Əhali. Yaponiya arxipelaqı adalarının yerli əhalisi-aynlar-qədim Şərqi Asiya irqinə aid edilir. Hələ qədim zamanlarda aynlar Koreyadan Yaponiyaya gəlmiş və Hokkaydoya sıxışdırılmışlar. Monqol-malay və çin-tunquz tiplərinin üstünlük təşkil etdiyi müxtəlif tayfaların qaynayıb-qarışması nəticəsində yekcins, bir-birinə oxşar yapon etnosu formalaşmışdır.
yaponlar 99%, koreyalılar, çinlilər, aynlar. Aynların sayı çox az, 20 min nəfər
ada mövqeyi ölkədə özünün xüsusiyyətləri və mürəkkəb dili, yazısı, mənəvi dəyərləri ilə fərqlənən, xalqın formalaşmasına səbəb olmuşdur. Müasir Yaponiyada qərb nailiyyətləri ilə şərq mədəniyyəti təzad təşkil etmir, bunlar arasında həmahənglik mövcuddur.
Yaponiyada 1920-ci ildən başlayaraq, 5 ildən bir əhalinin siyahıya alınması aparılır. Hazırda əhalisinin sayına görə (126,8 mln. nəfər) dünyada 10-cu yerdədir. Ölkənin əhalisi çox aşağı təbii artım (1% ). Ölkədə hər 1000 nəfərə 9,5 nəfər doğulur, 9 nəfər ölür. Ailədə 1 və ya 2 uşaq daha səciyyəvi sayılır. Gənc yaşda olanların azalması, orta ömür müddətinin yüksək olması şəraitində ölkədə millətin qocalması prosesi sürətlə gedir. orta ömür müddəti kişilər 79,qadınlar 85,7 ildir.-dünyada liderdir.
elm sahəsində müvəffəqiyyət qazanmış dövlətlərdəndir. Ölkədə səmərəli təhsil sistemi mövcuddur, savadsızlar yoxdur. Yaponlar çox əməksevərdirlər. Onlar ətraf mühitə qayğı ilə yanaşmağı milli ənənəyə çevirmişlər. «Koqay»-ətraf mühitin çirklənməsi yaponların ən çox ehtiyat etdiyi problemə çevrilmişdir.
başlıca din sintoizm, buddizm, konfusiçilik.
Yapon adalarında əhali qeyri-bərabər paylanmışdır. Ölkə əhalisinin 80%-i Honsü, 15 %-i Küsü və Sikoku cəmlənmişdir. daxili dağlıq rayonları ilə urbanizasiyanın sürətləndiyi dənizsahili düzənliklərdə əhalinin sıxlığı kəskin fərqlənir. Yaponiyanın cənubu isə şimala nisbətən zəif məskunlaşmışdır.
əmək qabiliyyətli əhalinin 60 % xidmət sahələrində, 22%-i emaledici sənayedə çalışır. Aqrar sektorda işləyənlərin (5,3 %) miqdarı getdikcə azalır.
əhalinin 80 %-i şəhərlərdə yaşayır.
SUAL 53. Yaponiyanın iqtisadiyyatının ümumi səciyyəsi
yüksək inkişaf etmiş sənaye dövləti. İqtisadi inkişaf səviyyəsinə görə ABŞ və AFR-dən sonra dünyada üçüncü yerdədir. Dünya ÜDM-nun 10%-i. ÜDM-un adambaşına düşən həcminə görə Yaponiya ABŞı geridə qoymuşdur. sənaye, ticarət, banklara nəzarət bir neçə maliyyə qrupunun əlində cəmlənmişdir. Onlar sənaye konsernləri, kredit, xarici və daxili ticarət, nəqliyyat, xidmət sahələrində fəaliyyət göstərən korporasiyaların daxil olduğu birləşmiş güclü maliyyə kapitalına malikdirlər. Yapon maliyyə qrupları və sənaye korporasiyaları dünyanın ən iri şirkətlərinə aid edilir.
Yaponiya «iqtisadi möcüzəsi»nin səbəbləri:
- ölkənin tarixi-mədəni inkişaf xüsusiyyətləri;
- məhdud faydalı sərvətlər şəraitində istehsalın sərfəli, elmtutumlu sahələrinin inkişaf etdirilməsi;
- Qərb ölkələrindən elmi layihələrin, lisenziyaların və texnologiyanın alınması;
- Qərbi Avropa inkişaf modelinin tətbiqi;
- istehsala ETT-nin sürətlə tətbiqi;
- səmərəli yapon təhsil sistemi;
- ÜDM-da hərbi xərclərin çox az olması;
- təsərrüfatında kiçik istehsal qruplarının «vahid əmək kollektivində» birləşməsi;
- istehsalda çeviklik;
- yapon millətinin əməksevərliyi.
Dostları ilə paylaş: |