Tarixi.köçəri hindu tayfaları Amerikaya 20 min il əvvəl indiki Berinq boğazının ətrafındakı quru ərazidən keçib gəlmişlər. Avropalılardan öncə Amerikanın «ilk kəşfi» min il öncə vikinqlərə məxsusdur.
XVI-XVII əsrdən etibarən bu ərazilər avropalılar tərəfindən məskunlaşmağa başlayır. İlk müstəmləkə mülklərini ispanlar, fransızlar, britaniyalılar, hollandlar və isveçlilər yaratmışdır. ABŞda ən qədim şəhər məntəqəsi 1565-ci ildə ispanlar tərəfindən Florida yarımadasında Sent-Oqyustin şəhəridir. fransızlar, hollandlar, ingilislər, isveçlilər müstəmləkəçilər arasında ingilislər xüsusi canfəşanlıq göstərirdilər. İlk ingilis daimi yaşayış məntəqəsi 1607-ci ildə indiki ABŞ cənubunda Virciniya ştatında Ceymstaun şəhəri, ikincisi 1620-ci ildə Massaçusets körfəzi sahilində yaranmışdır. Boston şəhəri-Yeni ingilislər adlanan bölgənin mərkəzinə çevrilmişdi. İlk dövrlərdə yerli xalq olan hindu tayfaları avropalıların məskunlaşması üçün onlara hər cür köməklik göstərirdilər. Lakin sonradan avropalıların xəyanəti nəticəsində və hindular Avropa mülklərinin genişlənməsinə müqavimət göstərdiyindən, onların kütləvi qırılması ilə nəticələnmişdir.
Müasir Birləşmiş Ştatların qərb sahillərinin də mənimsənilməsinə ispanlar başlamışlar. Onlar bu bölgədə San-Diyeqo, San-Fransisko, Los-Anceles kimi şəhərlərin əsasını qoymuşlar. Ruslar isə şimaldan Alyaska yarımadasının qərb sahillərinə qədər irəliləyə bilmişlər. Bununla yanaşı hələ XVI əsrdə ispanlar Qayalı dağlar, Appalaç, Missisipi, Kolorado bölgələrində olmuş və Böyük Kanyonu, sonralar isə Böyük Hövzəni, Kaliforniya vadisini kəşf etmişlər. XVII əsrin axırlarında fransızlar şimalda Kanadadan Böyük göllərə və Missisipi çayının mənsəbinə qədər gəlib çatmış və kəşf etdikləri bu əraziləri Luiziana (Fransa kralı XIV Lüdoviqin şərəfinə) adı altında Fransanın mülkü elan etdilər.