Qərbi Syerra – Madre dağ qurşağı dərinliyi 2000 m olan çay dərələri ilə parçalanır. Dağların yüksəkliyi Kaliforniya düzənliyində artır və daxili yaylalara doğru tədricən enir. Bu dağlar şərqdən və qərbdən «əlçatmaz»dır.
Şərqi Syerra – Madre şimal, mərkəz və cənub hissələrində yüksəkliyinə görə fərqlənir. Dağlar şərqdə Meksika ovalığına sıldırım şəkildə enir. Mərkəzi Mesanı cənubdan Vulkanik Syerra dağları əhatə edir. bu dağlar vulkan konuslarından yaranmışdır. Ölkənin yüksək zirvələri bu sistemdədir. Burada yerləşən Orisaba vulkanı ölkənin ən hündür zirvəsi. Bu region vaxtaşırı seysmikliyi ilə seçilir.
Ölkənin paytaxtı Mexikodan cənubda köndələn «əkiz vulkanlar» - İstaksiuatl («ağ ana») və Popokatepetl («tüstülənən dağ») yerləşir. Bu nəhəng sistemdə onlarla sönmüş və fəaaliyyətdə olan vulkan vardır. hündürlüyü 4500-5000 metrdən yüksək, zirvələri daim qarla örtülüdür. Fəaliyyətdə olan vulkanların lavası əkinçiliyin inkişafına mane olur. Bu sahələri «malpais» - yararsız torpaqlar adlandırırlar. Lakin Mərkəzi Mesanın cənubunda vulkan külləri məhsuldar çöllərin (andosol) formalaşmasına səbəb olmuşdur. Meksikanın ucqar cənub-şərqində mürəkkəb dağ sistemi olan Çyapas uzanır. Ölkədə düzənliklər və ovalıqlar əsasən sahil zonasında yerləşir.