|
|
səhifə | 229/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
| İQTİSADİ İMTAHAN
Energetika sənayesinin əsasını neft və təbii qaz hasilatı təşkil edir. Neft və qazın kəşfiyyatı, emalı, nəqli və satışı dövlətə məxsus Pemeks şirkətinin əlindədir. neft emalına görə Amerikasında 1-ci, dünyada 6-cı yerdədir. Neftin yarıdan çoxu Kampeçe körfəzinin şelf zonasında çıxarılır. Ən mühüm neft emalı zavodları Meksika körfəzi sahilində yerləşmişdir . Neft emalı sənayesinin inkişafı kimya sənayesinin rolunu artırmışdır. məhsulları polietilen, etilen, metanol. Neft-kimya sənayesinin mühüm mərkəzləri La-Kanqrexera, Minatitlan, Paxaritos. Meksika körfəzi sahillərində və Tamaulipas ştatında çıxarılan təbii qaz neft-kimya müəssisələri və elektrik stansiyalarında istifadə edilir. Meksika maye qaz istehsalına görə Latın Amerikasında 1-ci yerdədir. Hidroenerji ehtiyatları ilə zəngin olmayan Meksikada elektrik enerjisinin xeyli hissəsi İES- yerli daş kömür əsasında. ən iri «Rio-Eskondido» kömürlə işləyir. Elektrik enerjisi istehsalının 20%-i SES-in payına düşür. iri SES Qrixalva, Balsas çayları üzərində. Yerli uran xammalı əsasında isə Laquna Verde AES-i Verakrus şəhərinin 70 km-də yerləşir.
Dostları ilə paylaş: |
|
|