bundan savayı qarışıq dillər də mövcuddur. Məsələn, «sinqliş» (singlish) və «manqliş» (manglish).
• Sinqapurun beynəlxalq hava limanı Çangi bütün Cənub-Şərqi Asiyada ən böyük aviasiya mərkəzi hesab olunur.
• Bu ölkədə yüksək cərimələr və sərt qanunlar tətbiq olunduğu üçün Sinqapuru zarafatla «Fine city» adlandırırlar.
• Sinqapurda həqiqətən də çoxlu cərimələr var. Məsələn, yerə tüpürdükləri üçün, ictimai yerlərdə siqaret çəkdikləri üçün, zibili küçəyə atdıqları üçün, nəqliyyatda yemək yedikləri üçün insanları 500 sinqapur dollarından (400 USD) başlayan qiymətlərlə cərimə edirlər.
• Ən gülməli cərimələrdən biri : gülləri suladıqdan sonra dibçəkdə su qalarsa həmin şəxs cərimə edilir. Bu su ağcaqanadlarını cəlb etdiyi üçün tətbiq olunur. Çünki Sinqapurun hökuməti artıq neçə ildir ki, burada həşəratların kökünü kəsib. Və bu addımın sayəsində Sinqapur malyariya epidemiyasından xilas olub.
• Həmçinin qətl, quldurluq, oğurluq, təcavüz, vandalizm və s. cinayətlərə görə həbs cəzasından əlavə cinayətkarları qamış çubuğu ilə döyərək cismani cəzaların tətbiq olunmasına icazə verilir.
• Bundan savayı, Sinqapurda uşaqlara qarşı ev cəzaları istifadə olunur. Mağazalarda bu məqsəd üçün balaca, yüngülləşdirilmiş qamış çubuqları satırlar.
• Həmçinin ölkədə ölüm cəzası da (dar ağacından asmaq) tətbiq olunur. Bu cəzalar xüsusi qəddar qətl hadisələri törətmiş, narkotiklərin ticarəti məşğul olan şəxslərə, korrupsiyaya yol vermiş, dövlət xainlərinə və prezidentin həyatına qəsd edənlərə qarşı istifadə olunur.
• Sinqapurda fahişəlik leqallaşdırılıb. Rəsmi məlumatlara görə Gey küçəsində 10 000 yaxın qız çalışır.
• Məhkəmə sisteminin və qanunvericiliyinin sayəsində Sinqapur dünyanın ən təhlükəsiz və qanunlara riayət olunan ölkəsi sayılır. Bu ölkədə cinayətlərin səviyyəsi isə dünyada ən aşağı göstəricidir. Şəhərin hər bir məhəlləsində həm səhər, həm də gecə rahat gəzmək olar.
• Küçələrdə demək olar ki, polislər olmur. Lakin hər yerdə asayişə nəzarət edən həm gizli, həm də aşkar kameralar var.
• Sinqapurun təbii sərvətləri yoxdur. Bu ölkə hətta təmiz suyu Malayziyadan idxal edir.
• Sinqapur Cənubi Koreya, Tayvan və Honkonq ilə eyni – «Şərqi Asiyanın şirləri» qrupuna daxildir. Bu ölkələr 30 il ərzində inkişaf edən ölkələrin sırasından ayrılaraq inkişaf etmiş ölkələrin arasına qatılmaqla nəhəng iqtisadi sıçrayış ediblər.
• 1959- 1990-cı illərdə baş nazir vəzifəsini tutan Li Kuan Yu öz sərtliyi ilə tanınırdı. Məhz o, ölkədə korrupsiyanın kökünün kəsərək iqtisadi inkişafa nail olmuşdu.
• Sinqapur həmçinin sağlamlıq mövzusunda da dünyada lider mövqeyə sahibdir. Amerikanın maliyyə-iqtisadi agentliyi Blombergin (The World’s Healthiest Countries 2012) verdiyi məlumatlara görə Sinqapurun əhalisinin sağlamlıq göstəriciləri bütün dünyada ən yüksək göstəricilərdi.
• Bir çox qurmanlar Sinqapuru bu ölkənin zəngin mətbəxi olduğu üçün sevirlər. Burada bir sıra ölkələrin (Çin, Malayziya və Hind) milli mətbəxlərinin qarışdığı üçün hər bir zövqə uyğun yemək tapmaq olar. Bu ölkədə restoranların və qiymətlərin səviyyəsindən asılı olmayaraq hər zaman təmiz və keyfiyyətli yeməklər əldə etmək olar.
• Həmçinin burada qida qəbul etməyin müxtəlif üsulları var. Yerli əhali məharətlə həm çubuqlardan, həm qaşıqdan, həm də sağ əllərindən (sol əl çirkli hesab olunur və qida qəbul etmək üçün istifadə olunmur) istifadə edirlər.
• İqtisad məsələsində Sinqapur London, Nyu-York və Honkonqdan sonra dünyada dördüncü aparıcı maliyyə mərkəzi sayılır. İnflyasiyanın səviyyəsi 2-3 % təşkil edir.
• Sinqapurluların orta gəlirləri ildə 34 min dollar təşkil edir.
• Bu ölkədə 100 minə yaxın milyonerlər yaşayırlar. Hətta şəhərdə xüsusi «milyonerlər məhəlləsi» (Keppel Bay) də var.
• Sinqapurun vizit kartlarından biri unikal beş ulduzlu Marina Bey Sends (Marina Bay Sands) kompleksi hesab edilir. Bu kompleks üç 200 metrlik 55 mərtəbəlik qüllədən ibarətdir. Qüllələrin damında gəmi şəklində Sky Park meydançası və onun içində 150 metrlik hovuz yerləşir. Bu meydançaya giriş haqqı 20 SGD təşkil edir. Turistlərə hovuzun yanına yaxınlaşmaq icazəsi gündə bir dəfə saat 14:00 da 15 dəqiqə ərzində icazə verilir.
• Sinqapur hökuməti tıxaclarla mübarizəni iki tərəfli aparır. İlk növbədə burada ictimai nəqliyyat çox yaxşı inkişaf edib. Avtomobil sahibi olmaq üçün bu ölkənin sakinləri xüsusi auksionlarda avtomobili idarə etməyə aid icazə almalıdırlar. İcazənin qiyməti isə 60 000 SGD təşkil edir və 10 illik verilir. Avtomobillərin qiymətləri də rüsumlara görə yetərincə bahadır. Üstəlik Sinqapurda yol sahələri, körpülər, tunellər ödənişlidir. Hər bir avtomobil ödənişli terminallar quraşdırılır.
• Beləliklə, Sinqapurda avtomobillərin sahibləri ancaq dövlətli insanlar olurlar.
• Sinqapurda Louis Vuitton, Mont Blanc, Gucci və Prada brend geyimləri və dəbdəbəli aksessuarlar yetərincə məşhurdurlar.
• Sinqapurun Fen-Şui qaydalarına görə salındığı deyilir.
• Hər axşam sahilin yaxınlığında yerləşən Marina Bayda lazer şousu keçirilir.
• Dünyada yeganə gecə Formula-1 yarışları «Formula 1 Singtel Singapore Grand Prix» Sinqapurda keçirilir.
• Sinqapur zooparkı dünyanın ən gözəl zooparklarından biri hesab edilir. Burada heyvanlar qəfəslərdə olmurlar, zooparkın ərazisində sərbəst şəkildə gəzirlər.
Sual 51. Yaponiyanın coğrafi mövqeyi, təbiətinin xüsusiyyətləri
Dostları ilə paylaş: |